Wednesday, November 24, 2010

Azərbaycan,Atropaten

professor Firudin Ağasıoğlu
Son iki minildə bu adların etimologiyası haqqında ayrı-ayrı yazarlar müxtəlif yozumlar versə də, “akademik” tarix uzmanları birinci adın ikincidən törəməsi fikrindən ikiəlli yapışmışlar. Bu adlar arasında dolayı əlaqə olmasına baxmayaraq, onlar ayrı-ayrı mənşəli sözlərdir. Birinci ad etnotoponim kimi yaranmış, ikincisi isə titul bildirən “atropat” sözü əsasında formalaşmışdır; birinci adın kökündə azər/asər boyadı, ikincinin kökündə isə “atəş” anlamlı atar/adur sözü durur. Bu fərqi aydın görmək üçün hər iki adın qədim mənbələrdə və sonrakı çağlarda ayrı-ayrı xalqların dilində necə işləndiyini əks etdirən formaları gözdən keçirmək lazım gəlir. Siyasi-coğrafi anlamda Azərbaycan adı öncə Arazboyu əraziləri və Urmu hövzəsini, sonralar isə Dərbənd, Borçalı, İrəvan, Mosul-Kərkük, Həmədandan güney və doğu bölgələri də əhatə etmiş, bu sınırlar bəzi çağlarda böyümüş, bəzi çağlarda daralmış, etnik-coğrafi anlamda isə ölkəadının əvvəllər daha geniş sınırları olmuşdur.
Azərbaycan adının semantikasını açmağa yardım edən formalarını izləmək üçün qədim pəhləvi (part), yunan və ərəb qaynaqlarını gözdən keçirmək lazım gəlir. Sasani sülaləsinin əsasını qoyan I Ardaşir (226-240) haqqında VI əsrdə yazılmış “Кāрнāмаг ī Ардахшīр ī Пабагвн”, VI-VII əsr olaylarından bəhs edən yunan tarixçisi Feofilakt Simokattanın 628-638-ci illər arasında yazdığı “‘Ιστορίαι” və XIII əsrdə özündən əvvəl deyilmiş fikirləri şərh edən ərəb yazarı Yaqut əl-Həməvinin “Mu’cəm əl-buldən” (1224) kitablarında uyğun hissələrə baxaq:
·                “Уд Ардахšир пад āн менин бūд кū ō Арман уд Āдурбāдагāн šаwам…” (Və Ardaşir düşündü: “Ərmən və Adurbadaqana gedərəm”).
·                F.Simokatta yazır ki, 590-cı ildə Xosrov atası Hörmüzdün taxtan salındığını eşidəndə oturduğu bölgədən Aðrabiqan`a (’Αδραβιγάνων) гачды (‘Ιστορίαι IV.III.13).
·                Yaqut əl-Həməvi bu adı partca “Od evi” kimi izah edənlərə qoşulsa da, başqalarının fikrini və öz canlı müşahidəsini də verir. O yazır ki, əş-Şəmmaxın şeirində Azrəbican şəklində yazılan bu adı əl-Mühəllib Azribican, yerli əhali isə Azribacan şəklində işlədir, bəziləri birinci hərf olan həmzəni məddə (uzun в) kimi qəbul edir, dilçilərə görə bu ad Azər və bican hissələrindən təşkil olunduğu üçün adın nisbəsi (nisbi sifəti) birinci hissəsindən azri və azəri şəklində düzəlir və ya azərbi şəklində deyilir (c.I. səh.128).
·                Müxtəlif dilli qaynaqlarda Azərbaycan adı Ażərbiqan və Atarpatkan variantlarına uyğun deyimlər üzrə qeyd olunmuşdur. İslamdan sonra adın sonluğunda məkan bildirən -qan/-kan şəkilçisi ərəb deyiminə (q > c) uyğun olaraq -can forması almış, az işlənən Aturpatkan variantı aradan çıxmış, onun yerini Azərbiqan deyiminə yaxın olan Ażərbaycan variantı tutmuşdur. Beləliklə, eyni ölkənin türk dili əsasında yaranmış Azərbiqan adı ilə qarışıq (part-fars) irandilli mühitdə yaranmış Atarpatkan adı İslamdan sonra vahid məxrəcə salınıb qovuşmuşdur. Bu etnolinqvistik olayı nəzərə almayan alimlər Azərbaycan adının etimologiyasından danışarkən bir-birindən fərqli yozumlar vermiş, bu xoronimi Atropat, Azərbaz və Babək kimi tarixi şəxs adları ilə bağlamaq istəyənlər də olmuşdur. Halbuki, Azərbaycan adının tərkibindəki Azər adı həmin şəxslərin yaşadığı çağdan daha qədim qaynaqlarda vardır.
·                Ölkəadının “Odlar yurdu” poetik deyimi də bəzi etimoloji yozuma öz psixoloji təsirini göstərmiş, part dilindəki atar “od” sözü ilə yaranan Atar-pat ilə türkcənin Azər-bi tərkibi eyni mənada yozulmuşdur. Adın ilk saitindən sonra gələn samitin ز (z) ilə yox, Xızır~Xıdır sözlərində olduğu kimi, dişarası ذ (ż/ð) ilə yazılması da müəyən dolaşıqlıq yaratmışdır. Azərbaycan adının farsca və türkcə olan yozumlarını həm türk, həm də irandilli variantı üzrə gözdən keçirsək, aydın görərik ki, bu ölkəadını izah etmək istəyən yazarlar onu fərqli praformalarla bərpa etmiş və adın semantikasını xalq etimologiyasından tutmuş, mənasız söz yığımına qədər çox müxtəlif anlamlarla vermişlər.
