Tuesday, July 19, 2011

Xaməneyi, İranın Əsli Hakimiyyəti və Demokratik Mübarəzə


Arif Kəskin

İran rejimi daxilindəki iktidar/güç münasəbətlərini təhlil etmək asan deyil. Siyasətçilərin istifadə ettiyi dil, ortalıqda sel kimi dolaşan iddialar və dedi-qodular, ixtilafların ortaya qoyuluş tərzi və bunlarla yanaşı gruhlar arasındaki münaqəşələrin səbəbi və mahiyyəti kimi məslələrin şəffaf və aydın olmaması İran siyasi hayatını ibhamlar yumağına çevirir. Yuxarıdakı amillərə əlavə olaraq, İrandaki rəsmi qurumlarn çoxluğu və səlahiyyət dairlərinin iç-içə keçmişliy, hökumətin qəarar alma mexanizmasının mürəkkəbliyi ibhamları daha da artırmaqdadır.

İran siyasəti üstünə çökmüş duman pərdəsi insanları siyasi hadisələrin mahiyətini qavramlarını çətinləşdirir, onları yanlış yerlərə aparıb çıxardır. Xususilədə, 1989-cü ildə Xumeyninin ölümündən sonra bu ibham daha da artmışdır. Çünki, Xaməneyinin tək başına ölkəyi idarə edəbiləcəyinə inam az idi. Elə buna görə də, 1989-cü ildən günümüzə qədər İranın əsli hakimiyətini Rəfsəncani, Məhəmməd Təqi Mebah Yəzdi, Abbas Vaez Təbəsi kimi şəxsiyətlərin adlarıyla yanaşı İslam İnqilabi Keşikçiləri (Sepah) Höcəttiyə, Həqqani Mədrəsesi tələbələri kimi təşkilatlar olaraq göstərilirdi.

İran rejimi daxili gruhların heç biri ölkə siyasəti üzərindəki ibham pərdəsinin dəlinməsini istəmədilər.. Bu durum, sanki, hamısının xeyrineydi. Xaməneyi əsli hakim görsənməyərək var olan durumunların məsulu kimi görünmürdü, tənqidlərin hədəfində də deyildi. Bu durum xalq arasında ` Xaməneynin hər şeydən xəbəri yox` vəya `xaməneyinin özü yaxşıdır ətrafındakılar pisdir` kimi fikirlərin yayılmasına səbəbiyət verirdi. Rəfsənacni və İslahtçılar həqiqəti bildikləri halda bəyan etmirdilər. Çünki, `həqiqəti ifşa ettiklərində` siyasi fəaliyət edəməyəcəklərini bilirdilər. İslahatçılar hakimiyyətdə olduqları dönəmdə Rəfsencanini hədəf göstərirdilər. Hakimiyətdən uzaqlaşdiqdan sonra da, İslam İnqilabi Keşikçiləri və Höcəttiyə kimi radikal gurumları hədəf göstərməyə başladılar.

Həqiqet bütün çılpaqlığıyla öncə 2009-cü ildə gərçəkləşən prezident seşkilərində və daha sonrada Əhmədinəjad və Xaməneyi arasındaki münaqəşədə ortaya çıxdı, İran siyasəti üzərindəki ibham pərdəsi qalxdı. Xaməneyi İran rejiminin daxili və xarici siyasətinin ən kiçik detalına qədər xəbərdar olduğu və mudaxilə elədiyi anlaşıldı. Xaməneyi İranın təhlikəsizlik və xarici siyasətini idare etmənin yanı sıra, ölkənin iktisadi, mədəni və dini siyasətini də tənzim ettiyi aşkar oldu. İrandaki gruhların siyasi hayatda qalmaları vəya yüsəlmələri Xaməneyi ilə olan münəsətbətlərinə bağlı olduğu isbat oldu. Siyasi şəxsiyətlərin yüksilişi vəya kənara atılması yenə də onun iradəsiylə mümkün olduğu görsəndi.
Xaməney İran siyasi güdəminin mərkəzinə yerləşdi. Onun qanuni vəya qanuni olmayan yetqiləri mübahisəyə açıldı. İran konstitusiyası Xaməneyiyə sınırsız səlahiyətlər verib. İrandaki ədliyyə, ordu, Məsləhət Şurası, Konstitusiya Quruyuclar Şuras, təbliğat şəbəkələri, təhlikəsizlik və kəşfiyat idarələri, vəqflər, radyo-televizyonlar və bənzəri qurumlar onun əmrindədir.Xaməneyinin yetqilərinin sınırsızlığı anlaşılması, onun İran siyasi hayatının esas problemi olaraq görünməsinə də səbəbiyət verdi.

İndi `İranı kim idarə edir (yönətir)?` sualının cəvabı bəllidir. İslahatçı, mühafizəkar siyasi –fikri hərəkatlərın, Höccətiyə, Həqqani tələbələri kimi yarı -gizli orqanizasyonların, İslam İnqilabi Keşikçiləri kimi rəsmı-hərbi qurumların İrandaki siyasi proselərə təsirləri inkar ediləməz. Onlar, İran siyasətinin önəmli parçalarını təşkil etsələr də, təyin edəci məqamda deyillər. Daha açıq ifadə edərsək, Xaməneyi siyasi hayatının təyin edici gücüdür. İşin ən maraqlı tərəfi odur ki, Xaməneyinin təyin ediciliyi bədihi və günəş kimi aydın olsa da, İslahatçilar bu `bədihiyatı` heç dillərinə gətirmədilər. İnsanları Mesbah Yəzdi və Höccətiyə ilə qorxuttular. Ancaq indi hamı bilir ki, Mesbah Yəzdi və Höccətiyə güç qazandılarsa da, Xaməneyinin dəstəyi ilə mümkün oldu. Gəlinən məqamda insanları aldatmya imkan qalmadığını düşünürəm.

Demokratik mübarəzə doğru-düzgün irəliləmək istəyirsə Velayət-e fəqih, Xaməneyi və onun ətrafında toplanmış rəsmi vəya qeyri- rəsmi qurumların inihilalını əsli hədəflərindən olaraq seçməlidir.. Xaməneyi ilə müzakərə edən, onunla anlaşmaya çalışan və onu siyasi mübarəzənin xaricində tutan hər hərəkət demokratəkləşmə mübarəzəsindən uzaqlaşmış olacaqdır.

Suriyədə Bəşar Əsəd sernigun olarsa(devrilirsə), regiyonda güç tərazlığı İran eləyhinə deyişirsə və ölkə içindəki iktisadi vəziyət rejimin kontrolundan çıxarsa Xaməneyi çox ciddi çətinliklərə düşəcəyi ehtimal daxilindədir. Xaməneyə bu durumda Əhmədinəjad və Mesbah Yəzdiləri qurban vermək istəyəbilər. Bu noqtədə Rəfsəncani, İslahatçılar və Yaşıl Herekatçıların mövqeyi çox önəmlidir. Xaməneyi hələ Əhmədinəjadı xərcləmək istmir, onu `ruz-e mebadaya` saxlayıb. `Ruz-e məbada` gəlirsə və Xaməneyi yaxasını qurtara bilməzsə, çox şeylər dəyişəbilər. Rəfsəncaniyə və islahatçılara olan etimadsızlığıma əsaslanaraq, əlimizə gəlməsi mühtəməl tarixi fürəti qaçıra bilərik.

10 Təmmuz 20111
Ankara

No comments:

Post a Comment