Sonuncu inqilab yoxdur,
A.Yazdani
inqilablar sayı, sonsuzdur!
İranda Parlamentar sistemin məsələləri (1)*
Giriş
İran tarixində hal-hazirki dövrə qədər, üç dövlət
forması mövcud olmuşdur. Birinci forma, mütləq padşahçılıqdir ki, 20-ci əsrin əvvəllərinə
qədər davam edib. Ikinci forma, 1906-ci ildən 1979-cü ilə qədər davam edən məşrutiyyət
padşahçılığı və nəhayət üçüncü forma İslam cümhürusu-Vilayəti fəqih dövrüdür
ki, indiyə dək davam edir.
Dövlət hüququ baxımdan, İran ölkəsi 1906-ci ildən
1979-cü ilə qədər parlamentar əsaslı Məşrutə padşahçılığı idi. Onun əsasını
1906-cı il İran anayasası və 1907-ci il “Əsas qanuna əlavə”-si təşkil edirdi. Qərb
ölkələrin əsas qanunları, özəlliklə 1831-ci il Belcika Əsas qanunu əsasında
hazırlanmış “İran əsas qanunu”, hakimiyyətin bölünməsi prinsipi əsasında təşkil
edilmişdi. Bu o deməkdir ki, Şahın 1906-cı ildən əvvəlki mütləq hakimiyyəti,
parlamentin yaranması nəticəsində məhdudlaşdırılmışdır. Hökumət bundan sonra,
parlament qarşısında məsuliyyət daşıyan nazirlər vasitəsilə idarə olunmalıydı.
Digər hüquqlarla yanaşı, “İran əsas qanunu”, əhaliyə
aşağıdakı hüquqlar vərirdi:
-qanun qarşısında bərabərlik
-mətbuat azadlığı
-söz və yığıncaq azadlığı
Bütün bunlar:
(Magna Charta, Bill of Rights) ənənələrindən,
1799-cu il “İnsan huquqları” bəyannaməsindən və 1831-ci il “Belcika əsas
qanun”, əsas hüquqlar kataloqundan götürülmüşdür.
Ancaq inkar edilməz bir həqiqətdir ki, Şah dövrünün
sonuna qədər, əsas qanunun nəzəriyyəsi və əsas qanunun tətbiqi bir.birilə uyğun
olmayıb və əksinə, lazım təmizliklərdən sonra, əsas qanun çox kiçik bir hakim təbəqənin
imtiyaz və mənafeinin qanunlaşdırılması üçün bir vəsiləyə çevrilmişdir.
Qərb ölkələrində parlamentar əsaslı, demokratik
dövlətlərin əmələ gəlməsi, uzun müddətli sosyal-iqtisadi və mədəni inkişafın nəticəsində
mümkün olmuşdur. Misal üçün bu ölkələrdə həyat səviyyəsi və xalqın siyasi
yetginliyi yüksək bir dərəcəyə çatandan sonra, ümum seçki hüqununun kəsərli tətbiqi
imkanpəzir olmuşdur.
1906-ci ildə parlamentarizm əsasında Məşrutə
sistemi tətbiq edildikdə, bu şərtlər iranda hələ yənidən əmələ gəlirdi. Bu
dövrdə İngiltərə və Rusiyanın nüfuzu altında İranda köhnə feodal ictimai
quruluşun getdikcə dəyişilməsi özünü göstərirdi və bununla əlaqədar müxtəlif təbəqələrin
ictimai quruluş haqqındaki təsəvvürləri də dəyişirdi. Bu o deməkdir ki, Məşrutə-Parlamentarizm
sistemi haqqında iran əhalısının böyük hissəsinin əvvəlcədən heç bir dəqiq təsəvvürü
yox idi. Bundan əlavə mətbuat vasitələri çox cüzi idi və əhalının 90%
savadsızidi. Onlar ancaq ağır sosyal vəziyyətdən və əyalətlərdə Valilərin
özbaşına hökmranlığından qurtuluşları üçün məşrutə inqilabında iştirak edirdilər.
Ingilistan və Rusiyanın irana soxulması, ilk növbədə
iran mumtazlarının yüksək ictimai mövqe tutmasına imkan yaratdı. Bu qrupalar əsasən
İngilistan və Rusiya ilə al-ver sayəsində ticarət burjuvazının yüksək zirvəsinə
qədər qalxan tacirlər və iri mülkədarlardan ibarət bir qrupa idi. Onlar
feodal-ticarət sistemin (Merkantil sistemi) hökm sürməsini tələb edib və bu məqsədə
çatmaq üçün, qədimdən mövcud olan Feodal-mütləq sistemin aradan qaldırılmasını
tələb edirdilər.
1906-cı ildə məşrutə-padşahçılıq sistemi təşkil
edildikdən sonra, tezliklə aydın oldu ki, ticarət burjuazısı və iri mülkədarlar,
saray və ənənəvi qüvvələrlə birləşməyə girib və beləliklə iranda demokrasının həyat
keçirilməsinə mənfi təsir buraxdılar. Onlar dövlətdə həqiqi hakimiyyəti ələ
keçirib və anayasadan Feodal-Merkantil sistemi qüvvədə saxlamaq məqsədilə
istifadə edirdilər. Bununla yanaşı, onlar ölkənin inkişafi və müstəqil sənayeləşməsindən
də qorxurdular. Çünkü əməldə xarici təzyiqlər və həmçinin daxili siyasi ənənəvi
qüvvələr, onların mövqeini təhlükə altına salırdı.
