Sayin Soydash,
salamdan sonra, Güney Azerbaycan Milli Birlik Shurasi-nin Durum
Deyerlendirmesin (08/2011)
nezerinize chatdirib, lutfen yaymasinda yardimchi olun. ( yazi mailin
sancaqinda)
derin Hormetle
Güney Azerbaycan Milli Birlik Shurasi
Tebliqat Komitesi
info@millishura.com
www.millishura.com
----------------------------------------------------------
İran-ın Azərbaycana Hücumları
Milli Şura”-nın Durum Dəyərləndirməsi- 08/2011
Üzdən iraq general “Firuzabadı” İran ordusunun baş qəragah rəisinin
geçən həftəki hücumları, o ölkənin yurdumuzun azad olunmuş bölməsinə
nə ilk, nə də son hücumu olacaqdır. Onun üçün bu təhlilin hücümlar
tarixçəsini deyil, onun səbəb və nəticələri ilişkisini dəyərləndirmək
daha faydalı sayılmaqdadır. Çünki, İran dövlətinin biz
Azərbaycanlılara və Azərbaycan cümhuriyətinə olan düşmənçilik
münasibəti gündən aydın inkar edilməz bir gərçəkdir. Bugün özünü
demokrat adlandıraraq Amerikada rejimə alternativlərlə birgə çalışan
Əkbər Gəncinin 1991- də İran xarici işlərində yüksək məqamı ilə
“Azərbaycan cümhuriyəti bir qarinc topraq üstündə varsa İrana
təhlükədir” sözləri unudulmamışdır.
Əslində Ermənistan Azərbaycan arasındakı “Qarabağ” münqişəsində
Farsların Ermənilərin yanında durmasıda bu dövlət siaysətinin bir
göstərcəsidir. Onlar, Azərbaycanın duruşunun, İranın parçalanmasındakı
durumunu öyləsinə ciddiyə alırlar ki, islam adı daşıyan dövlətlərinin,
islam aləmində böyük qınağa səbəb olan bu siyasəti, təəssüflənərək
dəvam etdirir və Emənistana yardımlarını sürdürürlər.
Durum belə ikən, əslində bizim və Şumali Azərbaycanın doğru yol
xəritəsi seçməsinin əhəmiyəti daha önəm daşımaqdadır. Başqa ifadə ilə,
Türkü özünə tarixi düşmən sayan, Arya ırqına dayanan bir farsçı
şovinist təfəkkürlə dövlət qurmağa çalışan, dil-din-saxta tarixdən
suistifadə edərək bizi əzməyə yönələn bu qara güclə nə etməliyik
sualına düzgün cavab tapmalıyıq. Başımızı qara quylayıb, özümüzü
aldatmaqla, onların yalançı təbliqatı, islam adı ilə gənclərimizi
aldadaraq dövlətimizə düşmən kəsdirməsi, silahli quvvə təhdidləri,
nəhayət balansı pozub durumu daha da təhlükəli çizgiyə gətirə bilər.
Bugünkü beynalxalq münasibətləri diqqətlə təhlil edərsək, super güclər
arasındakı başqa millətlər və ölkələrin zənginliklərini talamaq
rəqabətinin dəvam etdiyini görməmək mümkün deyil. Bunun yanında, bu
güclü ölkələrdəki aşırı millətçiliyin gətirdiyi sonuçlarıda inkar
etmək özünü aldatmaqdan başqa bir məna daşımaz. Bugün İran adlanan
ölkəninin təbii qaynaqlarının talanmasında bir zamanlar,
ingilis-Fransa- Holland və Danmark kimi ölkələr arasında olan rəqabət,
sonralar Rus- Amerika- ingilis dayrəsinə girdiyi bilinən bir
həqiqətdir. Bugün bu güclərin deyişməsi ilə bir yanda Rus- Çin və
hətta Hindustan kimi ölkələr durarkən tərəzinin o biri gözündə
Amerika- ingiltərə və başqa Avrupa dövlətləri yerləşməkdədir.
