Sunday, November 7, 2010

Azəbaycanın Hüdudları !

Azəbaycanın Hüdudları !

Tarix boyu xəta etmiş ata-babalarımızın millət mənafeindən uzaq, Türklük yol xəritəsindən  başqa, bütün körpülərdən geçdiklərinə görədir ki, bugün həqiqətən qara gündəyik. Özəlliklə bütün sahələrdə dünyanın ən geri qalmış ölkəsinə çevrilmiş güney Azərbaycanın düşünürləri, aydınları və gəncləri, bu ağır yaranın acısını daha dərindən duyduqlarına görədir ki, bəzən qurtuluş yolunda aşırı uclara meyillənərək daha təsirli olmaq çabası göstərməkdədirlər.
Geçən günlərdə, sayın Mehran bəy Baharının, Kürdlərin insan haqları təşkilatlarının fəaliyətlərini analiz edərək “Azərbaycan hüdudlarını” tərsim edən dəyərli məqaləsinə, Aydın bəy Türkoğlu adında başqa bir soydaşımızın münasibəti, bu yazını yazmağa bir bəhanə yaratdı. Şübhə yoxdur ki, milli dövləti olmuyan bir xalqın, özünə xas biliyurdu, akademisi, araşdırma qurumları və sayirəsi olmadığına görə milli məsələləri dərindən araşdırıb, həqiqəti ortaya çıxarmasıda çətinləşir. Ancaq, boyunduruğu boynundan söküb atmaq üçün həmin bu əsir millətin içindən bəzən elə fədakar insanlar çıxır ki, tək başına böyük bir akademiyanın bacaramadığı işi başarır. Onun üçündür ki, məncə bu insanlara dəyər verərərk, onların yazdıqlarında bizim bəyənmədiyimiz vəya hətta elmi xəta işləndiyi bir halda da, tənqidlərimizi ədəb və nəzakət daxilində, qardaşcasına ortaya atmağımız, milli hərəkatımızın mənafeini daha yaxşı qorur.

Adını çəkdiyim yazılarda, Qrbi Azərbaycan, Sovuqbulaq, Tikantəpə , Bicar kimi ərazilərə toxunularaq Diyarbəkirin Kürdləşmə prosesinə, Sənəndəc və Kirmanşahın qədim Azərbaycan ərazisi olub-olmadığına görə fikirlər səslənmişdir. Həmən artırmalıyam ki, Diyarbəkirin Kürdləşmə tarixcəsini düzgün qələmə alan sayın Aydın bəyə işarə edərək bildirməliyəm ki, xatirimdə qaldığına görə ora, Qara qoyunlular deyil, aq qoyunluların başkəndi olmuşdur.

Məsələlərə daha aydınlıq gətirmək üçün, bir yandan Azərbaycanın tarixi topraqlarının və ölkə hüdudlarının tərsimi üçün tarixi sənədlərə müraciətlə yanaşı, indiki durumuda düzgün dəyərləndirmək gərəkir.  Bütün milli varlığı əlindən alınmış, tufağı dağılmış, qollarındakı zəncir yaraları ürəyinin ən dərinliklərinə qədər göynədən bir millətin ayıq balaları, ətrafındakı millətləri qışqırtmadan, ağır və güvənli addımlarla irəliləməlidir. Milli haq və hüququndan zərəcə təviz verməmək və milli ərazisini qorumaq şərti ilə siyasət meydanında uğurlu addımlamağıda bacarmalıdır.

Azərbaycanın tarixi topraqları və hüdudları  aşağıda qeyd etdiyim bəzi tarix və tarix-coğrafi kitablarında dərc edilmişdir. Həmən artırmalıyam ki, Azərbaycanın hüdudları təqribən 20- yə yaxın əsil mətinlərdə( orijinal mətin) tərsim edildiyi halda “ İran “ adında bir ölkənin hüdudlarını təyin edən hətta bir sənəd də yoxdur. Artırmaq lazımdır ki, Türkiyə və Pakistan kimi ölkələrində ad və hududlarına bu tarixi metinlərdə rast gəlmək olmaz. Bu isə Azərbaycanın bölgədə ən qədim yurd, ən əski bəlli başlı ölkələrdən biri kimi tarixdə təsbit edildiyindən xəbər verməkdədir.

1- Hicretdn təqribən 200 il sonra “ Məhəmməd cəriri Təbəri” tərəfindən qələmə alınmış Tarixi Teberi, Azərbaycanın hududlarını  Dağıstandan –Dağıstana  yəni 500 min Km2  bəyan etmişdir. Azərbaycanın cənubunda yerləşən Dağıstan vəya kühistan bugünkü Lorustan dağlarına deyilmişdir. Təqribən 200 il öncə Osmanlı impiratorluğunda yazılmış bir coğrafi əsərdə bu kühistana İran adı verilmişdir. Azərbaycanın hududlarını tərsim edən və ən qədim yazılı sənəd olan bu əsərə istinadən, Qafqaz Dağıstanı hərkəsə məlum olduğuna görə bu iki ölkə arasında yerləşən ərazi, o cümlədən “İraqi Əcəm” deyilən bugünkü “Ərak” bölgəsi də Azərbaycanın tarixi topraqlarına daxildir.