Farsca yozumlar:
·                Atarbadkan (an-tar-bad-kan) “mağlar yurdu”, “atəşpərəstlər ölkəsi”
·                Atarpatqan (atar-büt-qan) “tanrı odunun bulağı”, “od tanrısının yeri”
·                Azərbaykan (azər-baykan) “od evi”, “od qoruyucusu” (Yaqut əl-Həməvi)
·                Adərbadkan (adər-abadqan) “odla abadlaşmış ölkə (yaxud torpaq)
Türkcə yozumlar:
·                Azərbayqan (azər-bayqan) “böyüklərin/bayların uca yeri”
·                Adirpati (andir-pat-i) “dağlı-təpəli düzən yer”, “dağ silsiləsi düzəni”
·                Azərbayqan (az-ər-bay-qan) “uğurlu, yaxşıistər Günəş, varlı ata”
·                Azəribayqan (az əri-bayqan?) “azəri yurdu”
·                Azərbiqan (az-ər-bi-qan) “azər boylarının ölkəsi”

Göründüyü kimi, xoronimə çeşidli praforma və müxtəlif anlamlar verilmişdir. Bunların sırasına şəxs adları ilə verilən yozumları da əlavə etsək, bir daha aydın olar ki, adın etimologiyası çox dolaşıq salınmışdır.Ona görə də Azərbaycan adının etimologiyasını sözün sonundan başlamaq daha münasibdir, çünki həm türk (Azərbiqan), həm də fars deyimi (Atarpatkan) -qan/-kan sonluğu ilə işlənmişdir. Türk dillərində yorğan, alışqan, örkən, yelkən sözlərində olduğu kimi, -qan (-ğan,-kən,-gən) şəkilçisi kurqan, yarğan tipli coğrafi terminlərin yaranmasında da iştirak edir. Bu şəkilçi saqa türklərindən qopub irandilli boylarla qarışan partların dilində (pəhləvi) Hindukan (Hindistan), şahiqan (saray) kimi sözlərdə məkan bildirən çalarını saxlasa da, -iqan/-ikan forması ilə toplu isimlər və -(a)qan/-(a)kan forması ilə isimlərə qoşulub mənsubiyət çaları da yaratmışdır. Məsələn, bu şəkilçi M.Kaşqarinin “olar iki tavar satışqan alışqanlar ol” (onların ikisi davar alverçisidir) cümləsində verdiyi “alverçi” (alışqan-satışqan) sözündə olduğu kimi, part dilində də bazar sözünə qoşulub “alverçi” (vazargan) anlamı yarada bilir.
Ərəb istilasından sonra bəzi toponimlərin tərkibindəki bu şəkilçidə –qan Ù -can dəyişməsi baş vermişdir. Belə ki, Fərqanədə keçmiş Andiqan/ Andukan bölgəadı sonralar Andican/Əndican şəklini aldığı kimi, Qurqan > Curcan, Balasağan > Balasacan tipli onlarla yeradı eyni dəyişikliyə uğramışdır. Ərzincan, Dilican, Zəncan, Əndican kimi sonu -can şəkilçili toponimlər Anadolu, Güney Qafqaz, İran və Orta Asiya bölgələrində geniş yayılmışdır. Bu baxımdan, Azərbaycan adındakı -can sonluğunun aydın etimologiyası var, onun qədim türk dilində coğrafi termin və etnotoponim yaradan *-qan şəkilçisi olması şübhə doğurmur.Beləliklə, hər iki adın türkmənşəli -qan şəkilçisini ayıranda xoronimin aşağıdakı hissələri qalır:
1) azərbi, azrəbi, azarbi, azərba, azərbay, adərbi
2) atarpat, atropat, adurbad, aturpat, atrpat
Adın bu hissəsində son heca olan -bi/-ba/-bay və -pat/-bad sözcüklərinin etimologiyası üzərində dayanaq. Birinci sıradakı “bi” formantından yuxarıda “bölgəsəl sözlər” bölməsində danışmış, onun “boy” anlamı ilə etnonimlərə qoşulduğunu göstərmişdik. Qədim mixi yazılarda qeyd edilən Lulube/Lullume, Madape, Ellipi yeradlarında lulu-be, mada-be, elli-pi adları türk etnotoponimlərinin yaranmasında iştirak edən -bi şəkilçisini ortaya qoyur. Bu baxımdan, qədim çağlarda işlənmiş bod “boy” sözünün sonrakı şəkilçiləşmiş -be/-bi fonetik variantı ilə düzələn azər-bi boyadı türk mühitində yalqız deyildir. Deməli, azər sözü boyadı olduğu üçün -bi şəkilçisi ona qoşula bilmişdir.
