Monday, April 25, 2011

Və Şeirlər Azərbaycanlaşacaq: Balaş Azəroğlunun Vəfatı Münasibətiylə

Arif Kəskin

Son vaxtlarda acı xəbər eşitmədiyim günüm yox. Sevinc tək -tək gəlirsə də,  kədərlər, dərdlər və ezablar ton-ton gəlir. Kədərlər gəlməyə başlarsa arxası kəsilmir.Bugün də günə  Balaş Azəroğlunun ölüm xəbərinin üzüntüsü ve sarsıntısıyla başladıq.
 Balaş Azəroğlunun eərləriylə uşaqlşqda tanış oldum. Balaş Azəroğlunun eərləriylə ilk tanışlığım, Yehya Şeyda tərəfindən yayına hazırlanan ` Savalan Nəğmələri` kitabiyla mümkün oldu.  ` Savalan Nəğmələri`  Balaş Azəroğlunun əsərlərinin içindən seçilmiş bir səbəd gül kimi gəldi mənə.Kitab incə ve orda yayınlanan  şeirlərin sayısı az olsa da  günlərcə və aylarca  oxudum . Elə ki, bəzi şeirlerini əzbərləmişdim.
 O kiabı oxuduqdan sonra,  Balaş   Azəroğlunun hayatı ve eəerləriyle daha  yaxından tanış olmaya qərar verdim.   Çox tez anladım ki, Balaşın hayat hikayəsi Güney Azərbaycanın 20-nci esrinin hikayəsindən fərqli bir şey deyil. Balaş Azəroğlunun yaşadığı dərbedərlik, sürgün, yoxsulluq, təhqir və bütün bu  çətinliklərə baxmayaraq  dim-dik ayaqda durması  ve ölüm anına qədər qəlbindəki Güney Azərbaycan atəşinin  sönməzliyi, bizlər üçün  yanmış , kül olmuş və öz doğma kənd və şəhərlərindən qoparılan ve yad küləklərin rəhmsiz caynaqlarında sovrulmaları istənilən  qəhraman ve mühtəşəm nəslin hayat hikayəsidir.
 Bizlər, o  nəslin yaşadığı çox yönlü ezab, təhqir, ölüm və qaranlıq günləri yaxşı bilmirik. Onların çoxu  Pəhləvi xanədanının qanlı süngüləriyle parçalandılar. Onların çoxu Totalitar İstalinist rejimin öldürücü caynaqlarında sovruldular, dəli oldular, açlıkdan küçə başında öldülər, KGB türmelərində yox oldular, Şah Pehləvinin dar ağacına asıldılar,  Xumeyi rejiminin  qanlı pəncələrində pərpər oldular. Onları İstalin, Şah Pəhləvi ve Xumeyni rejimləri qıyım-qıyım doğrarkən, bizlər xəbərsiz ve sessizdik.  Onlar,  qıyım-qıyım doğranırkən bizlərə ` hoş-hoş Pişəvəri-engi boş Pişeveri` nağaratını  oxudurdular.  Qan qoxusuyla  var olan  quzqunlar Azərbaycanın əfsanə nəslini yox edib ve sonrada onların cənazələri üstündə  şadlıq bəzmi qururdular.
 Onları öldürüb, cənazələrində şadlıq edən kaftarlar “ casus Pişəvəri”, “ xain demokrat firqəsi”” ve “ Azərbaycan düşməni Pişəvəri” kimi  zəhərli sözləri də bizim beynimizdə yerləşdirirdilər.Onları fiziki olaraq yox eden ırqçı qaranlıq əllər, bizi də mənəvi olaraq yox edirdilər. Onların haqqında yalanlar diyərək keçmişimizi oğurlayırdılar, hafizəmizi/yaddaşımızı oğurlayırdılar, tariximizi oğurlayırdılar. Bizim keçmişimizi, tarximizi oğurulayaraq mənəviyatımızı oğurlayırdılar, məneviyatımızı oğurlayraq bizi “zibilə”, “tofalyə” ve “aşqala” çevirmək isteyirdilər. Bizim mənəviyatımızı qəsb edərək isteyirdilər ki, Farsların qapsınıa gedək  və hamının eşidəbiləcəyi  uca  səslə “ mən Türk deyiləm Azəriyəm” çirkəfini  bağıraq. Bizim mühtəşəm  nesli yox ederek  bizləri  “köpəkləşdirərək” Farsların rahat yaşabilmələri  üçün “İranın bütün sərhədlərini qoruyan qapı qulu” kimi yetişdirmək isteyirdilər. 
