(Bu yazıdan məqsəd, cənab Ərəsi və ona tay soydaşlarımızın, Müşiri kimi ırqçıların yaratdığı küllükdə əvədələməkdən qurtulub, millət bağının qızıl güllərinin iyində çiçəklənərək sərməst olmağa çağırmaqdır).
“Azərbaycan milli hərəkatı” içindəki bütün çatışmamazlıq və çətinliklərə baxmıyaraq inkişaf edən bir düşüncə kimi gücləndikcə onu toxmaqlıyanlarda artmaqdadır. Bu anti Türk/ anti Azərbaycan fəaliyətlərlə çeşitli dayrələr məşqul olsa da, başındakı quvvə “Arya ırqına” söykənən “Fars şovinizmi” gəlməkdədir. Losanjlesdən yayılan “pars tv” nin jun ayının 11-dən başlıyaraq 3 cümə günlərində ardıcıl olaraq vəzin “Varləq “ jurnalının müzakirəsi, ona, onun başçısı sayın prof. Dr. Cavad bəy Heyətə və yazarlarına, o cümlədən mənə olunan hücümlar bu anti Türk davranışların bir numunəsi kimi təzahür ertmişdir. Bu təxribatın bir ucu kaliforniyanın Losanjles şəhərində olsa da dünya kəmərini fırlanaraq Tehran qazetlərində özəlliklə “tabnak” adındakı düşərgədə əleyhimizə aparılan təbliqatla əl sıxışdığı aşikardır. Pars tv-də Bəhram Müşiri adında birinin aparıçılığı ilə sapı özümüzdən olan baltalardan biri “ Məhəmməd Ərəsi” nin bizi inkar, alçaq düşürücü, yalançı və saxta tarix sırıması haqda az sonra danışacağam. Maraqlı burasındadırkı, o müzakirlərdən həmən sonra Tehranda çıxan “itillat qazetində” Jul ayının 14-də milli varlığımızı danmağa çalışan yazının tv-dəki yaxlaşıma oxşamasıdır. Başqa ifadə ilə bu rasistlərin harada olmasından, hansı fikir və ideəolojiyə yiyəlnmələrindən asılı olmuyaraq eyni toxmaqla başımıza vurub bizi bizdən uzaqlaşdırmaq üçün eyni metoddan faydalanmalarıdır. Bunların arasında ruhi birliyin yanında maddi əlaqələrin varlığını inkar etməyə qeyrət göstərən soydaşlarımızın daha dərindən düşünməyə dəvət etmək çağırışları yersiz bir ifadə olmasa gərəkdir. Bu sadə müadilənin həllinin ancaq bir cavabi var “İranda demokrasi” xəyali ilə bizim haqlarımızın təmin olacağı imkansız olduğu qədər “ Türklük mehvəri ətrafında dolanan Azərbaycançılıq” təbliqati ilə milli nəcatımızı qarantılamaq.
Pars tv- dəki o müsahibədə, soydaşımız Məhəmməd Ərəsinin, Bəhram Müşiriyə yaltaqlanmasını bərdəlik nişanəsi kimi dəyərləndirərək özümdən utandığımı gizlətməm mümkün deyil. Bunu ona görə yazdım ki, bu və buna bənzər manqurtlarımız oxuya bilsə oxusun, bəlkə gec olmadan, üzlərini daha çox qaraltmadan, özlərini bundan artıq itirmədən doğru yola, millət yoluna qayıdsınlar. O müsahibədə hörmətli cənab Dr. Cavad bəy Heyətin, cənab məhəndis Sərrafinin, dəyərli dostum hüquqçu İsmail bəy Hadinin də adları çəkilərək, ağız büzüntülü çeşitli ifadələrlə təhqir edilmişlər. Şübhə yoxdur ki, daxildə yaşayan bu soydaşlarımızın özünə xas müdafiə sistəmləri olduğuna görə mənim müdaxiləm yersiz sayılar. Ona görə, o müsahibədə, 1991-də Varlıq jurnalında “Türklük duygularını” gücləndirmək üçün yazdığıma, sayın İsmail bəy Hadının “İran” adı ilə yazdığı elmi məqaləyə və Şumali Azərbaycanın
1
“Aran” iddeasına toxunduqlarını göz önünə alaraq bu üç məsələni aydınlatmağa çalışacağam. Umid edirəm, o müsahibəyə qulaq asan soydaşlarımızın içində onlara inanan varsa yenidən hesablaşar, sayın Ərəsi bəydə oxuyaraq bilgi yoxsulluğunu başa düşər.