İkinci sıranı təşkil edən “pat” formantı isə iran dillərində qədim fars dilindən üzübəri “-çı” şəkilçisinin qarşılığı kimi işlənib “qoruyan”, “başçı” anlamında titul yaradan sözcükdür. Y.Yusifov atropat sözünün baş kahin vəzifəsini də icra edən hökmdara məxsus dini rütbə bildirdiyini və iran dillərində “od saxlayan” anlamı daşıdığını yazır. Sasani çağında aturpat, sonralar daha çox adurbad şəklində işlənən atarpat sözü yunanca metatezaya uğramış atropat (atrapat) fonetik variantı ilə yazıya alınmışdır. Oda sitayiş çağlarında Azərbaycanda atropat titulunu daşıyan onlarla şəxs olmuşdur ki, bunlardan biri də Makedoniyalı İskəndərə qarşı III Daranın qoşununda bir hissəyə başçılıq edən Kiçik Madanın satrapı və dini başçısı Atropat idi. Görünür, tarxan, qamata kimi titullar Tarxan, Qam-Ata şəxs adına (antroponimə) keçə bildiyi kimi, atrapat titulu da Atropat şəxs adına çevrilmişdir. Bəzi yazarların Kiçik Madaya “Atropatın ölkəsi” deməsi qəribə görünməməlidir, Polibi də Azərbaycanı m.ö.II əsrdə hökmdarın adı ilə “Artabazanın vilayəti” adlandırır. Bu baxımdan, Atropat adına iran, yunan, hay dillərinin məkan və mənsubiyət şəkilçilərinin qoşula bilməsi normal haldır:
·                Atropat-(a)kan “Atropatın ölkəsi” (farsca)
·                Atropat-an “Atropatın ölkəsi” (farsca)
·                Atropat-ena “Atropatın ölkəsi” (yunanca)
·                Atropat-ak “Atropatın ölkəsi” (partca)
·                Atropat-uni-k, atropat-i-çi “atropatlı(lar)” (hayca)
Göründüyü kimi, “Azər boylarının ölkəsi” anlamında Azərbiqan adının türk dili deyimindən fərqli olaraq, fars, yunan, hay deyimi “Atropatın ölkəsi” anlamında Atarpatkan adına köklənmişdir. Aşırı iranpərəstlər Azərbaycan adının Atropatın adından yarandığını “isbat” etmək istədikləri kimi, bunun əksini söyləyənlər də olmuşdur. Guy Le Strange yazır ki, farsca Azerbâzegâh adını qreklər (yunanlar) təhrif edib Atropatene şəklinə salmışlar. Bu yozumların ikisi də yanlışdır, çünki orta fars dilində olan Втурпāтакāн/Āдурбāдагāн formasından Azərbaycan formasına keçid inandırıcı olmadığı kimi, daha əski Ātarpвtkвn forması da türkcə mövcud olan Azərbeqan formasına uyğunlaşıb artıq orta fars dili çağına qədər ortadan qalxmışdı. Həm də nəzərə almaq lazımdır ki, türk deyimi Azərbaycan ilə fars deyimi Atropaten ayrı-ayrı dil zəminində yaranaraq, ayrı-ayrı anlam daşıdığı kimi, onların coğrafi tutumu da fərqlənirdi. Belə ki, I Xosrovun vaxtında Azarbazqanın tərkibinə Ərməniyə, İberiya, Aran, Balasakan, Sisakan, Muğan, Deyləm və sair əyalətlərlə bərabər Atarpatkan da daxil idi. Hələ I Ardaşir çağında bütöv bu əyalətlərin hökmdarı Azarbazqan-şah adlanırdı. Göründüyü kimi, Atropatenanı da içinə alan Azərbaycan daha geniş siyasi-inzibati və etnik-coğrafi anlam daşımışdır.
Öncə tütul kimi yaranan atropat sözünün sonralar antroponim kimi işlənməsi təbiidir. Lakin məsələ burasındadır ki, bu söz də türkmənşəli od sözündən yaranıb, çünki hind-iran və slavyan dillərində “od” anlamlı iki söz vardır; bunlardan biri hindavropamənşəli *oqnis/*eqnis, o biri isə türkmənşəli *ot sözü ilə yaranmış atar/adur sözüdür. Bu söz pəhləvi dilində ataxş “od” formasını alıb, bumeranq söz kimi atəş şəklində azər dilinə qayıtmışdır.