Demək olar ki, qərb ölkələrin əsas qanunları nümünələri
əsasında qəbul edilmış məşrutiyyət əsas qanunundan gözlənilən ümidlərin
doğrulmaması, əgər müəyyən mənada onun məzmununun nəticəsi idisə, digər tərəfdən
də bu, əsas qanunun həyata keçirilməsini namümkün edən siyasi-ictimai və tarixi
münasibətlər idi. Burada bu faktorlara nəzər salıb və onların İslam cümhurusu-vilayəti
fəqih sisteminin hakimiyyətə gələcəyinə zəmin yaradan münasibətləri göstərməyə
çalışacağam.
Parlamentarizmının tarixi inkişafı
1-
İran məşrutə inqilabı ərəfəsində
19-cü əsrdə İranda hələ mütləq idarə etmə
formasının hökm sürməsinə baxmayaraq, bu əsr əvvəlkilərdən əsaslı surətdə fərqlənirdi.
Çünkü Fəthəli şahın hakimiyyəti dövründə, keçmiş təsadüfi əlaqələrdən sonra, Ovrupa
ilə, onun iqtisadi və hərbi qüdreti, onun inkişafi və tekniki ilə açıq rəqabət
və ziddiyyətlər başlandı.
əvvəllər İranin xarici ölkələrlə əlaqəsi məhdud
ticarət əlaqələrilə kifayətlənirdisə, 19- cü əsrdə irana öz təsirini göstərən
Avropanın, xüsusilə İngiltərə və Rusiyanın təsiri elə möhkəm idi ki, o, iranda
məşrutə hərəkatının hazırlanmasına həlledici dərəcədə zəmin yaratmışdır.
Bir-birilə rəqabət aparan ingiltərə və rusiya hökumətləri arasındaki mübarizə,
işi o yerə gətirib çıxarmışdı ki, iran formal müstəqilliyə malik olan, yarım
müstəmləkə vəziyyətinə düşmüşdü. Digər tərəfdən
isə Avropanın irana böyük təsiri nəticəsində, köhnə Feodal ictimai quruluş tədricən
dəyişirdi. Bu o deməkdir ki, iqtisadi və sosyal münasibətlər keçmiş dövrlərlə
müqayisədə yeni bir məna kəsb edirdi. Bu dəyişiklər nəhayət iranda meşrutə hərəkatının
və parlamentarizmin yaranmasına gətirib çıxartdı. 19-cü əsrdə iranda məşrutə hərəkatı
dolayısıyla hazırlandığı üçün, aşağıda bu dövrün inqilab üçün helledici əhəmiyyətə
malik olan faktorları daha ətraflı təhlil ediləcək.
İngiltərə və Rusiyanın İrana nüfuzu
Ingilistan və Rusiyanın İrana geniş nəzarət etmək
üçün cidd-cəhdləri 1800-cü ildən, yəni birinci Napoleonun Rusiya tezari birinci
Paul ilə birgə Hindustanda İngiltərə hakimiyyətinə hücum etmək planının
hazırlanmasından başlayır. Napoleon İranın köməkilə İngiltərənı Hindustanda dəniz
yolundan məhrum etmək istəyirdi.
Ingiltərə isə çalışırdı ki, Hindustandakı müstəmləkələri
üçün təhlükəli olan Napoleon və iran şahı arasındaki razılaşmalara mane olsun. Buna
görə də o, Hindustandan İrana səlahiyyətli bir ingilis məmuru göndərib və o da
öz növbəsində hədiyyələr və vədələr verməklə iran şahını ingilislərlə birlikdə
Fransanın əleyhinə yönəlmiş bir müqavilə bağlamaqla təhrik edir. (1)
Müqavilədə müharibə şərayitində qarşılıqlı hərbi
yardım nəzərdə tutulurdu.
Rusiyə iranın şumalında əraziləri işğal etmək üçün
bir başa hərbi əməliyyat başlayanda, ingiltərə 1800-cü ildə bağlanmış
qarşılıqlı mudafiə müqaviləyə baxmayaraq, Rusiya ilə fransıya qarşı müttəhid
olduqlarına əsaslanaraq, irana hər hansı bir hərbi köməklikdən imtina edir. Belə
olduqda iran yenidən fransıya müraciət edib və Napoleon irana hər bir cür
mümkün köməye vədə edir.
O, 1807-ci ildə iran ordusunu müasir Avropa səviyyəsində
hazırlamaq üçün Tehrana 70 nəfər zabit göndərir. Son nəticədə iran ingilislərin
təzyiqi və onun iranin cənubunda fars vilayətini işğal etmək təhlükəsi ilə üzləşərək,
fransanıyanın hərbi heyətini geri qaytarmalı olur. Bu dövrdən başlayaraq iranda
nəzarət etmək uğrunda bir-birilə rəqabət aparan böyük dövlətlər ingilistan və
rusiya olur. Ingilislərin marağı hər şeydən əvvəl bundan ibarət idi ki, özünün
Hindustan müstəmləkələrinə yolu açıq saxlasın. Rusiyanin marağı isə şumalda buz
vurmayan limanlarının çatışmazlığından irəli gəlirdi.