1- Aran və Azərbaycan
İsrarla millətə aşılamaq istəyirdilər ki, Şumali Azərbaycan adında bir ölkə yoxdur və onun əsli adı “Aran” dır. Geçən yazılarımdan birində də yazdığım kimi Cənubi Azərbvaycanda üçüncü quvvə olmaq üçün boyuk potansiyellərimzdən, zamanında arxamızda duracaq Türkiyə və Şumali Azərbaycandır. Farsçı irqçıların bu tarixi təhrifinin əsas amacı bizi şumaldan ayıraraq təkləmək və nəhayət öz məqsədlərinə yetişmək olsa gərəkdir.
“Aran vəya Qaqfqaz Albanyası” adında kitabi “İnayətullah Riza” adında bir şovinist 1980- ci illərin sonunda Tehranda nəşr etdirdi. Bu kitabdan əsas hədəf, Şumali Azərbaycan cumhuriyəti yenidən müstəqilliyini bərpa etdikdən sonra bölgədə yüksələn Türklük şuuru və Azərbaycançılıq məfkurəsinin qarşısında maniə törətmək idi. Həmin müəllifin həmin illərdə yazdığı “Türklər və Sasanilər” kitabıda eyni hədəflə tarixin təhrifinə yönəldilmişdi. Bu haqda izahata geçmədən öncə adını profosor qoymuş İnayətullah Riza- nın geçmişi ilə bağlı qısa məlumat verməyi faydalı görürəm. Çünki, Arya ırqına dayanan farsçılıq siyasətini güdənlərin hanki ideologiyə inandıqlarından asılı olmuyaraq Türek – Ərəb düşmənliyində eyni gözədən su içməsinin bir sübutudur. Əslən Gilanlı olan bu şəxs bir kominist kimi tudə partyasında fəaliyətə başlamış və nəhayət sovyetlər birliyinə qaçmışdır. 10 il Şumali Azərbaycanda çörəyimizi yedikdən sonra Moskovoya və nəhayət bir Mao-ist kimi Pekənə göndərilmişdir. Qardaşı məşhur prof. Riza, şahin göstərişi ilə o zamankl “Aryamehr” üniversitəsinin rektorluğuna gətirilmişdir. Şah ilə yaxınlığı bilinən bu rektor, Kuruşun 2500 illiyinə hazırlıq mərhələsində vasitə olaraq , İnayətullahın peşman olduğunu və İrana dönməyində faydalı olacağını şahın qulağına pıçıldamış və geri qayıtmasını təmin etmişdi. Qayıdandan sonra isə ırqçı araşdırmalarını məqalələr və kitablar halında nəşr etməyə başlıyaraq, əngəl həyatını sürdürmək üçün yaltaqlanmışdır.
İnayətullah Rizanın “ Aran “ teorisinin yalnış olduğunu, bundan ancaq Azərbaycanla düşmənlik iyinin gəldiyini, tarixin təhrif edildiyini sübut edən bir məqalə yazıldı. Dəyərli gəncliyimizin hazırladığı o məqalə “Varlıq” jurnalının dolqun kitabxanasındakı tarixi sənədlərdən istifadə edilərək yazılması şovinizmin gözündə tikan olması, Müşiri ilə Ərəsinin qaş göz oynatmalarındanda bəlli idi. Hatif Təbrizinin “dayrətul məarifində” Aran sözünün qabağında yazdğı “ vilayəti min əl Azərbaycan” başlığından istifadə edilən o məqalə o illər (1992) Əbrar
2
qazetinin iki sayında çap edildi. Çoxlu sənədlərdən faydalanılaraq bu elmi yazı ilə inayətullahın “Aran” teorisinin içi boş idda olduğu sübut edildi. Ancaq, saxta tarix yazmağa alışan bu yalançılar, təbliqat
bombardumanı ilə yalanlara gərçək donu geydirməyə alışıqdırlar.