Ermənistan məsələsində Rus- İran maraqları bir birinin üstünə düşdüyü
halda, Amerika və Avrupada xiristiyanlıq düşüncəsinin ön planda olduğu
danılmazdır. Bu davranışı ırqçılıkla ölçmək birdə ona görə uyum
sağlayırki, Nazı Almanyanın, İran adı altında Aryaçılıq haqqındakı
görüşü, hələdə xatirələrdən silinməmişdir.
Bu durum iki nəzəriyəni açıq və aydın sübut etməkdədir:
1- Haq güclünündür fəlsəfəsi
Dünya demokratları və insanlıq naminə çalışan qrup və qrumların
fəaliyətini inkar etmək olmaz. Ancaq, bütün bu çağırışlara, insani
duygulara, barış-demokrasi və müzakirəyə verilən önəmə baxmıyaraq
ölkələr arasındakı probləmlərin həllində güclülərin qalibiyəti də
inkar edilməzdir. Başqa ifadə ilə, diplomatik gedişatın yanında, bir
millətin arxasında güclü bir quvvə dayanmasa, uduza uduza yoluna dəvam
edəcəkdir.
İranın, Azərbaycana getdikcə artan təziqlərinin bir səbəbi də güclü
qarşı duruşun olmamasıdır. Yalvarmaqla probləmlər çözülməliydi isə,
deməli indi bu hücumlar da olmamalıydı. Təcrübə göstərmişdir ki, bu
usul müsbət nəticə verməmişdir, tərsinə, fars hakimiyətini bir az da
şirnikdirmişdir. Aydındır ki, bugünkü şəraitdə, bu sözlərdən hədəf,
tüfəngimizi götürüb savaş meydanını sulamaq deyil. Ama, potansiyel güc
qaynaqlarından düzgün faydalanıb, ən doğru müdafiə hücumdur
fəlsəfəsinə əməl etmək də mümkündür. Günümüzdə güc qaynağı sadəcə
güclü ordu deyil, iqtisadi inkişaf, demokrası anlayışı, xəbərləşmə,
təbliqat, milliləşmə və buna bənzər anlayışları da qapsamaqdadır.
Hətta, düşmənin səhv və beynalxalq qaydalara ayqırı olan söz, davranış
və müsahibələrindən istifadə edib, geniş anti təbliqatın rolunu inkar
etmək olmaz. Onun üçündə, Firuzabadının cəfəngiyatı qarşısında
Azərbaycan dövlət və millətinin möhkəm cavabı, bütöv Azərbaycanlıların
bir yumuruq kimi onun ağzından vurması, bugün və gələcək hadislərdə öz
təsrini göstərərdi düşünülməkdədir.
Şumali Azərbaycanın hər tərəfli inkaşafi, özəlliklə də tükənməz
sərvətlərindən düzgün istifadə ilə, daha sürətli iqtisadi inkişaf,
siyası üstünlük, təbliqat, diasporanın gəlişməsinin yanında nizami
gücün artırılması, özü özlüyündə düşməni yerində oturtmaq üçün böyük
vasitələr sayılmaqdadır.
Ən önəmli amil olan, Güney Azərbaycan məsələsinin gündəmə gətirilməsi
və çeşitli metodlarla Güneylilərin milli siyasi inkişafına,
təşkilatlanma və sistemləşmələrinə yardım təşkil etməkdədir. Aman
səsizi çıxarmayın, Tehranı incitməyin siaysəti ilə, ancaq özümüzü
aldatmış olarıq.
Buda aydındır ki, Güney məsələsinin qabardılması, beynalxalq hüquqa
uygun və tam ustalıqla yerinə yetirilməlidir. Güneylilərin,
sistəmləşməsinə, dirçəlməsinə və söz sahibi olmasına görə atılan
addımlar, azda olsa ışarmaqdadır. Ancaq, içimizdə olan şəxsi mənafei
güdənlər, iqtisadi qazanç axdaranlar, ara qarışdıran yaramazların əli
ilə müsbət nəticə verəcəyidə inanılmazdır. Asimilə olmuş Güneyin
dirilib dirçəlməsi, eyni halda Azərbaycan cümhuriyətinin ən möhkəm, ən
güvənilir, ən dayanaqlı və ən böyük səngəridir.