Yuxarıda “azər boyu” anlamı daşıyan azərbi sözünün tərkibində “azər” etnonimi və şəkilçiləşmiş “bi” sözcüyü olduğunu demişdik. İndisə azər etnoniminin etimologiyasını açmaq üçün hansı anlamda işləndiyini, tərkibində hansı sözlər olduğunu, hansı fonetik variantlar üzrə dəyişdiyini m.ö.VIII - m.s.VIII əsrlər arası qədim qaynaqlarda gözdən keçirək:
·                Azari şəhəri - m.ö.VIII əsr, Urmu gölü ilə Kərkük arasında (Asur qaynağı)
·                Azar bölgəsi - I əsr, İrəvan çuxurunda (Strabon, XI.14.3)
·                Azarı məbədi - I əsr, Madanın güneyində (Strabon, XVI, 1.18)
·                Azara şəhəri - II əsr, Azaq dənizi yaxasında (Ptolemey,V.8.2)
·                Azaraba (Azəroba) yaşayış yeri - II əsr, Azaq-Kuban arasında (Ptolemey, V.8.26)
·                “az budun yağı kıltı” (Kültigin I. Q-2)
·                “az kırkız budunığ” (Kültigin I. D-20)
·                “yerçi tiledim; çölqi az əri boltım” (Tonyukuk, D-23)
Örnəklərdən göründüyü kimi, azər adı Göytürk (VI-VIII əsrlər) yazılarına qədər asur və yunan-latın qaynaqlarında yer almışdır. Asur çarı II Sarqona göndərilən raportda Kərkükdən Urmu gölü yaxasına uzanan “Şah yolu”nun təmirindən söhbət gedir və bu yolun Azər şəhərindən keçdiyi bəlli olur ki, bu da öncə Türk (Turuk) bəyliyi olan bölgəyə düşür. Kaspi dənizinə axan Araz çayının Atropatenə qədər Artaksat yaxınlığında (İrəvan çuxurunda) Azar bölgəsinin yanından keçdiyini yazan Strabon həm də Madanın güneyində Azar məbədi olduğunu qeyd etmişdir. Klavdi Ptolemey Kubanla Azaq dənizi arasında Azər və Azəroba yaşayış məskənlərindən bəhs etmişdir. Göytürk yazılarında az boyu (az budun), az əri deyimləri aydın göstərir ki, adı çəkilən yeradlarında azər “az” və “ər” sözlərindən yaranmış bir etnonimdir. Deməli, Azərbe/Azərbi adının əsasını azər boyadı təşkil edir, onun da kökündə az boyadı durur. Türk dillərində eyni funksiya daşıyan şəkilçilərin ardıcıl işlənmə olayı vardır. Belə ki, əvvəl qoşulan şəkilçi bir müddətdən sonra qoşulduğu köklə bütöv söz kimi qavranılır və yeni mühitdə sözün leksik mənası yeni şəkilçi ilə təzələnir:
·                az (boyu) + ər = azər (boyu) …
·                azər (boyu) + bi = azərbi (boyu)
Beləliklə, azərbi (azər-bi) adının son morfoloji tərkibi kaspi (kas-bi) adından fərqlənmədiyi kimi, Azərbican (az-ər-bi-can) sözünün tərkibi də qədim qaynaqlarda adı keçən Kambecan və Arospican (M.Xorenatsi) kimi bölgə adlarının analoji tərkibindən fərqlənmir:
·                Kambican = kam-bi-can (<*qam-bi-qan)
·                Arospican = aras-bi-can (<*araz-bi-qan)
·                Azərbican = azər-bi-can (<*azar-bi-qan)
Göründüyü kimi, Atropaten adından fərqli olaraq, Azərbaycan adı etnotoponim kimi yaranmışdır.Lakin buradakı azər sözü ilk yarandığı çağlarda təkcə etnonim yox, həm də teonim anlamı daşımışdır ki, bu da az və azər adlarının mənalarını qədim qaynaqlarda gözdən keçirəndə aydınlaşır. Bəlli olur ki, As, Asar, Asaq iyə adlarının kökündə az/as sözü durur.
Qədim qaynaqlarda qeyd olunmuş Az adının İslamdan sonrakı çağlardan günümüzə qədər də az~qaz variantları üzrə Azərbaycanda, həm də Azərbaycan sınırından kənarda türkmənşəli yer-yurd, dağ-təpə, dəniz-çay, boy-şəxs adlarının tərkibində işləndiyini görmək olur.
Bu etnonimin kökündə duran *az sözü çox qədim çağlardan iyə və boyadı olduğundan müxtəlif dialekt deyimləri ilə geniş areala yayılmışdır. Onun fonetik variantları ilkin praformanı larinqal saitlə bərpa etməyə imkan yaradır. Sözün başında larinqal [’a] saiti boğaz tutulması ilə tələffüz olunduğu üçün dialektlər üzrə samitli [qa] və saf [a] deyimi ortaya çıxmış, sözün son samiti isə türk dillərində geniş yayılmış s~z səs paralelliyi ilə işlənmişdir.Dialektlərdə bu sözün fonetik variantlarına etnonim (topluluq) bildirən bəzi şəkilçilərin qoşulmasını əks etdirən nümunələrə baxaq:


Boğaz tutulması ilə deyilən aynlı (ع) və həmzəli (ء) ərəb sözləri türk dillərində a~qa şəklində (Abdulla~Qabdulla) fərqləndiyi kimi, “’az” adının da qədim çağlarda ayrı-ayrı dialektlərdə az~qaz (as~ kas) variantları ilə işlənməsi xarakterik olaydır. Türkmən folklorunda Azərbaycan adı Xəzərbecan və Xəzirbeycan kimi verilir. Qazax alimləri qazax adının kökündə as boyadının durduğunu qeyd etmiş, Hazar toponimini tədqiq edən özbək alimləri də xazar/azər paralelliyini mümkün saymışlar.