Bu yazıda üzümü aldanmış soydaşımız sayın Ərəsi cənablarına tutub, bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Bəlkə bu sözlər və tarixi həqiqətləri oxur azda olsa zehni durular. Bəhram Müşirinin isə qan davası qanına işlədiyinə görə intiqam hissi islahına yol verməz, Bakılılar demişkən “ qan təmizlənməz”.
Sayın Ərəsi bəy,
“Azərbaycan haradır” adı altında yazdığım bir məqalədə, Azərbaycanın tarixi topraqlarının Dağıstandan(Ərak) Dağıstana olduğunu bəyan etmişdim. Bu tərif Məhəmməd Cəriri Təbərinin, 1200 il öncə yazdığı “ Tarixi Təbəri” kitabının beşinci cildində dərc edilmişdir. Bu o deməkdir ki, sizin Aran dediyiniz bölgə “bütöv Azərbaycanın” daxilində olan bir vilayətmış, oxumanızı tovsiyə edirəm. Ama lutfən orjinalını tapınkı, İran adı altında farsçılıq siyasəti güdənlərin təhrif etdiyi “ mituni əsli” kimi oda təhrif ediləbilər. Bu iddeanın əyani sübutunu görməyiniz üçün isə 1997-də yazdığım və Güney Azərbaycanın “Məhdi azadi”” Nəvidi Azərbaycan” Quzey Azərbaycanın 22.06.1997 tarixli ədəbiyat qazeti, Sveçdə çıxan “Tribun jurnalı” və İstanbulda çıxan “Tür dünyası” jurnalında dərc olunmuş” Cənubi Azərbaycanda Türk ləhcələri” adındakı məqaləni oxumağınızı uygun görməkdəyəm.
Bunun yanında “Azərbaycan aydınları və milli kimlik böhranı” adı altında, 2000-ci il yazdığım “Nəvidi Azərbaycan””Yeni Azərbaycan” qazetləri və “tribun” jurnalında dərc olunan məqaləmdən bəzi statlar gətirərək, Şumali Azərbaycan cumhuriyətinin tarixi Azərbaycan toprağı olduğunu vurqulamaq istərdim. Azərbaycan aydınlarının milli kimlik böhranın səbəblərini aşağıdakı kimi sıralamışdım.
- Dil və tariximizin təhrifi
- İdeolojik basqılar
- Hakimiyət mübarizəsi
- Ərazi parçalanması
- İqtisadi ayrı seçkilik nəticəsində mali böhran.
Hər şehdən öncə siz və sizin kimi milli kimlik böhrani geçirdən soydaşlarımızın o məqaləni oxumasının müsbət təsir göstərəcəyinə az da olsa inanmaqdayam. Ama burada bəyan etmək istədiyim məbhəs 4-cü sıradakı “Parçalanma” bölməsindən yola çıxaraq Şumali Azərbaycanın əsli Azərbaycan toprağı olduğunu tarixi sənədlərlə sizə göstərməkdir. Bəlkə elmin bəyan etdiyi dil ilə sizdə gərçəkləri görüb doğru yola qayıdasız. Çünki, eşitdiyimə görə siz, təkcə Pars tv-də deyil fürsət
3
tapdığınız bütün imkanlardan, o cümlədən paltalk otaqlarında da baltanı öz ayaqıza vurmaqdasız.