Bu dövrdə iranin güney hissəsi ingilislərin güclü
iqtisadi, hərbi və siyasi təsiri altında idi. Iranin şumalında isə rusiya iran əyalətlərini
işğal etmək üçün hərbi əməliyyatlar keçirirdi. 1813 və 1826-ci il müharibələri
iranin şümalında əyalətlərin itirilməsinə gətirib çıxardı. Bu müharibələrdə o
cümlədən Gülüstan və Türkəmənçay müqavilələri üzərində Azərbazcan iki yerə
bölünüb və şümal hissəsi rus imperiyasına daxil edildi.
Hər iki müharibədəki məğlubiyyətlər təkcə ərazi
itgisi ilə kifayətlənmirdi. Həmdə bu Qacarlar sülaləsinin Tezar rejimindən
xüsusi asılığına səbəb oldu. Çünkü 1828-ci il Türkmənçay sülh müqaviləsində Vəliəhd
Abbas Mirza rusiya ilə razılığa gəldi ki, rusiya hökuməti onun taxt-taca sahib
olmaq hüququnu tanıyıb və onun vərəsələri arasında iran səltənətinin davam
tapmasına təminat versin. Bu vaxtdan Qacarlar sülaləsinin şahları rus himayəsi
və təsiri altına düşüb və necə deyirlər, öz maraqlarını həyata keçirmək üçün
rus hökumətinin əlində bir alətə çevrildilər. Misal üçün rusların köməkilə
Muhamməd əli şah 1908-ci ildə iran parlamentini topa bağlayıb və onu
bağlandırmışdı.(2)
Yuxarıda qeyd edildiyi kimi, əgər iran sərayında
rusiyənin yaxın tərəfdarları varidi sə, ingilislər iranın cənub məntəqəsində
köçəri tayfalarla sıx əlaqə saxlayıb və iranda öz planlarının həyata keçirilməsində
onlardan istifadə edirdilər.
Iranin 1826-ci il məğlubiyyətinə qədər rusiya hərbi
işğalçılıq siyasəti yürüdürdü. 19-cü əsrin ortalarından başlayaraq, rusiya bir
vaxtlar ingilislərin etdiyi kimi, irani həmçinin iqtisadi və siyasi cəhətdən də
öz nəzarəti altına almağa başladı. (3) .Beləliklə 19-cü əsrin ortasından bəri
iran üçün hər iki dövlət yəni ingilistan və rusiya dövlətlərindən “könüllü
asılılıq” dövrü başlandı. Onlar özlərinin genişlənən sənayesi üçün xam maddə əldə
etmək və öz sənaye məhsulları üçün iranda yeni bazarlar təmin etmək üçün
bir-birlərilə rəqabət aparırdı və bu zaman imtiyazlar ələ keçirmək və birtərəfli
ticarət sazişləri vasitəsilə iranin ingilistan və rusiya tərəfindən könüllü
sıxışdırılması başlandı. Tezliklə ingilistan və rusiya, ölkəni daha çox nəzarət
altında saxlamaq üçün irana sərmayə xaric etməyə başladılar. Bu cür “könüllü
sıxışdırma” üsulu tez-tez hərbi təzyiq vasitəsilə müşayiət olunub və səraya
rüşvət verməklə onu ələ almaqla həyata keçirilirdi. (4) . Ingilistan və
rusiyaya verilən müxtəlif imtiyazlar iran iqtisadiyyatını tamamiylə iflac vəziyyətinə
salırdı. Çünkü inhisarların əcnəbilərin əlinə keçməsilə, dəmək olar ki, bütün
daxili bazar və həlledici iqtisadi sahələr ingilistan və rusiyanın nəzarəti
altına keçirdi. Misal üçün 1870-ci ildə Naserəddin şah illik gəlirin 15% -20% -i
müqabilində, dəmiryolunun, küçələrin və daha sonra neft və başqa mineralların
istismari, həmçinin karxanaların, kanal və digər suvarma təsisatlarının tikilməsi
inhisarını 70 il müddətinə ingilisli Baron Julius de Reuterə vermişdi. Bundan əlavə
iran gömrükxanası da 20-min fond sterling müqabilində 25 il müddətə ona
verilmişdi. (5). O dövrün siyasi xadimlərindən biri olan ingilis Sir Henri
Ralson o münasibətlə belə yazırdı: “ bu müqavilə ilə iranin və ingilastanın gələcəyi
bir-birilə bağlandı... bu müqavilə çap olandan və nəşr edilən kimi , hami başa
düşdü ki, ölkənin bütün var-dövlətindən istər sənaye, istərsə kənd təsərrüfati
sahələrində istifadə etmək hüququ bir dəfə ingilisin əlinə verilmiş və bəllidir
ki, bundan da hansı üstünlüklər meydana çıxar. əvvəllər heç kim belə bir vacib
müqavilənin bir ingilislə bağlana biləcəyinin mümkünlüyünü təsəvvürünə belə gətirə
bilməzdi”. (6)
Ancaq iki il keçəndən sonra bu müqavilə iran
xalqlarının bəzi dayirələrinin güclü etirazi və rus rəqiblərinin tələbinə görə
iran hüküməti tərəfindən ləğv edildi. Artıq 1889-cü ildə həmin baron Royterə
1872-ci ildə ləğv edilmiş sazişin ziyanının ödənilməsi kimi iranda “İran
İmperial Bank” imtiyazinin əsasinin qoyulmasına icazə almaq müyəssər oldu. Bununla belə
pul nəşrinin hüququ və bunun nəticəsindədə ölkənin ərzi və həmçinin pul siyasəti
üzərində hakimiyyət yalnız bir bankaya məxsus edildi. Bankin müdiriyyəti
Londonda yerləşirdi və iran qanunlarına tabe deyildi. “İran İmperial Banki”
iranin bütün yekə şəhərlərində öz şöbələrini yaratmışdı və bütün pul dövriyyəsi
onun nəzarəti altında idi. Bütün bank əməliyyatlarının xalis gəlirindən ancaq
6% -i saraya çatırdı. (7)
1871-ci ildə rusiyə də,
iran sarayından “Rusiya inqiraz bankası” –nin yaradılmasına razılıq aldı. Bu
bank rusiya maliyyə nazirliyinin bir şöbəsidi və buna görə də iran qanunlarına
tabe deyildi. 21 Mars 1821 -ci ildə şah Tütün inhisarını Major Mr. G. F.
