Tuesday, July 26, 2011

Cәm Qaraca (Cem Karaca): Güney Azәrbaycan`dan Anadolu Rock müziyi ozanlığına


Mehran Baharlı
 
Sözümüz
 
Cәm Qaraca: Türkiyә`dә Anadolu elgün (pop) vә Anadolu sallar küyün (rock müziyin) qurucularından, Türkiyә`ni yönәtgil (politik) rockla tanışdıran, rock müziyin ulu ustasıdır. Muxtar Qaraca olaraq 5 qıraçan (aprel) 1945dә Istanbulda dünyaya gәldi. 59 yaşında boz ay (fevral) 2004dә ürәk vә solunum yetmәzliyindәn öldü. Anası Istanbullu bir Ermәni “İrma Fәlәkiyan” (daha sonralar “Toto Qaraca”, 22 oraq-july 1992, 18 yelin-mars 1912), atası Güney Azәrbaycanlı bir Türk “Mәhmәd İbrahım Qaraca”dır (27 ulusoyuq-noyabr 1915, 6 qıraçan-aprel 1980).
 
Cәm Qaraca’nın atası Mәhmәd İbrahım Qaraca (1) Tәbriz’in güney doğusunda Sәrdәri, Xısroşәhr vә Üskü üçgülü ortasında yerlәşmiş Güney Azәrbaycan`ın İsfәhlan (İsbәlan) kәndindәndir. O bir tiyatr uzlusu (sәnәtçisi) vә oynaman (actor) idi. Bir sıra Türkiyәli qaynaqlarda, bәlgә göstәrilmәksizin, Mәhmәd İbrahım Qaraca’nın Türkiyә’nin Azәrbaycan bölgәsindә yerlәşmiş Iğdır (İydir) şәhәrindәn olduğu savlanır (iddia edilir). Ancaq Güney Azәrbaycanlı Türk yontman (heykәltәraş) Ruhi Tuna, Cәm Qaraca’nın kökәni haqqında, bizim dә qәbul etdiyimiz, aşağıdakı bilgilәri vermәkdәdir (edit edilmişdir): “Cәm Qaraca ilә xâtirәlәrim vardır. İlk görüşümüzdә Cәm mәnә dedi: “Mәn Tәbrizliyәm, Tәbriz’in yanındakı İsfәhlan kәndindәnәm. Tәbriz’i görmәk üçün yola düşdüm. Ancaq İran rejimi mәnә giriş izni vermәyip, geri çevirdi. Bu cümlәlәr eynәn Cәm Qaraca’nın mәnә söylәdiyi cümlәlәrdir. Cәm Qaraca özü İsfәhlan’ı vә Tәbriz`in yaxınlığında olduğunu vurquladı. Әgәr siz Istanbulda min kişiyә İsfәhlan haradadır sorarsanız, kimsә bilmәz. Mәnә söylәdiklәrinә görә o bir Tәbriz âşiği idi. Ancaq bә`zilәrinin ona qarşı sәrgilәdiklәri tutumu da әlәşdirirdi. Cәm Qaraca’nın anası Istanbulun Bakırköyün Ermәnilәrindәn olmuşdur. İştә mәnә söylәdiyi rahatsızlıq da elә bu qonu idi ki anası Ermәni olduğu üçün Quzey Azәrbaycanda bә`zilәri onu sevmәmәkdәdir. Ancaq o özünü Ermәni deyil, bir Azәrbaycanl Bәktâşi kimi sunardı”.
 
Cәm Qaraca atası haqqında belә diyir: “Özәnlә qonuşmaya, yazmaya vә söylәmәyә dürüşdüyüm (qeyrәt etdiyim) türkcәmi atama borcluyam. Atamdan öyrәndiyim üç beş Әrәbcә, Farsca kәlmә ilә kәndimi çox bilәrlәr arasında görmәyә başladım. Atam әlindәn gәldiyi qәdәr (mәnim müziklә ilgilinmәmi) әngәllәdi. Ancaq bu, mәni qamçıladı”. Atası Cәm Qaraca`nın Uzğan (diplomat) olmasını umurdu. Hәtta onu müzikdәn vaz geçirtmәk üçün, aqça (pul) ilә adam diralayıp Cәm Qaraca`nı ilk bәlәnliyә (sәhnәyә) çıxışında yuhalatmışdır. Ancaq daha sonralar oğlunun müziyә olan aşırı ilgisini görüncә, bu istәyindәn әl çәkmişdir.
 
