Tuesday, August 9, 2011

“Düşmənin əlində əsirəm, demək ki, varam”: Üç Səid Üçün

Arif Kəskin

İnsanlığın ən böyük hədəflərindən biri siyasəti əxlaqiləşdirmək olsa da,
ancaq günümüzə qədər başarılı olmamışdır. Siyasət əxlaq qılıfında əxlaqi yox
etməyi hədəfləmişdir. Düşmən və dost ayrımı siyasətin özünü və əsli mahiyyətini
təşkil etmişdir . Düşmən yox olması gərəkən və məhv olması məcburi olan
varlıqdır siyasətdə. Bizi düşmən seçənlər məhv olmamızı istəyirlər demək. Zindana
atırlar. Edam edirlər. Hədə-qorxuyla susdurmaq istəyirlər bizi . Susmaq yox
olmaq deməkdir. Hədə-qorxuyla susmadığımız zaman canımıza qəsd edirlər.
Canımızı ala bilmədiklərində böhtan atırlar, təhqir edirlər. Belə işləyir
düşmanın bizi yox etmə çarxı.
`Düşünürəm, demək mən varam` demiş ronesans filəsufu. Siyasətdə işlər
tərsinə işləyir tə`əssüflə. Tutulursansa, zindana atılırsansa, darağacı
gözləyirsə səni, hədə-qorxu eşidirsənsə, təhqir və böhtan atılırsa sənə `mən
varam` deyə bilərsən. Özü də şəhərin ən yüksək yerini seçib bütün var gücünlə
qışqıra bilərsən ` mən varam`. “Görəsən mən varam?” sualına cavabım yoxdur.
Ancaq bütün var gücümlə qışqıra bilərəm ki, sən varsan. `Düşmənin əlində
əsirəm, demək ki, varam"
Nə qərib dünyadır dünyamız : söyüldüyümüzdə, döyüldüyümüzdə ,
tutulduğumuzda, təhqir edildiyimizdə `biz varıq` deyəbilirik. Mübarəzəmiz bu
səbəblə. Mən sorqucumdan ( bazcu) ilk yumuruğu yediyim zaman haqlı olduğumu
anlamdım. Zindana atıldığım ilk gün azad olduğumun xoşbəxtliyini doyunca yaşadım.
İndi sən ən azad insansan . İndi sən ən xoşbəxt insansan. İndi içimizdəki ən
diri sənsən. İndi sen o qədər azadsan ki, göylərə baxnda səni görürəm: mehriban
əllərinlə qaranlığın kobud çirkinliyini yarırsan. O qaranliq nə qədər çirkin nə
qədər yırtıcı olasa da, sənin kiçik ışığını yox edəbilməz. Çünki, sən əsir
olduğun anda günəş oldun, çay oldun, orman oldun və ən gözəli zifiri qaranlıqda
aanamın fətirinə bənzəyən görkəmli ay oldun. Gözüm səndə, könlüm səndə. Bax
demək ki , varsan. Işığınla məni də yaşadırsan. Düşmən o qədər kordur ki,
ışığınla bütün eli aydınlatdığını görəbilmir. `Çiçəklərin ləçəklərinə bunları
qoparmayın yazmışlar, təssuflə küləyin oxuma-yazması yoxdur`.
http://www.saidnaimi.net/index.php?option=com_content&view=article&id=59:1390-05-15-19-56-03&catid=3:team


No comments:

Post a Comment