 Kaftarlar Azərbaycan muasir tarixinin mühtəşəm nəslini   fiziki olaraq yox etsələr də,  mənəvi olaraq yox edəbilmədilər. Onların maddi bədənlərini  məhv ettilər , ancaq onların ruhlarını, ideallarını və hədəflərini öldürəbilmədilər.Düşmənler, onların Milli Hökümət adiyla tikdikləri şanlı evin dam-duvarın yıxdılarsa da, ancaq, o evin qəlbində gür-gür yanan isti ocağı söndürəbilmədilər. Zehtabilər, Əli Təbrizlilər, Səhəndlər ve  Bulut Qaraçörlülər kimi  ədəbiyat abidələrimiz o qanlı atəşi qordular, o qanlı ocağın atəşinin sönməsinə izin vermədilər.  O qanlı ocağın atəşı böyüdü ve  Babək qalasının zirvəsinə çıxdı. O atəş Xordad (May2006) hadisələrində   Güney Azerbnaycanın bütün şəhərlərində ırqçı rejimi titrətti. O  atəş Urmu gölünün qorunmasında Təbrizin mərkəzində  yenidən əllərdə, dodaqlarda və ürəklərdə gəzdi.
 Balaş  Azəroğlu öz şəxsi hayatindakı xətası ve səvabiyla,  yanmış ve kül olmuş nəslin qalanlarından biriydi. Onun əsərlərinde Güney Azərbaycan hər zaman var oldu. Onun əsərlərinde Azərbaycan insanının yaşadığı bütün çətinliklər öz əksini tapdı. Balaş Azəroğlu Güney Azərbaycanın `dilsizliyindən` danışdığı qədər onun yoxsulluğundan ve yağmalanmasından da  danışırdı.Balaş Azəroğlu mənim gözümde fəqət bir şair deyil. O, mənim gözümdə mühtəşəm bir nəslinin son təmsilçilərindən sayılırdı. O, indi  Seyid Cəfər Pişəvərinin yanına getti.  O getti, ancaq qelbindeki yanan  Güney Azərbaycan atəşi hələ də alovlanır.
  Güney Azerbaycan ateşi  indi Azerbaycan gənclərinin ellerində, gözlərində və qəlblərində alovlanır. Ellərdəki milyonlarca ateş onu gösterir ki, Məşrutiyetden günümüzə qəder çəkilən ezablar ve tökülən qanlar bihude deyilmş. Görünən o ki,  Azərbaycan günəş kimi  yenidən doğulacaq. Azərbaycan günəş kimi yenidən doğulduğunda Settar Xan, Baqir xan, Şeyx Mohəmməd Xiyabani ve Pişeveriler de yenidən doğulacaq. Toprağını, tarixini, mənəviyatını və qəsb edilən  iradəsini geri alan Azərbaycan  şeirləşəcək. Xalqımız milli qurutuluşunu əldə ettiyində  Azərbaycan şeər olacaq ve bütün şeirlər də Azərbaycanlaşacaq. O zaman Azerbaycan poeziyasi kələmənin sehriylə oğurlanmış mənəviyatımızı yenidən var edəcək. O gün Balaş Azəroğlular da yanımızda olacaq.

Arif Kəskin
Ankara
24.04.2011

No comments:

Post a Comment