Cәm Qaraca 5-6 yaşlarında anası vә teyzәsinin piyano çalmasının etgisiylә yır söylәmәyә başlamışdır. “İlk illәrim tiyatrçı ana vә atamın denәtimi, eyitimi vә gözәtimi ilә geçdi. Müziyә yönәlişimdә mәni әn çox etgilәyәn vә yönlәndirәn anam vә çox sevdiyim teyzәm olmuşdur”. Anası İrma Fәlәkiyan cumhuriyәt târixinin ünlü tiyatr, yırama (opera) vә sinemaçılarından idi. Cәm Qaraca`n;n gözәl sәsini anası kәşf etmişdir. Yırama uzlusu (sәnәtçisi) olan anasının teyzәsi “Roza Fәlәkiyan” isә, Cәm Qaraca’ya ilk nota bilgilәrini öyrәdәn kimsәdir. Cәm Qaraca`nın 14 yaşında sevdiyi vә âşiq olduğu Suadiyli Nәsrin adına bir qızı etgilәmәk üçün yapdığı “Johny Guitar” tikәsi, qızdan daha çox anası Toto`nu etgilәmişdir. Bunun üzәrinә o Cәm Qaraca`nı küyçü (müzisiyәn) Әrol Böyükburc (Erol Büyükburc)`un yanına götürmüşdür. Belәcә Cәm Qaraca anası Toto`nun sâyәsindә müziyә başlamışdır.
 
Uşaqlığında uzluqla (sәnәtlә) iç içә böyüyәn Cәm Qaraca, gәnc yaşlarında tiyatr ilә dә ilgilәnmiş vә çeşitli oyunlarda oynamışdır. Müzik alanında isә Caquarlar, Dinamitlәr, Apaşlar, Qardaşlar, Dәrvişan vә Edirdahan toparlarını (quruplarını) qurmuş, bir ara Moğollar vә Qurtulan Ekspreslә birlikdә çalışmışdır. Apaşlar toparında batı vә doğu küylәrini sәntezlәmәyә çalışdı. Dәrvişan toparında yönәtgil sallar küy (politik rock müzik) çalışmalarına yer verip, sol söylәmә geçdi. Türkiyә rock müziyindә dәrin izlәr bıraxan Dәrvişan toparı, Türkiyә’ni o dönәmdә Avropada var olan ilәrici (progressive) rock müziyi ilә tanış etmişdir. Cәm Qaraca`nın qurduğu Edirdahan toparında yapdığı vә bütünüylә epik temalarla bәzәli olan Safi Naz yapıtı, Türkiyә’nin sayılı sәmfonik rock yığavlarından (albumlarından) biri vә bu ölkәdә yapılan ilk rock yıraması (operası)dır.
 
Özünü bir rock ozanı olaraq tanımlayan Cәm Qaraca`nın müziyi, Türkiyә’ni sarsan bir müzik idi. Onun yırları çox gәniş xalq kitlәlәrinә ulaşdı. Cәm Qaraca, sәslәndirdiyi yırlarda Anadolu әzgilәrinin (melodilәrinin) pop rock ilә buluşduğu ayrıq (fәrqli) bir yorum ortaya qoydu vә Türkiyә’nin o fırtınalı illәri ilә Türk rock müziyinin sәmbol adlarından biri oldu. Cәm Qaraca tәkcә yırları deyil, yaşamı ilә dә bir cumhuriyәt çağası idi. Osmanlı vә Türk ötәyini (târixini) çox yaxşı bilәn vә savunan Cәm Qaraca, Türkiyә’dә müzik uzluların içәrisindә әn әkinclilәrindәn (kültürlülәrindәn) biri idi. Türk solunun önәmli adlarından olan vә o sıralarda özünü komunist vә uqansız (ateist) diyә tanıtdıran Cәm Qaraca, bir dönәm Türkiyә’dә özgürlüyün sәsi olmuşdur. Cәm Qaraca, yırlarının sözlәrindә toplumsal gәrçәklәr ilә yaşanılanlara yer vermiş, onlarda hәmişә pozuq düzәnә qarşı baş qaldırmışdır.
 