Talbort adlı bir ingilisə verdi. Bu imtiyazın üzərində ingilisli mayora tək
başına 50 il müddətinə iran tütün becərilməsi, satılması və ixraci hüquqları
verildi. Bunun əvəzinə şah illik gəlirin 25% -i tələb etdi. Bir il sonra bu
saziş bütün əhalının etirazına görə ləğv edildi. Ancaq iran hökuməti 1892-ci
ildə, ləğv edilmiş tütün inhisarının şirkətlərinə dəyən ziyani ödəmək üçün, iran
İmperial bankasının vasitəçililə ingilistandan 6% ribh ilə beşyüzmin (500,000)
fond isterlinq borc almağa məcbur oldu. Alınan borc üçün təminat kimi, iran
dövləti cənub iranin gömrük hüquqlarını ingilistana rəhn verdi.
Heç bir əlavə izaha ehtiyac
yoxdur ki, ingilistan və rusiyaya verilən müxtəlif imtiyazlar və eləcədə rusiya
və ingilistan tərəfindən şaha verilən borcların nəticəsi hər dəfə xaricdən daha
böyük borc almağa və yeni imtiyazların verilməsinə və axırda iranın ingilisatan
və rusiya ölkələrindən daha artıq asılı olmasına səbəb olurdu.
Nəhayət Muzəffəriddin şah
28- Mai 1901-ci ildə iranin tarixində ilk dəfə olaraq, 20,000 Fond sterlinqə
ingilisli William Knox d, Arcy-ə ilk nəft imtiyazını satdı. Bu sazışın müddəti
60 il idi. Bu sazişdə əsasən rus nüfuzu altında olan 5 şumal əyalət – azərbaycan,
gilan, əstərabad, mazəndəran və xorasan- istisna olmaqla, d, Arcy bütün iran ərazisində
nəft yataqlarını tədqiq və istismar hüququna malik idi. Illik xalis gəlirin 16%
-i iran hökumətinə verilməlidi. D, Arcy tərəfindən yaradılan nəft şirkəti
“Anglo-iranian Oil-Company” adlanırdı. Sonralar, yəni 1908 – ildə yaradılmış
İngilis-İran nəft şirkəti ingilis hökumətinə tabe idi. Imtiyazları ələ keçirilmək,
xarici hökumətlərə irana nəinki iqtisadi, həmçinin siyasi cəhətdəndə ağalıq etməyə
imkan verirdi. Beləliklə 1862-ci, 1865-ci və 1872-ci illərdə Hind-Avropa
teleqraf ajentliyinin ingilis departmantı, Müzəffəriddin şahla, iranda teleqraf
xəttinin tikilməsi və istifadəsi haqqinda saziş bağladı. Bu sazişə görə bütün
hüquqlar yalnız ingilisə məxsus idi. Bu teleqraf xətti, iranin güney əyalətlərini
ingilistan təsiri altına aldı. Ingilis hökuməti bir neçə tayfa başçısı ilə əlaqəyə
girə bildi və teleqraf xəttini qorumaq bəhanəsilə ölkənin siyasi həyatına
müdaxilə etməyə başladı. Bundan başqa, ingilistan iran dövlətinin tabeliyində
olmayan teleqraf xəttinin tikilməsilə o dövrün ən mühüm xəbərlər vasitəsindən
öz siyasətlərinə uyğun istifadə etmək imkanina malik oldu. Teleqraf idarələri
ingilislər, hindustanli inglis təbəələri və zaxud “mötəbər” iran qulluqçuları tərəfindən
idarə olunurdu. (8)
Ictimai quruluş
Yuxarıda qeyd etdiyimiz
kimi, 19-cu əsrdə iranda Feodal ictimai quruluş Avrupanın, xüsüsilə ingilistan
və rusiyanın təsiri nəticəsində dəyişməkdə idi. 19-cu əsrin əvvəllərində,
Avropanın artıq inkişaf etmiş, sənayeləşdirilmiş ölkələrilə müqayisədə,
iqtisadiyyat əsasını kənd təüərrüfati və maldarlıq təşkil edən iran, geri
qalmış bir feodali ölkə idi. Bütün əhalının 80% -dan çoxu kəndlərdə yaşayırdı.
