Tuesday, July 19, 2011

Yaşıl Hərəkatı Niyə Nəticə alabilmir?


Arif Kəskin

“Yaşıl Hərəkatı öldü və bir daha ayağa qalxa bilməz” sözü  edalətli yorum olmaz. Yaşıl Hərəkatı ölməsə də, İran rejimini dəyişdirəcək  gücünün olmadığıni da göstərmiş . Necə ki,  2009-cu ilden günümüzə qədər verilən o qədər mübarəzələrin   sonunda İslahatçıların bir hissəsi  ` Xaməneynin əlini öpmə` musabəqəsinə giriblər.  `Seçkilərə girib Xaməneyini məşrulaştırmayalım` diyənləri `xain` olaraq adlandırırlar.  Mir Hüseyən Musəvi və Mehdi Kərrubinin fikirləri bəlli olmas da, İslahatçıların böyük hissəsi Xaməneyi ilə barışmaya hazırdır.  Xaməneyi və İslahatçılar anlaşırlarsa, Yaşıl Hərəkatı ölməsə de, trajik bölünmə ilə qarşı –qarşıya gələbilər .

Yaşıl Hərəkatı reaksıya (vakoneşi) hərəkatı olaraq doğuldu. İran adlnan ölkənin iktisadi, siyasi, sosial, mədəni, dini və etnik-milli məsələlərini qapsayacak bütünlükçü söyləm gəliştirəmədi. İşin ən qərib tərfi,  ölkənin çox fərqli mahiyyətəki problemlərinə bütüncül söyləm gəlişdirməyə ehtiyac da hiss etmədi. Bu məslə hayati dərcədə önəm daşıyır.  

Mərkəziyətçi  güçlərin bütünlükçü demokratik söyləm gələşdirməmələrinin çeşidli səbəbləri vardır. Öncəliklə açıq şəkəldə deməliyəm ki, Mərkəziyətçi  güçlərin demokratik mübarəzə  təcrübələri yoxdur. ` İranda demokrasi mübarəzəsinin yüz ildən çox tarixi var` cümləsi yanlış olduğu qədər muasir tarixi çarpıtmaq/təhrif etməkdən başqa bir şey deyil.  Mərkəziyətçi  güçlər bu sözlərlə Azərbaycanın demokrası mübarəzəsini öz nəflərinə musadirə edirlər.  Qacarların  yıxılış tarixi olan 1924-cü ildən günümüzə qədər İran tarixinə damqasını vuran hanki siyasi axım demokratikdir?.  İran muasir tarixini Fars milliyətçiliyi, Marksizm, islamçılık və qərbçı-modernizasyonçu axımlar şəkkilləndirmişdir. Bu axımların heç biri də, demokratik mahiyyətə və düşüncədə deyillər.

 İran siyasi düşüncə tarixində liberal-demokrasinin yeri olmayıb. Liberal-demokrasi, insan haqları və  fərdi azadlıq kimi modern mefhumlar Soyuq Müharəbənin bitməsindən sonra gündəmə gəlməyə başlayıb. Yeni-yeni gündəmə gələn bu məfhumlar, hələ mərkəzi diskurs haline gəlməyib.  İrandaki mərkəziyətçi  ziyalı özünü və zehnini tarixin yükündən təmizliyə bilməyib. İranlı ziyalı öz  zehnini   Fars milliyetçiliyi, Marksizm, islamçılık və qərbçı-modernizasyonçu axımların otoritərlik və totalitərlik mahiyətindən  arındırmayı başara  bilməyib.


İran adlanan ölkə ontolojik sayilacaq qədər köklü dəyişimdən keçir.  Cəmiyyətin bütün layə , qatlarında və insanların hayat tərzlərində  bu dəyişimlər  açık şəkildə görsənir. Öncəliklə bu dəyişimi doğru anlamaq, onu qəbullənmək və bu deyişimləri qapsayacaq bütünlükçü demokratik söyləm gəlişdirilməsi gərəkir. Mərkəziyətçilər  bütünlükçü demokratik söyləm gəlişdirmədikləri sürəcə, İranda köklü dəyişimlər rahat olmayacq. Bütünlükçü demokratik söyləmin gəlişdirilməsinin yolu  Fars milliyətçiliyindən, Marksizmin İstalinist yorumundan, İslamçılığın totalitər oxumasından, elitist qərbçı-modernizasyonçu otoritərlikdən qopmaqdır.  İran siyasi düşüncəsində bu qopma gərçəkləşməmiş və gərçəkləşməsi də çətin görsənir.

Yaşıl Hərəkatı bu qopmanı (gosəst) yaradabilmir.  Yaşıl Hərəkatı İran siyasi zehniyətinin bünövrəsini təşkil edən otoritərlik və totalitərlikdən uzaqlaşmadığı səbəbiylə  İran adlanan ölkənin bütün problemlərini qucaqlaya bilmir. Elə buna görə də, istədiyi nəticəyi alabilmir.

Yaşl Hərəkatının təcrübəsi mərkəziyətçi güçlərə böyük dərs olmalı. Demokrası və insan haqlarını esas alan yeni bir düşüncə sistemi ilə hərəkət etməlidirlər. Mərkziyətçi güçlər, ən azından,  qərb və libral-demokrasinin əsas prensiplərindən olan ` demokratik vətəndaşlık` ilkəsini qəbul etməlidirlər.  Demokratik vətəndaşlık ilkəsini qəbul edib, o ilkəyə sədaqətlə bağlılıklarını isbat/sabit edərlərsə, irandaki köklü dəyişimə rəhbərlik edəbilirlər.  Mərkəziyətçi güçlərin demokratik vətəndaşlık düşüncəsini qəbul edəcəklərinə ümidim azdır. Görünün o ki, bu iş Azərbaycanlılara düşəcək. Azərbaycan bu işi görəbiləcəyini Məşrutiyət inqilabında isbat edib.

Ankara
8 Timmuz 2011

No comments:

Post a Comment