Cәm Qaraca 1979da әskәri çevriliş (kudeta) ilә başlayan yoğun basqılar üzәrinә Almanyaya köçdü. Orada Nâzim Hikmәt’dәn sonra әn yaxıçı yersu özlәmini (vәtәn hәsrәtini) içәrәn albumlar yapdı. Almanyada qürbәt hayatı yaşarkәn bu ölkәnin önәmli küyәşgәlәri (orkestraları) ilә çalışdı. Bu arada Türkiyә’dә aranmaya başlandı, mallarına әl qoyuldu vә 200 il tutsaq qıyınına (hәbis cәzâsına) çarpdırıldı. 1983dә Türkiyә yurddaşlığından (vәtәndaşlığından) atıldı. 8 il yarım sürgün yaşamından sonra 1987dә Türkiyә’yә geri qayıtdı. Bunun üzәrinә әski yoldaşları tәrәfindәn dönәkliklә suçlanıp dışlandı. Bu suçlamalara “Yurduma dönmәk dönәklik isә, mәn dönәyәm, arxadaş!” demәklә yanıt Verdi. Cәm Qaraca milyonlarla Türkiyәli üçün, yurdundakı dönüşümü tәmsil edәn bir oluntu (fenomen) idi. Dönüşdә siyâasi görüşlәrindә yumuşama vә din qonusunda dәyişim ortaya çıxdı. Bu durumu, “Әskidәn ağ vә qara var idi, ancaq mәn artıq bozlardayam” diyә açıqladı, “Mәn hәlә dә soluçuyam, amma inanclıyam da. Bir zamanlar ateist olduğumu sanırdım, mәn qoyu solçu ikәn dә Allah’a inanırdım” dedi. Ölümündәn öncә tutucu (muhâfizәkar) kәsimin dә özgürlüklәrini savundu. Boynunda gümüş bir zәncirә taxılı Hz. Әli’nin üzkip (portre) vә qılıcını daşıyan Cәm Qaraca, yaşam boyu bögüşünü (fәlsәfәsini) Qızılbaş-Bәkâşi inancı ilkәsinә görә “Әlimә, belimә vә dilimә sâhib olmaq” vә “atamdan aldığım soyadımı eyni gözәllikdә oğluma devr edәbilmәk” diyә açıqladı. Cәm Qaraca’nın bir sıra siyâsi görüşlәrinin dәyişmәsinә qarşın, müziyi heç dәyişmәdi. Onun müziyindә toplumsal sorunlar, sevgi vә Anadolu türkülәri hәmişә yer aldı.
 
Ölümündәn öncәki son iki ili, kәbilgә(bar) vә küylәntilәrdә (konsertlәrdә) yır söylәrәk geçirdi. 2003 ilindә çıxan Qәzәl (Gazel) adlı qoşuq pitiyindә (kitabında) “Dörd idik, iki qaldıq” dedi. Bu, Barış Manço vә Fikrәt Qızılox (Fikret Kızılok)un ölümü vә Cәm Qaraca ilә Әrkin Qoray (Erkin Koray)ın o illәrdә yaşadığına dәyinim (işârә) idi. Cәm Qaraca 8 boz ay (fevral) 2004dә yaşama gözlәrini yumdu.
 
Cәm Qaraca’nın atası Türk Cә`fәri bir usundan (âilәdәn) gәlirdi. Oğlunun da cәnâzәsi Türk Cә`fәri inancına görә yuyunup gömüldü. Çünkü “Bәktâşi mәşrәb” Cәm Qaraca, seçimini belә yapmışdı. Tuturğu (vәsiyәti) üzәrә, ölütü (cәnâzәsi) Üsküdardakı Seyid Әhmәd Dәrәsi Mәscidi sinlağında (qәbristanında) atası Mәhmәd İbrahım Qaraca`nın sini (mәzarı) üzәrinә gömüldü (Anası isә Şişli Ermәni sinlağında yatır). Bağlarbaşı Seyid Әhmәd Dәrәsi vәqfi yükünclük (mәscid) vә sinlağı, Güney vә Quzey Azәrbaycanlılarla Cә`fәri Türklәrin yükünclük vә sinlağı olaraq bilinir vә tuğralı (rәsmi) olaraq da İranlılar (Әcәm) mәzârlığı adıyla sәbt olunmuşdur. Orada Әbdülqâdir Gölpınarlı vә Әli Bәy Hüseyinzâdә ilә oğlunun da sini yatmaqdadır. Cәm Qaraca “Cәnâzәmi alqışlarla deyil, tәkbirlәrlә qaldırın” istәmişdi. İstәyinә uyaraq cәnâzәsindә alqışlanmadı, sәs irildәrlәrdәn (hoparlorlardan) tanrıdamlar (ilâhilәr) vә Qur`andan bölümlәr oxundu. Türkiyә әrklәtinә (devlәtinә) qırqın olduğundan dolayı, cәnâzәsindә әrklәt törәni istәmәmişdi. Fobisinin yalnız qalmaq olduğunu söylәyәn Cәm Qaraca`ın cәnâzәsinә qatılan on minlәrcә insan, onu son yolçuluğunda yalnız bıraxmadı.
 
Cәm Qaraca`nın unutulmayan yapıtları:
 
Emrah (1967), Rәsimdәki gözyaşları (1968), Kәndim etdim kәndim buldum (1970), Askaros Dәrәsi (1972), Nâmus bәlası (1974), Tә`mirçi çırağı, Mәni siz dәlirtdiniz (1975), Parka (1976), Sәfi Naz (1978), Hәsrәt (1980), Bәklә mәni (1982), Mәrhaba gәnclәr vә hәr zaman gәnc qalanlar (1987), Yiyin әfәndilәr (1990), Nәrdә qalmışdıq (1992), Mindik bir әlâmәtә (1999).
 