Bununda təxminən 30% tayfa qruplarına mənsub idi və təxminən 60% kəndliləridi.
(9). Əkin sahədərdə işləyən kəndlilər mülkədarların dözülməz zülmü altında
yaşayırdılar. Kəndlilərin becərdiyi məhsulun 5-dən 3, ta 5-dən 4 –ü sahibkarın
payına düşürdü. əgər toxumu sahibkar verirdisə,10% və əgər toxumu özü əldə etməliydisə
, 20% məhsuldan özünə qalırdı. (10)
Kəndilərin asılığı həmdə
onunla güclənirdi ki, çox vaxt malik öz kəndliləri üzrərində polis və məhkəmə
hüququna malik idi. (11)
Tayfa üzvülərinin vəziyyəti
heç də kəndilərin vəziyyətindən fərqlənmirdi. Tayfalar kənd təsərrüfatı ilə
yanaşı, əsasən maldarlıqla məşğul olurdular.
Bir qayda olaraq, tayfa
üzvlərinin iri torpaq sahibi olan tayfa başçısından asılıqları, kəndlilərin
mülkədarlardan olan asılığından heç də zəif dəyildi.
Demək olar ki, o dövrdə
İran müxtəlif qutblərdə duran ictimai təbəqələrin bir cəmiyyətidi. Bir qutbu
torpaqsız kəndlilərdən və sadə tayfa üzvlərindən, şəhər sənətkarlarından və
xırda al-verçilərdən ibarət olan əhalının böyük kötləsi təşkil edirdi. Bu
qurupun vəziyyəti onunla səciyyələnirdi ki, onlar çox kasıb vəziyyətdə yaşayır
və hər hansı siyasi iradəsini ifadə etmək hüququndan məhrum idilər. Digər qutb
şah və saraydan, tayfa aristokrasından, yüksək Ayətullahlardan, iri mülkədarlardanvə
yüksəkrütbəli məmurlardan ibarət idi. Bütün bu qruplar üçün ümumi cəhət bu idi
ki, onların nümayəndələri, böyük torpaq ərazisinə qismən xüsusi mülkiyyət kimi,
qismən dövlət mülkiyyəti kimi sahib idilər. (12)
Bütün bu qruplarla müqayisədə
Şah hakim rola malik idi. Torpaqların hakim təbəqə arasında paylanması haqqında
onu demək olar ki, şah ölkənin ən iri mülkədarı idi. Əksər hallarda isə, iri
mülkədarlara onların torpaq sahələri şah tərəfindən icarəyə (Tiyul) vərilirdi
(13).
Yalnız 19-cu əsrin
ortalarından başlayaraq, şahın torpaq sahələri
nəzərə çarpaq dərəcədə öz mənasını itirdi. Şahın saysız-hesabsız şəxsi xərcləri,
vəziyyəti o dərəcəyə çatdırdı ki, şahlığa məxsus torpaq sahələri satıldı və beləliklə
bu torpaq sahələrinin yerini getdikcə xüsusi mülklər tuturdu.
Şahın rolu 19-cu əsrin
ortalarına qədər böyük torpaq sahələrinə sahib olmasından əlavə, bununla səciyyələnirdi
ki, 1906-cı ildə məşrutiyyət padşahçılığı yarana qədər, o dövlət hakimiyyətinin
yeganə başçısı idi. Mütləq hakim kimi, qanunvericilik, icraedici, və ədliyə
hakimiyyətini o özündə birləşdirmişdi. Öz mütləq hakimiyyətini şah ona tabe
dövlət orqanlarına “şahlıq fərmanları” ilə həyata keçirir və bu zaman ondan
asılı nazir və yüksək məmurlar tərəfindən müdafiə olunurdu. Şahın mütləq
hakimiyyətini ölkənin bütün əyalətlərində həqiqətən həyata keçirmək üçün hər
halda şah, saray idarə orqanların və məmurların azlığına görə, əksər hallarda
öz yaxın qohumlarından, əyalət başçı təyin edir və onlara bir vəzifə olaraq
tapışırılırdı ki, əyalətlərdə şah hakimiyyətinə əməl olunmasına nəzarət etsinlər.
Kiçik şəhərləri isə “hakim”-
lər (bunlar əksər hallarda şahzadə və yaxud şahın başqa qohunları idilər) idarə
edirdilər. Çox vaxtlar dövlət vazifələri, həmçinin vergilərin yığılması kimi
dövlət gəlir mənbələri şah tərəfindən icarəyə verilirdi və valilər öz vəzifələrini
şahdan satın alırdı. Vəzifələrin satılması öz növbəsində şah və onun sarayı
üçün heç bir itgi deyildi. Çünkü vəzifə alan, aldığı vergilərin müəyyən bir
hissəsini saraya verməliydi. Yığılmış vergilərin digər hissəsi isə onun şəxsi
istifadəsində qalırdı. Bununda nəticəsi bəzən elə olurdu ki, valilər əhalidən
mümkün qədər daha çox, hətta bəzən silahli dəstələrin köməkilə vergi yığmağa
çalışırdılar.