O məqalənin “ parçalanma” bölümündə Azərbaycanın hududları və 500.000 Km2 tarixi topraqlarımızın aydınlaşması zərurəti aydındır. Orada dərc etdiyim və aşağıda adlarını çəkdiyim əlimdəki tarixi/coğrafi əsrlərin hamısında, bugünkü Şumali və Cənubi Azərbaycan şəhərlərinin adı çəkilərək hududlarımız təyin edilmişdir. Bu qaynaqlarda Azərbaycanın hududları, Ərakdan Dərbəndə, bəzən Cəzirədən (Kərkük) Xəzərana, Reydən Sərirə, İrəvan xanlığına, Həmədan- Zəncan- Gəncə- Bərdə- Təbriz- Marağa- Şirvan və Ərdəbil adları bir yerdə çəkilmişdir. Aşağıda qeyd elədiyim bu orijinal mətinlər əminəmki olduğunuz yerdə tapılar, oxumağınızı, ama ön yargısız oxumağınızı uygun görürəm.
- İstəxri-nin, hicri qəməri 240-ci ildə yazdığı “Məsalik əl məmalik”
- İbni Hövqəl-in, hicri qəməri 267-ci ildə yazdığı “Surətül Ərz”
- Əhməd ibni Əbu yəqub-un, hicri qəməri 278-ci ildə yazdığı “Əlbələdan”
- Müəllifi bilinmiyən, katibi isə Əbul Müəyyid olan, hicri qəməri 372-ci ildə yazılmış”hudu əl aləm”
- İbn əl Əsir-in, hicri qəməri 628-ci ildə yazdığı “Əlkamil i fil tarix”
- Həmdullah Müstofi-nin, 740-ci ildə yazdığı “ nəzhət ül qlub”
- Osmanı imperatorluğunun 16 və 18- ci əsirlərdə yazdırdığı Azərbaycanla bağlı “icmal və təfsil” dəftərləri.
2- İran haradır
Əziz dostum, dəyərli alim, hüquqşünas sayın İsmail bəy Hadi-nin varlıq jurnalındakı “İran bir ölkə olaraq tarixdə varmı” yazısına müsahibdə geniş yer ayrılmışdı. Arya ırqçılığı dayrəsindən eşyi görəmiyən və İran adı altında bu rasist təfəkkürü sürdürməyə çalışan programda, Hadi bəyin yüksək elmi mahiyətli yazısına hücumları bir yandan gülməli, o biri yandan isə ağlamalıydı. O məqalədə tarixi sənədlərə dayanaraq, Şiubiyədən Firdovsiyə, islamdan öncə və sonrakı sənədlərə toxunaraq, bugünə qədər təhlilin nəticəsində “İran” adı altında tarixdə bir ölkənin olmadığı sübut edilmişdir. Bunu qaralamaq üçün dəridən qabıqdan çıxan Müşiri və Ərəsi-nin həqiqətləri inkar edən dodaqlarının, əsəbiyətdən titrəməsi gülməli, heç bir elmi dayanağı olmuyan sözlərlə bu ölkəni sübuta çalışmaları ağlamalıydı. Şah İsmailin İran dövləti adı altında tac qoyduğuna geniş yer ayıran bu alimlər, geçən min ildə Türk sülalələrin bugün İran adlanan ölkə də daxil olmaqla bütün bölgədə hakimiyətini görməməzlikdən gəlmələri utandırıcı idi. O dövürdə ulus dövlət deyil, din qınında sülalə dövlətlərinin hakimiyətini inkar etmək zəfinə düşərək, fəlsəfə toxumağa çalışdılar. Iki Türk sülalə dövlətləri olan Səfəvi- Osmanlı savaşlarınının Şiə-sünni toqquşması gün kimi aydınkən onu,
4
İran- osmanı müharibəsi adlandırmaları, ancaq tarixdə olmuyan
“İran” dövlətini millətə sıramaq məqsədi güdürdü.