Teleutların tört as, altayların baylak as tirəsi, qırğızların kuzuquna-azık (asık), börö-azık boyları, başqord-katayların tərkibində as, assı bölməsi və karaçay-balkarların as adlanmasından bəhs edən R.Q.Kuzeyevə görə, az/as köklü etnonimlər Uraldan Altaya qədər yayılmış, Qafqaz və Kırımda əks olunmuşdur. Qıpçaq-Çölü özbəkləri, Quzar yaxınlığında və Səmərqənd-Karşi arasında yerləşən özbək-saray boyları içində caman-as, az-saray kimi çoxsaylı tirələrin as boylarından qalma olduğunu yazan B.X.Karmışeva XVI əsr “Şaybani-namə” kitabında as soyadının durman, nayman və quşçu boyları ilə qoşa işləndiyini göstərir, saray və kataqan adlı Buxara özbəklərinin as boylarına qovuşmasını əks etdirən şəxs adlarına farsca “Dastur al-mulk” (XVII) əsərindən nümunələr verir:
·                Qaib Nazar-bəy atalık (saray) as
·                Xürrəm-bəy Hacı pərvanəçi as
·                Mahmud-bəy katağan as
·                Məhəmməd Hakim-bəy mirzə as
A.Vamberi özbəklərin 32 əsas boyu sırasında as boyunu da qeyd etmişdir. M.Z.Zəkiyev, L.S.Tolstova, İ.M.Miziyev, F.Cəlilov, C.Cəfərov və başqaları bulqar (tatar), başqord, özbək, qazax, qırğız, altay, qaraçay-balkar, türkmən və azər xalqlarının soykökündə az~as boylarının iştirak etdiyini göstərən qaynaqlardan yüzlərlə örnək vermişlər. Orta Yenisey yaxasında Askiz (as-kişi) və başqa arxeoloji abidələri tədqiq edən E.B.Vadetskaya abidələrin bulunduğu əski yeradının dəyişdirildiyini qeyd etmişdir: Toqıs-As ulusu (Yefremkino), As-oçak ulusu (Beltır). Azərbaycanda az/as boyadı ilə yaranan etnotoponimlər hay-erməni qaynaqlarında geniş yer tutur.
Göründüyü kimi, tört-as, ceti-as (yeddi-as), toqıs-as, caman-as, kızıl-as, kataqan-as, baylak-as, kenqer-as, as-saray, as-alan, as-quşçu və sair boy, boybirliyi içində yayılmış asların qədim türk soylarından olması heç bir şübhə doğurmur. Başqord, bulqar (tatar), qaraçay-balkar, altay, qazax, qırğız, özbək, türkmən və azər xalqlarının soykökündə iştirak edən as boyunun birbaşa kas-bi (kaspi), az-aq (qazax), az-kişi, az-ər (azər/xəzər) etnonimlərinin kökündə durması və bu etnonimlərin çox geniş areala yayılması bir daha göstərir ki, as/az boyadı prototürk çağında yaranmışdır.
Yuxarıda deyilənlərdən aydın olur ki, Atropaten adı “od-ər” (atar) modelində düzəlib “atəş qoruyan” (atar-pat) anlamlı titul əsasında pəhləvi-fars dillərində yaranıb daha çox yunan-hay qaynaqlarında əks olunmuşdur. Azərbaycan adı isə “azər boyu” (az/xəz-ər) və “azər boyları” (azər-bi) etnonimi əsasında yaranmış və müxtəlif dilli qaynaqlarda əks olunmuşdur:
·                tar (od-ər) + pat + kan = Atarpatkan > Atropaten
·                azər (az-ər) + bi + qan = Azərbiqan > Azərbaycan
Beləliklə, Azərbaycan adı irandilli mühitdə yaranıb yalnız Urmu hövzəsini əhatə edən “Atropatın yurdu” anlamlı Atropaten adından fərqli olaraq, türk mənşəli etnotoponimdir və “Azər boylarının yurdu” anlamı ilə daha geniş etnik coğrafiya bildirir. Siyasi-coğrafi anlamda isə ayrı-ayrı çağlarda Azərbaycan adının müxtəlif sınırları olmuşdur.
Mənbə və qeydlər
1. “Karnamaq”, X. 2.
2. Feofilakt Simokatta, 98, 206 (qeyd 8).
3. Əliyeva 1999, 123-124.
4. Yunan-Bizans yazısında - Ατροπατηνη (Strabon, XI, 13, 1); ’Αδραβιγάνων ~ ’Αδαρβιγάνα (Simokatta, IV.III.13; IV.IX.1); ’Αδουρβαδηνη; suriya dilində - Адарбигана, Адербаиган; orta və yeni fars dilində - ’twrp’tkn (Втурпāтакāн, Aturpatakan), Aturpatakan (I Şapurun yazısı), Втарпāтакāн, Втарбаðегāн; part dilində - Втропāтакāн, Вдурбāдагāн; ərəb dilində - Аżрабиган, Аżарбеган, Аарбайкан, Аżарбиjан, Аżербeиjâн; əski və yeni erməni (hay) dilində - Atırpatakan, Adirbecan; əski gürcü dilində - Adarbadaqani, Adrabadaqan; rus dilində - Aderbedjan (XIX əsr), Azerbedjan (XX əsr); talış dilində - Azırboycon ~ Azərbaycan; türkmən dilində -Xəzirbican; özbək dilində - Ozarboycan; Bu ad azər dialektlərində də Azərbican, Azarbacan, Həzərbecan, Əzirbican və sair deyimlərdə işlənir. Azərbaycan ölkəadı Mahmud Kaşqarinin lüğətinə əlavə olunmuş xəritədə Адярабадкан, İbn Havqəlin verdiyi xəritədə isə Azərbican) formasında yazılmışdır.