Aydındır ki, ictimai
hakimiyyətin bu cür xüsusi mülkiyyətə çevrilməsi sistemi, rüşvəxorluq üçün
elverişli şərayit yaradırdı və bununda ağırlığı əhalının üzərinə düşürdü. Bu
yükü ağırlaşdıran daha bir faktor da nazir və vilayətlərə tabe olan məmurların
ümumiyyətlə kafı qədər məvacib almaması idi və onlar camaatın hesabına yaşamalı
olurdular. Hükumət o cümlədən polis məmurlarına cüzi maaş verirdi. Istər
nazirliklərə, istərsədə vilayətlərə tabe olan bütün polis idarələri əhalının
verdiyi “Çaypulu”-ndan və yaxud həbs edilənlərdən alınan pul hesabına
yaşayırdı. (14)
Məhkəmədə vəkillik etmək
yüksəkrütbəli hükumət məmurlar üçün əlavə bir varlanma mənbəidi. Öz vilayətləri
daxilində hüquq-məhkəmə işləri də tapışırılmış valilər, əksər hallarda, “cərimə”
və ya zamant pulu az olanı günahkar elan edirdilər. Kim valiyə böyük məbləğdə
azad olma pulu verə bilirdisə, azadlığa buraxılırdı. (15)
Geriyə nəzər salanda, demək
olar ki, təxminən 19-cu əsrin ortalarında İranda hələ qədimdən qalan ciddi mütləqiyyət
padşahçılığı ilə səciyyələn ictimai quruluş davam edirdi. Şah mütləq hökmran
kim, dövlətdə hakimiyyəti öz əlində birləşdirmişdi. Eyn zamanda o, ölkənin təxminən
bütün mülk və torpaqların sahibi idi və çox vaxtlar öz sahələrindən istifadə
hüququnu yüksək məmurlara, zabitlərə və tayfabaşçılarına həvalə edirdi. Şahın
yüksək hakimiyyəti ilə əhalının ən böyük aciz və hüquqsuz hissəsi qarşı-qarşıya
dururdu. Xalq dövlətin formalaşdırılmasında iştirak etmirdi. Şah tərəfindən bəzi
hakimiyyət hüquqları verilmış və sarayda qismən nüfuza malik yüksək təbəqə,
şahın qohumları, yüksək din xadimləri və yüksəkrütbəli məmurlar müstəsna təşkil
edirdilər.
Artıq qeyd etdiyimiz kimi,
o vaxta qədər iran ictimai quruluşu heç bir deyişikliyə məruz qalmamışdı. Ancaq
19- əsrin ortalarından Avropanın xüsusilə İngilistan və Rusiyanın təsiri,
iqtisadi və ictimai sahələrdə dəyişiklər meydana gətirdi və bunlarda Məşrutə hərəkatının
əmələ gəlməsi üçün şərayit yaratdı.
Yuxarıda işarə olunduğu
kimi, İngilistan və Rusiya ilk hərbi işğal etmə siyasətindən sonra 19-cu əsrin
ortasından, irani bundan belə əsasən “sülh” yolu və vasitələrilə, həmçinin
iqtisadi və siyasi cəhətdən öz nəzarətləri altına almağa başlamışdılar. İranda “sülh müdaxiləsi”
altında əsasən imtiyazların ələ keçirilməsi və ticarət sazişlərinin bağlanması
həyata keçirilirdi. Müxtəlif imtiyazlar və ticarət sazişləri ilk növbədə buna
xidmət etməliydi ki, bir tərəfdən ingilistan və rusiyada vüsət tapan sənaye
üçün yeni satın bazarları əldə edilsin. Digər tərəfdən isə, qismən ingilistanın
və rusiyanın sənayesində istifadə edilən pambıq, şəkər və çuğundur kimi kənd təsərrufat
məhsullarının, qismən də çay, tütün və qurudulmuş meyvə kimi gündəlik tələbat malların
öz ölkələrinə idxali təmin edilsin. Bu
siyasət axırda oraya gətirib çıxardı ki, iranda bu vaxta qədər ilk növbədə
xırda kənd təsərrufatı və xırda ev sanatkarlığına əsaslanan köhnə feodal
iqtisadi quruluş deyişildi. Ucuz və çox vaxt daha keyfiyyətli ingilis və rus
mallarının idxali, daxildəki sanatkarlıq məhsullarının istehsalına və onların
satışına zərər vurdu. Bu o deməkdir ki, xarici malların təsiri nəticəsində kəndlərdə
və şəhərlərdə sanatkarlıq müəssisələri öz işini dayandırmağa məcbur olurdu.
Çünkü onların malları xarici cinslərlə rəqabətdə davam gətirmirdi (16).
Ingilistan və rusiyanın təsiri
kənd məhsulatı sahəsində də köklü dəyişiklərə səbəb olmuşdu. Ölkədə bu vaxta qədər
kənd məhsulatı sistemi əsasən daxili ehtiyacların bərtərəf edilməsinə yönəlmişdi.