-----------------------------
1-Güney Azәrbaycanda adı Qaraca olan vәya adında bu kәlmәni daşıyan onlarca yeradı vardır. O cümlәdәn Әhәr, Miyana, Urmu, Bicar, Marağa, Qәzvin, Mәrәnd, …. dә.
 
Gәrçәyә Hu
 
Sözlük
 
Açıqlamaq: İzâh etmәk
Aqça: Pul, para
Aşırı: Ekstrem
Ayrıq: Fәrqli
Basqı: Tәzyiq
Bögüş: Fәlsәfә
Boz: Qri boya
Boz: Fevral ayı
Buluşmaq: Bir araya gәlmәk
Bәlәnlik: Sәhnә (Özbәkçәdәn)
Çağa: Bala, Uşaq, Yavru
Çeşitli:
Denәtim: Kontrol
Dönüşüm:
Dönәk: Düşüncәsini tez tez dәyişdirәn
Dönәm: Devir
Dürüşmәk: Qeyrәt etmәk
Düzәn: Nizam, Nәzm
Dәlirtmәk: Dәli etmәk
Dәyinim: İşârә
Elgün: Pop (müzik)
Etgilәmәk: Tә`sir etmәk
Eyitim: Tәrbiyәt
Әkinc: Kültür
Әl qoyuldu: Musadirә edildi
Әlәşdirmәk: Tәnqid etmәk
Әrklәt: Devlәt
Әzgi: Melodi
Fırtınalı: Tufanlı
Gömülmәk: Dәfn edilmәk
Gözәtim:
İçәrmәk: Ehtiva etmәk
İlgilәnmәk: Әlaqәlәnmәk
İlkә: Pirinsip
İlәrici: Progressive
Küy: Müzik, Musiqi
Küyçü: Müzisiyәn
Küylәnti: Konser
Küyәşgә: Orkestr
Kәbilgәn: Bar
Kәsim:
Oluntu: Fenomen
Ölüt: Cәnâzә
Oraq: July ayı
Ötәk: Târix
Oynaman: Aktor
Ozan:
Özgürlük: Âzadlıq
Özlәm: Hәsrәt
Özәn: Diqqәt, Hәvәs
Pitik: Kitab
Pozuq: Xarab
Qamçılamaq:
Qarşın: Rәğmәn, Basmayaraq
Qıraçan: Aprel ayı
Qırqın:
Qıyın: Cәza
Qoşuq: Şeir
Qoyu:
Sallar: Rock (müzik)
Sarsmaq:
Savlamaq: İddia etmәk
Savunmaq: Mudâfiә etmәk
Sinlaq: Qәbirsandıq, Mәzarlıq
Solunum: Nәfәs
Sorun: Problem
Söylәm: Diskurs
Suçlamaq:
Sürgün:
Sәrgilәmәk:
Sәs irildәr: Hoparlor, meqafon
Tanımlamaq:
Tanrıdam: İlâhi, dini әzgilәr
Taxılı:
Teyzә: Xala (әski türkcәdә Tay (Tağayı) Ezә. Tağayı ana tәrәfindәn demәkdir vә bugün Dayı olaraq söylәnir. Ezә bpyük bacı anlamındadır)
Tikә: Musiqi parçası
Topar: Qurup
Toplumsal: Sosyal
Törәn: Mәrâsim
Tuğralı: Rәsmi
Türkü:
Tutruq: Vәsiyәt
Tutsaq: Hәbs
Tutucu:
Tutum:
Üçgül: Müsәlәs, triqon (әski türkcә)
Ulaşmaq: Nâil olmaq, varmaq, çatmaq, yetişmәk
Ulu: Kәbir, ә`zәm
Ulusoyuq: Noyabr ayı
Uqansız: Ateist  Uqan : Әski Türkcәdә Tanrı
Usun: Âilә
Üzkip: Portre
Uzlu: Sәnәtçi
Uzluq: Sәnәt
Uzqan: Diplomat (әski türkcәdә Uzğanmaq: musâlimәt)
Yanıt: Cavab
Yapıt: Әsәr
Yaşam: Hayat
Yaxıçı:
Yelin: Mars ayı
Yersu: Vәtәn (әski Türkcә)
Yetmәzlik: Çatışmazlıq
Yığav: Album
Yır: Tәranә, mahnı
Yırama: Opera
Yolçuluq:
Yönlәndirmәk:
Yontman: Heykәltәraş
Yönәliş:
Yönәtgil: Siyâsi
Yorum: Tәfsir
Yuhalamaq:
Yükünclük: Mәscid
Yurddaşlıq: Vәtәndaşlıq
Sozumuz, a window opening to the life/culture of the turkish nation of iran/south azerbaijan:
http://sozumuz.blogspot.com/
http://sozumuz-turk-dovletler.blogspot.com/

No comments:

Post a Comment