5. Bu xoronimi şəxs adına bağlamaq gələnəyi Strabonla başlanmışdır. O, Atropatena adının Kiçik Mada ölkəsinin başçısı sərkərdə Atropat (΄Ατροπατησ) adından yarandığını yazmışdır (Strabon XI.13.1). Bu yozumu sonralar bir çox yazarlar təkrar etmişlər (Geniş məlumat üçün bax: Азерлу, Мусеви, Ямпольский 1974); Yaqut əl-Həməvi isə qeyd edir ki, İbn əl-Müqəffə’a Azərbican adının Azərbad ibn İran (və ya ibn Beyvarasif) ibn əl-Əsvad ibn Sam ibn Nuh Əleyhissəlamın adı ilə bağlı ortaya çıxdığını yazmışdır (Əliyeva 1999, 124); A.Bakıxanov da Babəkin adı ilə bağlamaq istədiyi Azərbaycan xoronimini Azərbabaqan şəklində bərpa edib, “Babəkin odu” anlamı daşıdığını güman etmişdir (Bakıxanov, 59).
6. Azər xalqı, 2000, 15.
7. Ə.Dəmirçizadə adın ilk hissəsini N.Y.Marr kimi A-tar şəklində bölsə də, onun *An-tar praformasını verib, mənasını “atəş allahı” kimi izah edir (Dəmirçizadə 1968, 18-19).
8. M.Azərli, T.Musəvi və Z.Yampolskinin birgə yazdıqları “Azərbaycan adı haqqında” məqalədə atar və pat (büt) sözləri qoşa teonim (atar-büt) sayılmış, -qan sonluğu isə türk dillərində işlənən şəkilçi kimi verilmişdir (Azerlu, Musevi, Əmpolğskiy, 83).
9. M.Baharlı müxtəlif dillərdəki atar, azər, adar, atr, atro, atra hissəsini “od”, badaqan, badqan, abadqan, bayqan, patakan hissəsini isə “parıltı, şəfəq” anlamında vermiş, bu adı *Azrbağqan (azr-bağ-qan) “od allahının məbədi” kimi də izah etmişdir (Baharlı, 3-4).
10. Fəzlulah Rəşidəddin yazır ki, Güney Azərbaycanda Oğuz xanın göstərişi ilə ordu torpaq yığıb kurqan düzəldir, türkcə ucaya “azər” və böyüklərin yerinə “bayqan” deyildiyi üçün bu yer Azərbayqan adlanır (Rəşidəddin, 22).
11. Y.Yusifov m.ö.VIII-VII əsrlərdə asur qaynaqlarında adı Andirpatianu və Andarpatian şəklində çəkilən Qızıl-üzən çayının güney-batı axarlarındakı bölgəni nəzərdə tutub, onu *a(n)dir-pati şəklində bərpa edir (AT,1944, 134). Bu yozum fonetik baxımdan mümkündür, lakin semantik baxımdan adirpat ilə atarpat “od saxlayan” arasında fərq yoxdur, ona görə də, burada türkcə “dağlıq yer” anlamlı adır sözü axtarmaq düzgün deyil.
12. M.Seyidov bu ölkəadını az, azər, bay və qan hissələrinə ayırmış və uyğun hissələri az “uğurlu”, azər “yaxşıistər Günəş” və bayqan/becan “varlı ata” şəklində izah etmişdir (Seyidov 1989, 16-19). Burada azər sözünün yozumu həqiqətə yaxınlaşsa da, sondakı bayqan (becan) hissəsinin yozumu praformaya söhkənmədiyi üçün inandırıcı deyil, ona görə də xoronimin semantikası əlaqəsiz söz yığımı ilə verilmişdir.
13. R.Qurban “Azəri, Atropaten, Azərbaycan sözləri haqqında” adlı cox dəyərli və gerçək yozumlu məqaləsində boyadını “azər” deyil, “az əri” şəklində bərpa edir (Qurban 1968). Lakin məqalənin Atropaten və Azərbaycan adlarından bəhs edən ikinci hissəsi ilə tanış ola bilmədim, görünür, onun çapına senzura icazə verməmişdir.
14. M.Seyidov və R.Qurbandan fərqli olaraq, Azərbaycan adındakı bay sözünü qədim boy (bod) sözünün variantı kimi boy adlarına qoşulan -bi formantı ilə izah etmişdim (Azər xalqı, 2000, 17).
15. MK I, 519; OİƏ, 1981, 70.
16. İbn Xordadbeh və başqa yazarlar Anadolu və Güney Azərbaycanda Aslacan, Arracan, Bazancan, Basuracan, Burcan, Bustacan, Mallacan, Dibancan, Kuzucan, Tercan və sair bu kimi adlar qeyd etmişlər. M.Xorenatsi (V əsr) Araz yaxasında Arospican adını çəkir.
17. Krımda Karabi-Yayla, Tatarbi-Çokrak etnotoponimləri kara-bi, tatar-bi boylarını əks etdirir (Lezina, 152, 159); Qədim və orta çağ türklərinə aid tras-pi,tata-bi, ki’pi (kir-pi), syan-bi, bara-bi boyadı olduğu kimi, m.ö. Azərbaycanda lulu-bi, kas-pi, suv-bi, elli-pi boyadları vardı.
