Arif Keskin
Japonyadaki tusunamı “ insan təbiyətə(doğaya) nə qədər hakim olmayi başarıb” kimi çox çeşidli sualları bərabərinde gətirdi. İnsanoğlu uzun zamandır ki “mən təbəyətin hakimiyəm” qururu ve təkəbbüriyle yaşayır. Ancaq gördük ki, Japonyanın gəlişmiş (pişrəftə) teknolojisi təbəyətin qarşısında aciz ve çarəsiz qaldı. Çox iləri teknolojiyə sahib olmasına baxmayaraq yüzlərcə Japonyali hayatını itirdi ve bir çox yaşayış yerləri xarabaya çevrildi. Japonyadaki tusunmaı insan və təbiyət arasindaki hakimlik məsələsini yenidən mübahisəyə açdi.
Kapitalizmin Məhar Edilməz Ruhu
İnsan təbiyətə hakim olduğunu düşünərək ona heç hörmət göstərmədən hər tür şıltaqlığı edir. Sanayeləşmə, irəliləmə, zənginləşmə/rəfah və böyümə(roşd) ehtirası insanoğlunun gözünü o qədər kör edib ki “içində oturduğu gəmini dəlir” . Mütəkəbbir varlıq olan insanoğlu anlamır ki, o gəmi dəlinirsə nə özü qalır nə də böyümə ehhtirası. İnsanoğlu bəsləndiyi və faydalandığı çivrəyi/mohiti yox edir.
Kapitalizimin çılqın və məhar edileməz ruhu təbiyəti yox edir. Kapitalizim təbiyəti məhar edərək insanlara rəfah və maddi rahatlıq gətirmək iddiasındadır. Çünki ona görə “insan əşrəf-e məxluqatdır” və “dünya onun üçün yaranıb”. Bu iddilar altında təbiyəti kontrol altına almyaya çalışır. Kapitalizmin bu çılgınlığı öz qarşıtlarını yaradıb ve Kapitalizimin mohiti kirlətmə ehtirasına qarşı çox layəli muxalifet hərəkətləri ortaya çıxıb. Çevrəni kirlətməyə (aludegi=e mohit zist) muxaləfət edənlərin söyləmi Qərbin huquqi, siyasi, sənayə/sənə’ti və bənzəri siyasətinin köklü dəyişimə/teğiyrata yol açıb. Bu muxaləfəthərəkətləri Qərbin huquq sisteminə elə dərin işleyib ki, çevrə kirlətmək (aludegi=e mohit zist) günahı insanlığa qarşı işlənmiş cinayət dərəcəsinə yüksəlib.
İdeolojik Dövlətin Mahiyəti
İran kimi ideolojik dövlətlərin əsasi hədəfi insanlara rəfh və zənginlik istihsal /tolid etmək deyil. Çünki onlara görə rəfah və zənqnlik fəsad gətirir, yoxsuluq və fəqr isə fəzilət yaradır. Bu rejimlər yoxsuluğu övür və yoxsuluğu hayatın mənasına çevirəcək qədər gözəlləşdirir. Yoxsulluq ən üstün fəzilət kimi göstərilir. Bu rijimlərin hədəfi təbiyəti kontrol altına alıb insanların xidmətinə vermək dəyil. Onların birinci hədəfi insanlarn özünü kontrol altına almaqdır. Çünki onlara görə ən böyük müşgül insanın özüdür. Onlara görə insanın rahatlıq ve refah isteyi şeytani təmayüllərin nəticəsidir. Çünki insan həva və həvəsinin əsiri olacaq qədər zeyifdir. Onlara görə insanın “cəhad-ə əkbərə” ehtiyacı var ve yoxsulluq bu böyük cəhadın veəsilələrinden biridir. İnsan bu dünyada imtihan edilir və hər tür fəlakət o imtahanın bir parçasıdır. Əslində insanların fəlakət olaraq gördükləri məsələlər mahiyət itibariylə nemətdir. Vəya zəlzələ, tufan, tusunamı və quruluq kimi fəlakətlər varsa da, insanlarin işləədikləri günahlar səbəbiylə “allahın qəzəbinin` nişanələridir.
İran kimi ideolojik devlətlər əsli mahiyətlərini gizlətmək üçün çox layəliyalan , xurafə və uydurma mikanizmalariişlədirlər. Topluma gecə-gündüz yalan təzriq edirlər.. Bütün bu yalanların hədəfi insanların qarşılaşdığı və gördüyü vaqeiyətlərdən qoparmaq və onlara dünyanı özləri istədiyi kimi alt-üst göstərməkdir.