Dəfələrlə yazıb- dedyim kimi tarixdə nə İran nədə Turan diyə bir ölkə olmayıb. Sayın Ərəsi bəydən soruşmaq lazimdir ki, bu İran dövlətinin qədim hüdudları haraymış. Yuxarıda qeyd etdiyim tarixi sənədlərdə
Azərbaycanın hüdudları açıqca bəyan edildiyinə görə deməli belə bir qədim ölkə olub və bügündə var. Sən bir tək sənəd göstərki, onda” İran” adı altında bir ölkənin hududları yazılmış olsun, bizdə qəbul edək.
3- Türk kimliyi və Qarabağın nəcatı
Varlıq jurnalının bütün sayılarında, özəlliklə müharibə illərində Qarabağ məsələsinə geniş yer verildiyi inkar edilməzdir. Tehranda olduğum o illərdə Qarabağla bağlı yazdığım çeşitli yazılardan əsas məqsədim, Azərbaycanlılarda Türklük şuurunu yüksəltmək və birinci gündən inancım olan güc tətbiqi ilə Qarabağı azad etmək olmuşdur. Geçən 20 ildə deyişən şərtlərə baxmıyaraq aparılan müsalihə və müzakirələrdə bu nəzəriyənin əyani sübutudur. Buda aydındər ki, bu milli savaşda bizim qarşımızda duran əsas quvvə Fars-Rus və Erməni birliytidir. Demək ki, məsələyə geniş zaviyədən baxmaq məntiqi siyasətin icabidir. 1990-92 illərində böyük çətinliklərə düşsəmdə “Məhəmməd Səid Ordubadının” qanlı sənələr kitabı və “Almas Ildırımın” seçilmiş şeirlərini ərəb əlifbasında tənzimləyib çap etdirməkdən əsas məqsədim, qeyd etdiyim iki açılım, yəni Türklük şuurunun dirçəlişi və Qarabağın nəcati olmuşdur.
Varlıq jurnalının 1992-dəki qış sayında bu haqda, oğlum Səlcuq-a xitabən yazdığım “ Qarabağ Mərsiyəsi” adı altındakı mətləbə, Pars tv-də toxunaraq büzülən ağızları görübdə münasibət bildirməmək, qələmimə sayqısızlıq olardı. Çünki, qan içən Kuruş-u əlində bayraq edən Müşirinin, yazıda ad apardığım Türk milli qəhrəmanları və imperatorluqlarını inkar dili ilə oxuyan Ərəsiyə qoşularaq “vah vah bunlarki vəhşi-çaqqı keşdir deməsi” mənə yox millətimizə əhanətdir. Çünki, Müşirinin əl-qol ölçərək qanımıza susadığını görəndə, Tomrus ananın, kuruş-un kəsilmiş başını qan çamağına atan hikayəsi yadıma düşdü. Çünki, 10-15 yaşımdaykən Şah aryaçılarının, tərcümə edərək yaydığı “ Hitlerin” “ mənim savaşım kitabında” İranlıların (Fars) Alman ırqına, ikisinində“Arya”mənsubiyətinə iftixarla toxunaraq cinayət teoriləri yadıma düşdü. Çünki, milli hökümət sonrası şəhid olan 30.000 soydaşım, bugün zindanlarda qollarınıdakı zəncir yarasının axıtdığı ürək qanının nalələri yadıma düşdü. Çünki, Ərəsi bəy utanmazcasına Müşiriyə qoşulub Erməni teroristlərini müdafiə edəndə “xaclı faciəsi” yadıma düşürdü. Çünki, xatəminin xarici işlər naziri “ mühacirani” 1998- dəki İrəvana səfərində, Ermənilərlə eyni soydan olduqlarını vurqulaması yadıma düşürdü. Irqçı Müşiriyə sözüm yox, ama, çıxışlarından sol görüş qoxusu gələn və Şah zamani zindanda yatan soydaşımız Ərəsi-yə bir nəçə sözüm var.