18. Fonetik variantlar müxtəlif adlarda bud/but/boy/bay/ba/bi/be/me/pe/pi formaları almışdır.Bu şəkilçi etnik göstərici kimi ləzgi dilinə də keçmişdir: awar-wi (avar-bi) “avar”.
19. Qədim farsca vispati “ev yiyəsi”, Avestada аēзра-пати “(dini) məktəb başçısı”, orta fars dilində спāhпат/спāhбед “ordubaşı”, дарīэбед “darğa” və sair bu kimi sözlərdə pati/ pat/bed sözcüyünə rast gəlmək olur (ОИЯ, 1981, 73).
20. AT, 1994, 137; Bu adın müxtəlif dilli qaynaqlarda çeşidli fonetik variantları sırasında səsdüşümü (trpat) və səsartımı (hatarpat) olayını əks etdirən variantlar da vardır: Trpat (hay), Hatarbada (elam). H.Hübşman bu adın Τροπατηνή (Плини) və haydilli qaynaqlarda Atrapatakan, Atrpatunik, Trpatunik şəklində işləndiyini və Sargis Trpatuni kimi şəxs adlarında göründüyünü qeyd etmişdir (Hübschmann, 343).
21. Ola bilsin ki, Atropatın özəl adı Arsaq imiş, çünki Kiçik Mada bölgəsinə öncə fars Oksidarı canişin təyin edən İskəndər sonra onu Arsaqla əvəz edir və bu çağda (m.ö.328-də) həmin vəzifədə Atropatın adı çəkilir və bir neçə əsr sonra Strabon hakimiyətdə hələ də Atropatın vərəsələri olduğunu qeyd edir, bu çağlarda isə Arsaq sülaləsi hakimiyətdə idi.
22. Strabondan üzübəri Azərbaycan xoroniminin etimologiyasından danışan yazarlar bu adın “Atropata məxsus olan (torpaq)” anlamı daşıdığını söyləyərkən, əslində Azərbaycan adının deyil, Atropatkan adının etimoloji yozumunu vermişlər (AT, 1999, 269-270).
23. Strange, XI bölmə,159.
24. АСЕ, I. 1970, 110; İbn Xordadbex, 61, 106.
25. Azər Beqdelinin (XVIII) Tehranda nəşr olunan “Ateşkede-e Azər” əsərində Azərbaycanın əski və Ərməni də içinə alan sonrakı hüdudları daha geniş verilmişdir (İQA, 120).
26. Birinci “od” anlamlı söz əksər hindavropa dillərində işlənmişdir: het aqnis, latın iqnis, qədim hind агнíş, əski slavyan oqni, latış uqnus (Fasmer, III, 1971, 118);
İkinci isə otaq, ocaq (otcaq), odun sözlərinin kökündə duran və monqol dilində “od şahzadəsi, odu saxlayan sonbeşik, kiçik oğul” anlamında işlənən *odçiqin (od tiqin) və odqan (od xan) deyimlərində görünən türkmənşəli od (ot) sözüdür (ЭСТЯ, I, 483-484).
Göründüyü kimi, özbək dialektində “ocaq qalamaq” anlamında adır şəklində qalan və fars-pəhləvi yazılarında вдуr “od”, Aduran şah “od şahı” (“Karnamaq”, XI, 20-21), втар “od” (“Avesta”), qədim hind dilində Atharva “od kahini”, “atəşpərəst maq”, slavyan dillərində vatra “od” sözlərinin kökündə duran ot/od sözü yalnız türk boyları ilə sıx təmasda olmuş hindiran və monqol dillərində işlənir.Ola bilsin ki, şumercə Günəş tanrısı dUtu da türklərlə təmasın nəticəsidir.A.R.Zifeldt-Simumyaqinin atar sözünü “od” yox, “kişi(lər) xalqı” anlamında etnonim (at-er) sayması maraqlı fikir olsa da, onun atarpat tərkibində etimoloji yozumu gerçəkliyi əks etdirmir (Зифельдт-Симумягин 1928, 125).
27. Azərbaycan adının sinonimi kimi, Azərabadqan, Azərqoşesp, Azər yurdu ifadələrini Firdovsi “Şahnamə” əsərində bu misralarda işlətmişdir: “Üarğ mçitsə s drujinoy v Azerabadqan”, “Mol, k Azerqoşespu üarğ dvinulsə v putğ”, “Lişğ tolğko Bexram v kray Azera uşel” (Firdousi. “Şaxname”, V.13068, 13071, 13073). Firdovsi Zərdüşti təqvimində od şərəfinə olan Adur ayını da Azer şəklində verir (V.10147). Görünür, fars dilində ateş ilə yanaşı işlənən atar/adur sözü sonralar azər ilə əvəzlənmişdir.
28. SAA, vol.V.166, r.1-9:
29. Azər xalqı (“Turuk boyları” bölməsi), 34-38.
30. Strabonun bəzi tərcüməçiləri Azar bölgəadını yanlış olaraq, Erməni şəhəri kimi verir.
31. AİOSK, 147-149.
32. Tuva türklərinin mifologiyasında “Azarlar yurdu” deyimi tanrıların, daha doğrusu, iyələrin bulunduğu yeri bildirir. Kurbustuda olan bu tanrı məskənində ayı iyəsi Hayırkan “Burkan” da vardır (Monquş B. Kenin-Lapsan, 465).