İrana bənzər ideolojik rəjimlərin işlədikləri cinayət, xəyanət və zülümlər çox layəlidir. Onlar nə insanlara rəfah və rahatlıq yaradmaq istəyirlər, nə də insanlara doğruları öyrənmək imkanı verirlərir. Üstəlik” yoxsulluq fəzilətdir” şuarının altında onları əmdi və bilincli olaraq cəzalandırırlar. İnsanları cəzalandıraraq onları ı özlüyüdən uzaqlşadırmaq ; insanları dövlətin idəolojik, siyasi və iktisadi hədəfləri istiqamətində nökərləşdirmək isteyirlər.
İdeolojik Dövlətin Siyasi Cinayəti
Urmu gölünün quruması batı kapitaliziminin yaratdığı ekolojik problemlərdən çox fərqlidir. Çünki bu müşgül Qərbdə olduğu kimi sənəti və iktisadi gəlişmənin(pişrəftin) yan(tali/haşiyeyi ) nəticələri deyil. Ustəlık bu hadisə Japonyadaki durumdan da fərqlidir. Çünki Japonyadaki hadisə dövlətin bütün faaliyətlərinə baxmayaraq teknolojinin tebiyət qaraşısındaki yetrsizliyinin məhsuluydu.
Urmu gölünün quruması İran rejiminin emdi siyasətinin mehsuludur.Başqa bir sözlə diyərsək; İran rəjimi Urmu gölünün qurmasına göz yumaraq Azərbaycanlıları cəzanlandırr. İran rejimi üçün dövlətin buraksisi, iktisadi, siyasi və kültür/fərhəngi qurumlarının əsası işləvi(karkərd/fonksiyon) insanları cəzalandırmakdır. Onlara görə dövlət cəzalandırmaq və ehliləşdirmək üçün vardır. Azərbaycan illərdir ki, bu cəzalandırmanın bütün yüzlərini yaşamışdır və hələ də yaşamqdadır. Azərbaycanlılar İnsani olaraq hər tür haqlarından məhrum ədilmiş, iktisadi olaraq yoxsullaşdırılmış və siyasi olaraq da Azərbayacn İran rejimi tərəfindən böyük zindana çevrilmişdir. İran rejimi Azərbaycanı fərhəngi olaraq da İslam dini və Farslıq hüviyəti adı altında öz əsil kimliklərindən uzaqlaşdırılaraq “manqurtlaşdırılmasını ” hədəfləməktədir.
İran dövləti Ərk qalası kimi tarixi abidələrı yox edərək Azərbaycanlıları tarixlərindən qopararaq onu özünün uydurduğu tarix anlayışı ilə cəzalandırmışdır. İndi də isə Urmu gölünün qurumasına göz yumaraq Azərbaycanlıları doğal(təbiyi) fəlakətlə qarşı qarşıya buraxaraq cəzanladırır. İran rejimi, Urumu gölünün qurumasının hanki mənfi və faciəli nəticələrinin olacağını çox yaxşı bilir. İran İslam Cumhuriyəti Pəhləvilerin (1924-79) icra ettiyi siyasətləri mənimsiyərək Azərbaycanın sənayesini və bazarını mərkəzə bağladığı kimi, indi de onun tarım/kəşavərzi istidadını yox etmək isteyir. Bu yolla Azərbaycandakı iş imkanlarını yox edərək Azərbaycanlıları köçə/muhacirətə məcbur etmək istəyir. Azərbaycanın yaşanabilir yər olmadığını göstərərək Urumiyə və ətrafını Türklərdən boşaltıb və onu başqa bir etnik gruha peşkeş çəkmək isteyir.İran rejimi Qerbi Azərbayacnın etnik kompozisiyonu /tərkibini köklü bir biçimdə dəyişdirmək istəyir. Üstəlik Azərbaycanı cəzalandırılmaqla onu hər tərəfli özünə vabəstə/bağımlı halə gətirmək niyətindədir.
Görüldüyü kimi, Azərbaycan bir tərəfdən həç bir iş başarmayan, yetərsiz və hər tür əqlaniyətdən uzaq bir ideolojik dövlətin əmdi siyasətlərinin, digər tərəfdən də, İran rejiminin məzhəb niqabı altına gizləttiyi Türk düşmanlığının qurbanı olur. Azərbaycanın cəzalandırlırması Xaməneyinin təidi ilə Əhmədinejadin “Kuruş Kətibələrini” İngiltərdən gətirməsi və Təxt Cəmşidin Məkkənin yərini alacaqmış kimi havanın əstirlidiyi bir zamanda gərçəkləşiməsi de şox anlamlıdır. Ona görə Urmu gölünuün qurumasını sadə bir doğal/ təbiyi fəlakət olaraq adlandırmaq məsəlenin gərçək mahiyətini inkar anlamına gelir. Urumu gölünün quruması təbiyi fəlakətin ötəsində İran rejiminin Azaərbaycanlılara qarşı işləmidiyi bir siyasi cinayətdir .
Arif Keskin
Ankara (05 Nisan 2011)
No comments:
Post a Comment