19-cu əsrin ortalarında belə ənənəvi məhsulat sistemi deyişildi və bundan sonra
ingilistan və rusiyaya sadir etmək üçün düyü, tütün, pambıq kimi kənd təsərrufatı
məhsullarının istehsalı böyük əhəmiyyət kəsb etdi. Istehsalın dəyişdirilməsi
imkanı olmayan bir çox ənənəvi kənd təsərrufatı sahələri öz mənasını itirdi və
bu da kiçik və orta feodalların müflisləşməsinə səbəb oldu. (17)
Onların yerini aristokratlar
və böyük mülkədarlarla yanaşı ticarətçi mülkədarların (Merkantil burjuasi) təbəqəsi
tutdu. Ticarət sahələrilə məşğul olan mülkədarların belə səviyyədə mövcud
olması, hər iki böyük dövlətin, yəni ingilistan və rusiyanın sayəsində mümkün
olmuşdu. Çünkü onlar gətirilmiş xarici malların misal üçün parça, qənd, çini
malları iranda satıb və bundan böyük qazanc əldə edə bilirdilər. (18) Lakin bu
qazancı hər hansı bir yerli sənayedə qoymaq olmurdu. Çünkü daxildə yeni yaranan
sənayedən ucuz avropa malları ilə rəqabətdə mudafiə olunmurdu. Belə ki,
1850-1860 – ci illərdə iranda başqa sahələrlə yanaşı kağız fabriki, çini
qablar, şüşə karxanaları toxuculuq fabrikləri quruldu. Lakin, qısa bir müddət ərzində
bu fabrik və karxanaların çoxu iflas olub və aradan getdi. Çünkü onlar artıq
qeyd edildiyi kimi, müdafiəedici gömrük qanunun olmadığı üçün ingilis və rus
mallarının güclü təzyiqi altında möhkəmlənə bilmirdilər. Bu səbəbdən iri tacirlər
xarici malların satışından əldə edilən mənfəətdən şahdan torpaq sahələri alıb və
bu yolla da həm tacir və həmdə mülkədar olurdular. Onlar bir tərəfdən öz torpaq
sahələrində istehsal olmuş kənd təsərrufat mallarının ixraci yolu ilə böyük
var-dövlət əldə edirdilər və digər tərəfdən isə özlərinin artıq artmış iqtisadi
əhəmiyyət kəsb etmələrinə baxmayaraq, ölkədə dövlətin idarə olunmasında heç bir
siyasi nüfuza malik deyildilər. Bu üçün də onlar dövlətdə siyasi hakimiyyətin
idarəsində özlərinin layiq səviyyədə iştirakını istəyirdilər (19).
Bu dövrdə, tacirlərin şəxsi
mülk ələ keçirməsi prosesi, həm yüksək məmurlar və zabitlərin dövlət pulunu
gizli xərcləmək və aldıqları rüşvət hesabına mülk əldə etməsi və həmçinin şaha
məxsus torpaq sahələrin satılması prosesilə paralel gedirdi. Saraydaki pul
çatışmamazlığı və şahın geninə-boluna şəxsi xərcləri nəticəsində şaha məxsus
torpaq sahələrinin böyük bir hissəsi satılırdı. Şahın xüsusi mülklərinin
satılması, onun iqtisadı zəifləməsi ilə yanaşı siyasi zəifləməsinə də səbəb
olurdu.
Iran cəmiyyətinin iqtisadi
və ictimai sahələrində başverən deyişiklər, eyn zamanda yavaş-yavaş olursada, mədəni
həyatı da deyişdi. Iranın ingilistan və rusiya ilə sıx əlaqələri nəticəsində
Avropaya yol açılıb, müxtəlif fikir və ideallar irana yol tapdı. Avropanı
tanımaq, iranlılara ilk dəfə olaraq özlərinin geri qaldıqlarını və Avropanın
inkişafı arasındaki fərqi görməyə imkan verdi.
Avropa səyahətlərində
ordakı tərəqqidən təsirlənən qacarlar sülasəsinin bir neçe şahı hətta, iran
camaatını avropalaşdıran reformlar tərəfdarı oldular. 1848-ci ildə taxt-tac
sahibi olmuş Nasereddin şah, misal üçün ənənəvi olaraq din xadimlərinin nüfuzu
altında olan kötləvi təhsil sistemində reforma tədbirləri həyata keçirdi. Qədim
din-fəlsəfi məktəblərlə yanaşı 1851-ci ildə zabitlər, texnika və təbiətşünaslıq
təhsili almaq üçün, ali məktəb “darul finun”yaradıldı və buraya həmçinin
avropadan gələn öyrətmən qüvvələr cəlb etdi. Bundan əlavə o, iran mətbuatının
da əsasını qoydu. 1850-ci ildə iranda dövlət pulu hesabına maşın usulu ilə çap
edilmiş iki qəzet çıxdı. Bu dövrdə ilk dəfə olaraq, həmçinin böyük bir tələbə dəstəsi
xaricə göndərildi. (20)
Naserəddin şahın həyata
keçirdiyi reformlar heçdə köklü reformlar deyildi və ölkənin modernləşdirilməsində
cüzi müvəffəqiyyət qazandı. Naserəddin şahın bu və ya digər reformları, onun
hökumətinin böyük mənfi cəhətləri altında təsirsiz qalırdı. Misal üçün o, əhalının
böyük hissəsinin düçar olduğu yoxsulluğu aradan qaldıra biləcək ictimai
reformlara heç bir maraq göstərmirdi. Bunun əvəzində oda sələfləri kimi iran
xalqlarına qarşı qəddarcasına, özbaşınaçılıq siyasəti yeridib, sarayı tənqid
etməyə cəsarət edən hər bir şəxsə qarşı amansızlıq edib, öz xeyrinə əcnəbilərə
imtiyaz satıb, bunun əvəzində isə özünün və saray adamlarının calalla
yaşamaları üçün, xərcləməyə borc edirdi.