Yunan miflərində tanrıların yaşadığı yer Olimp adlandığı kimi, türk boylarının ayağı dəyən yerlərdə Baqa-yeri (Baqastan, Qarabağ), Azar/Asar-yurdu, Tanrı-dağı adları tanrı məskəni anlamında işlənmişdir.Əgər Azərbaycandan doğuya gedən prototürk boylarından Azar (Altay), Asar (Tibet) adlarının “tanrı yurdu” anlamı yadigar qalmışsa, batıya gedib german boylarına qarışan prototürk boyu da Skandinaviyada Asar adının “tanrı yurdu” anlamında işlənməsinə səbəb olmuşdur. Bibliyada Asur Nuhun nəvəsi kimi verilir və İkiçayarasında doğulduğu qeyd olunur (Tekvin,10.22). Skandinaviya qaynağı Nuhun bu nəvəsini Part (Parfiya) ölkəsində yerləşdirir (DQS, 137). Asar tanrı tapınağı yerləşən şəhərin (Barsil?) sonralar Asur/Aşşur, bura yerləşən samilərin asur adlanması da bəllidir.
Qədim Azərbaycanda Asar teonimi ilə bağlı akkad-asur qaynaqlarında işlənən dAssar, dAşşur və pers qaynaqlarında Ahura teonimləri, Azər ilə Xızır adlarının əlaqəsi və As teonimi haqqında IV Bitikdə mifologiya bölməsində geniş məlumat veriləcəkdir.
33.
34. Cəlilov 1975; 1986; 1988, 122-124; Azər xalqı, 2000, 10-14, 169-172;
35. Azər xalqı, 2000, 33.
36. Kaydarov-Koyçubaev 1971, 47; Doniyorov-Yıldoşev 1989, 31-32.
37. As, Ass, Aşa, Oş, Asa, Ası, Assa, Talas (tala-as), Asar, Asnas, Yası, Assı, Asılı, Assı-Corakçi, Temes-Ass, Biyuk-Ass (Kuzeev, 1974, 228-230).
38. OSA, 1978, 20; Buradakı ad-titul-soyadı düzümü bu şəxslərin as boyundan olduğunu aydın göstərir. Kökündə az/as etnonimi olan Az, Aza, Azay, Azaq, Azər, Xəzər adlarının qədim çağlardan antroponim kimi işləndiyini də görmək olur: Аза (Манада), Ас-парук, Ас-таркан, Азяр (İbrahim peyğəmbərin atası), Xasar (Cingiz xanın qardaşı), Azər ibn Nəbih ibn Məhacir (X əsrdə Şəki hakimi), Aydınoğlu bəyliyində I Umur öz qızlarına Azər-mələk, Gürcü-xatun adları qoymuşdu.
39. Vamberi , 1874, 302.
40. Zakiev 1995; Zəkiev 1998; Tolstova 1971; Miziev 1986; 1990; Cəlilov 1988 a; 1988 b; Azər xalqı, 2000; Cəfərov 1999.
Azərbaycanda qədim as boyunun doğu və quzey ölkələrə, özəlliklə quzey-batı yöndə miqrasiyası, orada german boylarına qarışıb əriməsi, Norveç konunqlarının as soyundan törəyən kralları və bu soyun Asar/Azar (Azərbaycan) ölkəsindən getmə tarixi haqqında məşhur səyyah-alim Thur-Heyerdalın fikirlərini sonrakı bölmədə verəcəyik.
41. Вадецкая 1986, 176.
Ümumiyətlə, As, Asar/Azər, Xəzər adlı qədim toponimlərin yeni adlarla dəyişdirilməsi faktları çoxdur. Son əsrlərdə təkcə Anadoluda onlarla Xəzər adı yeni adlarla əvəz olunmuşdur (Azər xalqı, 2000, 31). Aral gölünün doğusunda III-IV əsrlərdə dağıdılmş Cedi-Asar, Unqırlı-Asar, Altın-Asar, Baybolat-Asar şəhərləri vardı (GİASA, 95-96).
42. Az, Aziar (azər), Azax, Azaklar, Azmana, Aza, Azalı/Azalu, Azanlı, Aşağı Aza, Verin (yuxarı) Aza, Azərəhmədli, Azbuğa/Asbuğa, Az-kala, Az-pinar (az bulağı), Asilar, Aslı, Askara, Asman, Asnı, Aspakan, Aspek, Azai-şen (az yurdu), Asiatspor (as çuxuru), Asiatsor (as dərəsi), Aştarak və sairə (Xorenatsi 1858, 335-339; ETL,1986).
43. Ola bilsin ki, Asiya/Aziya qitəsinin adı bu etnonimlə bağlıdır, çünki qədim Az (Azzi) ölkəsini het qaynaqları Doğu Anadoluda, Strabonun Azər bölgəsi kimi qeyd etdidiyi Aza ölkəsini urartu qaynaqları Ağrı vadisində (İrəvan çuxuru) verir. Skandinav tarixi-coğrafi qaynağına görə də, Asia ölkəsi (Asia-land) Ərmən ilə Kapadokia qonşuluğunda yerləşir: Hia Armenia er Capadocia, þar nest Asia land (DQS, 1986, 61).

No comments:

Post a Comment