Arif Kəskin
Bugün( 2 Nisan/2 Aprel/ 13 Ferverdin) Təbriz ve Urumiye başda olmaqla birlikde, Güney Azərbaycaın bir çox şəhərlərində Urmu Gölünün qurumasina qarşı etiraz aksiyalari gerçəkləşdi. Etriraz aksiyanlarina onminlərcə Azəerbaycan Türkü qatıldı. Etiraz aksiyaları rejimin bütün təzyiq, hədə-qorxu, tutuxlama ve Azərbaycan şeherlerində uygulanan ağır güvənlik tədbirlerine baxmayaraq gerçəkləşdi.
Urmu Gölünün Quruması : Azərbaycanın Məzlumluq Səmbolu
Azərbaycanlıların gözündə Umru Gölünün qurması ekolojik müşgüllər yaradağının yanısıra, Günəy Azərbaycanın məzlumluğunun səmboluna çevrilib. Urmu Gölünün qurmasına qarşı həm İran dövləti həm də onun muxalifləri etnısızlıq göstərirlər. Bu etinasızlıq, Azəbaycanlılara göstərilən etinasızlığın fərqli təzahürü olaraq görsənir. Urmu Gölünün qurumasına bənzər hadisə Farsların oturduğu bölgədə yaşansaydı, həm rəjimin həm də onun muxalifətinin reaksiyaları çox fərqli olardı. Ona görə də, Güney Azərbaycanda gərçəkləşən bugünkü asksiyların çox çeşidli anlamı vardır. Bugünkü etiraz aksiyaları bir tərəfdən, Azəbaycanın qarşısındaki ekolojik probləmə dünya diqqətini çəkəmək istərkən , digər tərəfdən də, Azərbaycanın məzluğunu, yalnızlığını və onun bilincli/ əmdi olaraq yox olmasını hazırlayan siyasətlərə qarşı üsyan bayrağı qaldırmaq mənasına gəlir.
Güney Azərbaycan Hamıya Dərs Vərdi
Bugünkü aksiyalar “Günəy Azərbaycan Milli hərəkəti yoxdur” diyənlərə cavab nitəliyindədir. Günəy Azərbaycan Milli Hərəkəti adını daşıyan bir siyasi hərəkətin olduğunun ən böyük sənədi bugünkü göstərilərdir.
“Azərbaycan Məşrutiyət dönəmindəki Azərbaycan deyil və Təbriz bir daha Səttar Xan yetişdirəbilməz” diyənləri bugünkü hadisələri doğru görməyə və sədaqətli analiz etməyə dəvət etmək lazımdır. Azərbaycanın tarix boyu göstərdiyi qəhrəmanlığı ölmeyib və ölməz də. Çünki qəhramanlıq Azərbaycan kimiliyilə eyniləşib.
Bugünkü aksiyalar “Azərbaycan qorxur və qorxduğu üçün etiraz etmir” diyənlərə dərs nitəliyində bir cavab oldu. Bugünkü aksiylar Azərbaycanın qorxmadığını gösatərdə. Azərbaycanı qorxaqlığla mütəhhim edənlər Azərbaycanı tanımadıqlarını bugün öyrənmiş oldular.
Bugünkü aksiyalar “Azərbaycan milli hərəkəti rejimin kontrolundədir “diyənlərə böyük dərs oldu. Azərbaycan Əran rejiminən bütün təzyiqlrinə baxmayaraq öz etiraz aksiyasını gərçəkləştirdi. Gün boyunca İran İslam cumhuriyəti rəjimə onlarca Azərbaycan Türkünü tutuxladılar.
Bugünkü aksiyalar “Azərbaycan Milli Hərəkəti Yaşıl hərəkatına qatılmazsa yox olar” diyənlərə böyük dərs oldu. Azərbaycan Milli Hərəkəti, Yaşıl hərəkəti olmadan çox öncəden öz varlığını subut edib ve bugündən bələ də, öz varllığını müstəqil və güçlü bir biçimdə dəvam ettirəcəkdir.
Bugnkü aksiyalar , milli hərəkəti içindəki “əcələ etməyin” şuarina sarılanlara da böyük dərs oldu. Bu şuarllarla Azərbaycanı rukuda/durqunluğa çəkmək istəyənlər öz dərslərini aldılar. Azərbaycanın qurtuluş yolu özünə məxsus etiraz formlarını tapıb və hayata geçirmək də olduğunu hamı gördü.
Bugnkü aksiyalarla Azərbaycanda kimin güçlü olduğu və kimin siyasi səfərbərlik qabiliyəti olduğu anlaşıldı. Milli hərəkəti yox sayanlar özlərinin yox olacaqlarını görmüş oldular.
Uzun illerdir düşmənlər çalışırlar kı, Azərbaycan şəhərləri arasında ixtilaf salsınlar. Təbrizli, Zəncanlı, Urumiyəli və Ərdəbilli kimin adlarla ixtilaf yaradmaq isteyirlər. Bugükü aksiyalar göstərdi ki, Azərbaycan şəhərləri arasında ixtilaf yoxdur və onlar Azərbaycalı kimliyi altında özlərini “bir tək vucud kimin” görürler. Urmulunun yanında Təbriz başda olmaqla birlikdə bütün Azərbaycanın səf çəkməsi milli kimliyin təşəkkülünü göstərir.
Bugünki aksiyalar , traxturu ve traxturşulari təhqir edənlərə və onu milli hərəkətə əngəl olaraq göstərənlərə həqiqəti göstərmiş oldu. Çünki bugünkü aksiyalarda traxturun gücü ve dinamizmi Urmu gölünün və Azərbaycanın yanındaydı.
Bugünki aksiyalar Amerika başda olmaqla birlikdə bütün xarici güçlərə də, Azərbaycanın gərçəklərini öyrətmiş oldu. Azərbaycan haqlı olaraq öz milli hədəfləri istiqamətində hərəkət ədir. Azərbaycan öz dilini, tarixini, kültürünü və toprağını qorumaq istəyir. Təssuflə, Batılılar/Qərbilər Fars milliyətçilərinin onların gözlərinə taxdıqları gözlüklərlə/eynəklərlə dünyaya baxırlar. Onlar bugünkü aksiyalari doğru analiz edərlərsə, Fars milliyətçiləri tərəfindən aldatılmış olduqlarını görürlər.
Bugünki aksiyalar göstərdi ki, İran İslam Cumhuriyəti Azərbaycanın bir nümrəli düşməni sırlarında yer almaqdadır. İran rejimi Azərbaycanın bütün milli, fərhəngi/kültürəl, huquqi, insani, iktisadi ve sosial haqlarını yox etməklə qalmır ve üstəlik onu təbiyi/doğal fəlakətlə üz-üzə buraxmaq isteyir. İran rejimi bilincili olaraq Azərbaycanlıları təbiyi/doğal fəlakətlə yox etmək isteyir. Çünki nə özü bu fəlaketin qabağını almaq isteyir, nə də ona qarşı mədəni etirazları eşitmək isteyir. İran İslam Cumhuriyəti Fars milliyətçiliyinin hərbi, mədəni, siyasi, sosial , idari-inzibatı , diplomatik ve burokratik vəsiləsi işləvini(karker/ fonksiyon ) görməktədir. Bu yapı/saxtar dağılmadıkca Fars milliyətçiliyi yıxılmaycaqdır.
Arif Kəskin
Ankara
2 Nisan/2 Aprel/ 13 Ferverdin
No comments:
Post a Comment