Dövlət tərəfindən həyata
keçirilən reformların faydası bundan ibarət idi ki, bu Avropaya tədricən açılan
bir yol idi, iranlı tələbələr üçün xaricdə oxumaq imkanı idi və iran əhalısının
xüsusilə bu dövrdə yeni təşkil tapan qeyr-dini ziyalılır təbəqəsini avropa mədəniyyətilə
tanış edir və ölkənin gərilikliyini başa düşməyə vadar edirdi. Belə ziyalıların
çoxu öz vəzifəsini bunda görürdü ki, iran xalqlarını Avropanın tərəqqisilə
tanış etsin və onlarda buna oxşar bir inkişafi mümkün edə biləcək hakimiyyət
sistemin yaradılmasına maraq oyatsın. (21)
Icmali olaraq demək olaraq
ki, məşrutə inqilabi ərəfəsində, ingilistan və rusiyanın təsiri nəticəsində
iranda bir-birilə bağlı olan iqtisadi-ictimai, siyasi və dini ünsürlər meydana
gəlib, ənənəvi ictimai ququluşun dəyişilməsinə səbəb oldular. Köhnə icarə
sistemi bu dövrdə bohran vəziyyətinə düşmüşdür və xariclə ticarət nəticəsində
varlanan iri tacirlərin yeni yaranan təbəqəsi bundan həm torpaq sahələrinin
satın alması, həmdə siyasi hakimiyyətin ələ keçirilməsi yolu ilə istifadə
edirdi. Öz maraqlarını daha yaxşı bir siyasi sistemilə təmsil etmək üçün iri
tacirlərə iran əhalısının köməyi lazım idi. Onlar bubun üçün Qacarlar sarayına
qarşı iran xalqlarının ümumi narazılığından istifadə edib və nəhayət özlərinin
iştirakilə məşrutiyyət hərəkatını yaratdılar.
*Bu silsilə məqalələr
keçmişdə Ərəb-Fars əlifbasında yayılıb. Bu əlifbanı bilməyən soydaşların istəyini
nəzərdə alaraq, məqalələr latin əlifbasına keçirilib.
1-Alavi, Bozorg, kämpfendes Iran, Berlin 1955, Səhifə
111
2- Litten,
Wilhelm, Persien von der Penetration pacifique zum Protektorat, Berlin 1920, S.
233
3- Wilson, Arnold, Persia, Letters and Diary of a young political
offizier 1907-1914; London 1942
4-
Gurlew, M.; Das Ringen Rußland une England in Mittel-Asien; Berlin 1904; S. 97
5-Wilber, N, Donald, Iran past and present; New Jersy 1967; S. 78
5-Sykes, Percy, A History of Persiam Volume II, London 1951; S. 370
5-Lenczowski,
Georg; Russia and the West in Iran 1918-1948; New York 1949; S. 76
6-Satripi- Yahrahmadi, Fatollah, Das Problem
der Grundbesitzprobleme in der wirtschaftlichen und politischen Entwicklund des
Irans, Diss. Bonn 1961, Seite 48
7-Lenczowski…. S. 76
8-Litten…. S. 5
8-Greenfeld,
James; Die Verfassung des persischen Staates; Berlin 1914; S. 294
9-
Bager; Momeni; Iran dar astaneye englabe meshrutiyyet; Tehran 1345; S. 11-20
10- Rahim Raisnia, zamineye iqtisadi və ictimai məşrutiyyət iran, Tabriz
1352, S. 11
11-Greenfeld... S. 149-151
12-Bill, James; politics of Iran, Groups, Classes
and Modernization; Columbus, Ohio, 1972; S.9
13-Rahim ... S. 9
14-Tschlinkirian, Archavir; die wirtschaftlichen
und sozialen Ursachen der persischen Revolution in : Die Neue Zeit; II BD. Nr.
33, Stuttgart; S. 203
15- Greenfield... S. 261
16-Keddie, R.Nikki, Religion and Rebellion in Iran;
The Tabacco protest of 1891-1892; Belfast 1966, S. 66
17- Tschlinkrian,
..... S. 65
18- Cottam, Richard; Nationalism in Iran ; Pittsburg 1964, S. 43
19-Cottom, Richard;….S. 43-45
20-Ansari,
Mehrangiz; Die Religiös-politische Entwicklung der Publizistik im Iran und die
Entstehung der freien Presse infolge der Revolution von 1906, Diss. Heidelberg
1953
21-Bill,
James… S. 53-62
No comments:
Post a Comment