2- Dövlət mənafei uğruna cəbhələşmə düşüncəsi
Tarixə diqqətlə nəzər salınsa, heç bir düşmən cəbhəsinin qarşısında
duran güc tək başına tab gətirməmişdir. Başqa ifadə ilə düşmən
cəbhəsinin müqabilində, dost cəbhəsinin yaranması qaçınılmaz bir
siyası addımdır.
Şübhə yoxdur ki, Azərbaycanın birlikdə fəaliyət etməsi üçün ən təbii
dostları Türk dünyası dövlətləridir. Buda aydındır ki, orta Asya türk
dövlətləri ilə ən verimli işbirliyi qurmaq üçün Azərbaycanın geniş
imkanları mövcütdür. Bu siaysi hərkətdə atılan addımları inkar etmək,
həqiqəti danmaqdır. Ancaq, bu potansiyeldən düzgün faydalndığını da
irəli sürmək doğru anlayış deyildir. Özəlliklə Güney Türkmənitsandaki
durum diqqətlə analiz edilsə və İran daxilində və xaricdə Güney
Türkmənlərlə Güney Azərbaycanlılar arasındakı isti münasibət düzgün
tərəzidə ölçülsə, düşmənin qarşısında dəyərli bir amilin varlığı daha
yaxşı anlaşılar.
Toprağımızda, siyasətimizdə, milli varlığımızda, sərvətimizdə gözü
olan güclərlə iş birliyinin ziyanlı olduğu qədər, super güclər vəya
birliklər arasında inanılır quvvənin içində olmağın müsbət nəticələri
də bilinməkdədir.
Artıq, bugünkü rəqabət dünyasında, bu empiryalist dır, o sömürgəçidir,
o birisi dinsizdir, bu birisi imansızdır fəlsəfəsi öz geçərliliyini
itirmişdir. Dövlətlərin mənafeinin üstünlüyü, geçmişdə olduğu kimi
bugündə gün kimi aydındır. Siyasi qazanc uğruna, öz dövlət və
millətini qorumaq naminə bütün imkanlardan faydalanmaq ən doğru
siyasət və diplomasi sayılmaqdadır. Əjdəhaların içində ərimək deyil,
qarşılıqlı mənafe təmini yolunda seçilən modeli axdarırkən, hədəf
vəsiləni örtüşdürməz teorisinə yox deməyin zamanı gəlmişdir. Zatən,
geçmişdən bugünə dünyada gedən bütün hadisələr göstərir ki, bu teori
sadəcə sade dil millətləri aldatmaqdan başqa bir şey deyildir.
Hədəflərinə çatmaq üçün atom bombası işlədənlər, onu əldə etmək üçün
dəridən qabıqdan çıxanların varlığı özü özlüyündə göstərir ki,
təəssüflə, hədəf vəsiləni tovcih edir. Yalançı ideolojilərlə xalqları
aldadanlar, din pərdəsi altında millətləri yatırdanlar, demokrası adı
ilə ən çirkin siaysətləri yeridənlər, gözlərimnizin qarşısında dəvam
edir.
Öyləsə, Azərbaycanın qorunması, ətrafdaki düşmənlərin yaratdığı oyun
dayrəsindən zərbə almadan salamat qurtulması üçün güclü bir cəbhənin
içində olmaq, hamı ilə yalançı dost olaraq təcavüzlərini gözləməkdən
daha məntiqi siyasət sayılır.
Ən doğru müdafiə hücumdur fəlsəfəsini bir daha vurquluyaraq, ciddi,
məntiqi, qanuni, ürəkli və təsirli hücumlar qalxanı ilə irəliləmək
“gələcək bizimdir ifadəsini” muşduluqçusu olabilər.
Güney Azərbaycan Milli Birlik Şurası
Təbliqat komitəsi 23-08-2011

No comments:
Post a Comment