5
Düşünürdüm ki, bu ırqçı təfəkkürə qoşularaq, sayın Ərəsi bəyin milli qəhrəmanlarımız, Atıla, Alpaslan,Teymur, toxtamış, Fatih, Səttarxan və
Pişəvəriyə xor baxmağının dərinliklərində nə gizlənir.
Düşünürdüm ki, Varlıqdakı o mətləbdə işarə etdiyim böyük “Hun” “ Göktürk” ”Altınordu” ”Səlcuq” ”kürəkənli” “Osmanlı” və sayrə kimi dövlətləri, Müşirinin yanında oturub inkar edən soydaşımızın beynində nələr qalıblaşıb ki, onu kəsmək gücünü itirib, öz qonduğu budağı baltalayır.
Düşünürəm ki biz, millətləşmə prosində Avrupadan 200 il və Farslardan 100 il geri qalmışıq. Bu qara gündən qurtuşun təkcə yolu Türk kimliyimizi Azərbaycançılıq məfkurəsinə toxuyub, Arya ırqçılarının qarşısında özümüzdən müdafiə xətti tyaratmalıyıq. Onun üçündür ki, bütün çabalarımı, müdafiə yöntəmli milli düşüncənin yayılmasına yönəldərək ırqçı düşüncədən beynimi və beyinlərimizi arıtmağa çalışmaqdayam. O müsahibədə, mənim tarixə baxışımı öz tərəzinizdədə ölçərək faşist görüntüsü yaradan zehniyətə, 1970-də Şah-a verdiyim cavabı, sizində üzüzə vurmaq istəyirəm. Çünki, “Pan Türkist” olub Turan yaradmaq üçün “Aslan biləyi” “Şağman diləyi” “ Dədəqorqud ürəyi” lazımdır. Ama, Azərbaycanın düşdüyü bu bəladən nəcatı, əzilmiş milli qrurumuzun dirçəlməsi, talanmış milli varlığımızı qaytarılması, aclıq və sıfalətdən qurtulması “Türkçülükdür sə” mən ən böyük Türkçüyəm.
Düşünürəm ki, həzyan inacına görə öz çevrəsində Əhməd Kəsrəviyə oxşadılan Bəhram Müşirinin, Firdovsi və Şahnamə haqqında yaxında çıxaracağı kitabı oxumağınızda da fayda var. Bu barədə yeni qaynaqlar tapdığını iddea edən bu şəxsin hədəfi, dəfələrlə islah edilərək çap edilən Şahnamədə, gözdən qaçan vəya zamana uygunlaşmıyan fikirlərin, o cümlədən qadını alçaqlayan qoşmalarının islahi fikri yatmaqdadır. O kitabı oxuyaraq, 1000 ildən sonra Losanjlesdə oturub, Tus-da qazıntı aparan bu yalançıların yazdıqlarını, geçmişdə yazılanlarla müqayisə edərsən, Şahnamə və ona bənzər ırqçı əsərlərin inkişaf formulunu anlıya bilərsən. Bəlkə, bunlara inanmaqda aldanmış olduğunuda anladın. Bu rasistlərin, Türk – Ərəb və islam düşmənçiliyinin kökündə farsçılıq siaysətinin yatdığı aydındır. Bugünkü islam hakimiyətinə olan nifrətin, bu şovinistlərin səfinə qoşulmağına səbəbiyət vermiş ola bilər. Məsələyə geniş zaviyədən baxsan görəcəksən ki, o ılkədə aparılan siaysətin islamla heç bir əlaqəsi yox, bəlkə farsçılıq siaysətinin barız nümunəsidir. Inanmasan, 5000 tümənliklə Farsi sürəyaya qaldıran, tümənə parsi adı qoyan” Quran ayələrinə istinadən ana dilində məktəb istəyənləri, millətlər arasında ayrı seçgiliyə yox diyənləri zindana salan zehniyətə diqqətinizi çəkirəm”.
Böyük Rəsuloğlu 24.07.2011
6
No comments:
Post a Comment