2- Hicri Qəməri 267 də “İbni Hoqəl” Surətülərz – də, Azərbaycani Dağıstan, Deyləm, İraqi Əcəm və Cəzirə yazır. Aydın olduğu kimi cəzirə deyilən bölgə, firat və Dəclə arasındakı əraziyə deyilmişdir. Həmin sənədə və daha əski çağlardakı matiryallara  istinadən, Şumali Azərbaycanda “ Bütöv Azərbaycan “ xəritəsi, Kəngər körfəsinə qədər uzanmışdır. Şumali azərbaycanlıların İraq Türkmənləri, özəlliklə Kərkük Türkləri ilə yaxın əlaqələrinin bir səbəbi, BƏS hakimiyəti ilə SSSR-i arasındakı yaxın ilişgilər olsada, onları azərbaycanlı saydıqlarına görə daha da dərinləşmişdir. Bu arada rəhmətlik Dr. Zehtabi iraqda çalışarkən, o bölgələrdə yaşıyan Bayat Türklərinə  işarəsi və bu boyların İlam və Şuş şəhərindən başlamasını vurqulaması, bu düşüncəyə böyük təsir buraxmışdır. Deyləm deyilən Ərazi, bugünkü Gilan vilayətinin şərqinə işarə olduğuna görə xəzər denizinin güneyində Azərbaycanın hududlarının Ənzəli bölgəsindən başlandığı bu sənəddə göstərilmişdir.

3- Hicri qəməri 240-da “İstəxri”  Məsalikülməmalik də, Azərbaycanın, İraqi Əcəm və Cəzirədən, başlandığını yazır.

4- Hicri qəməri 278 də,Əlbələdanda “Əhmədibni Əbu Yəqub” Azərbaycanın Zəncandan başladığını yazır.

5- Hicri qəmqri  372-də , Müəllifi naməlum olan “Hudulaləmdə” Azerbaycan , Gilan, Xəzər, Rum və Sərir, İraqi Əcəm və Cəzirədən ibarətdir yazır.

Göründüyü kimi, 11-ci əsrə qaədər Azərbaycanın hududlarını tərsim edənlər, əski Azərbaycan dövlətlərinin, o cümlədən Mad dövlətinin  hakim olduğu bölgələrdən söz açmaqdadırlar. Bu hadisənin səbəbini, İslam tarixçisi olan Təbərinin, dini kitablara dayanaraq, islam öncəsi bəzi qaynaqlar və ehtimalən xalqların ağızdan ağıza yaşatdığı hikayələrdən aldığı ilhamlarda axdarmaq doğru bir fikir sayıla bilər. Şübhə yoxdur ki, islamın genişlənməsi ilə Rum bəlgələrinində bu tarixçiliyə təsiri böyük olmuşdur. “Hududualəmdə” toxunulan “Xəzər” və “Rum” vilayətlərinin yanında “Sərir”-dən aparılan ad, bu inkişafın nəticəsində olsa gərək. Ancaq aşağıda toxunacağım iki sənədə diqqət edilirsə “ Səlcuq” impiraturluğu qurulandan sonra müxtəlif səbəblərə görə, o cümlədən bu böyük dövlətin çeşitli bölgələrində qurulan “ mərkəzə tabe” hakimiyətlərin höküm sürdüyü ərazilər təsir göstərmişdir.

6- Hicri Qəməri 628- də  “İbnil Əsir” Əl kamil fil Traixdə, Azərbaycanın Rey mülkündən başlandığını yazır. Baxmıyaraq ki, Dağıstandan- Dağıstana edilən tərifdə “Rey” başqa sözlə “Tehran” bu çərçivəyə düşməkdədir. Ancaq o vaxta qədər “Rey” mülkününü Azərbaycana daxil olduğunu yazan bir müəllif yoxdur. Səlcuqluların başkəndi sayılan “Rey” və sonradan Azərbaycanda hakim olan  “ Atabəylər” “ Aq qoyunlular” “ Qara qyunlular” və bunlara bənziyən irili xırdalı Türk dövlətlərinin ərazi hududlarının, tarixi – coğrafi mənbələrində təsiri inkar edilməzdir.

7- Hicri Qəməri 740 –da Nəzhətulqlubda “Həmdullah Mustofi” Azərbaycanın Həmədandan başladığını yazır.                                                                                           
Bu və buna bənzər tarixi metnlərin çoxunda, Azərbaycan şəhirlərinin adlarını qələmə alan yazarlar,  Təbriz, Ərdəbil, Gəncə, Bərdə, Naxcüvan və marağa kimi adlrın yanında, bəzən bölgələrdən də ad aparıblar. Bu bölgələrin içinə, Ərməniyə, Rum və Sərir kimi adların daxilində, son zamanlar “ Aran” adı da görünməkdədir. Beləki, Hatif Təbrizi yazır” Aran Vilayəti minəl Azərbaycan”. Bu qonunu İrəvanın Azərbaycan topraqları olduğuna görə açmadım. Çünki, çeşitli sənəd və səyahətnamələrdə İrəvanın bir Türk şəhəri olduğu rəqəmlərlə qeyd edilmişdir.

19-cü əsrin əvvəllərində Azərbaycan- Rus müharibələrində “ İrəvanın” Abbas Mirzə qoşununa böyük bir qala olduğu, hətta Rusların, Gürcüstandan oraya hücum etmə planları hamıya aydındır. Rəhmətlik Səməd Bəy Sərdari Niya” İrəvan bir Müsəlman Şəhəri” əsərində bu faktlara geniş toxunaraq onu elmi araşdırdığına görə bu barədə çox yazıb,  vaxt almaq düzgün sayılmaz. Yuxarıda qeyd etdiyim “bölgələr” məsələsi ona görə önəmlidir ki, Rum, Cəzirə vəya Xəzər deyilən zaman, söhbət , Diyarbəkir, Kərkük, Gürcüstan və Dərbəndən mi gedir, yoxsa Dağıstandan-Dağıstana tərifində yerləşən bütün ərazilərdən. Şübhə yoxdur ki, bu tarixi sənədlərə diqqət yetirəndə Sənəndəc və Kirmanşah kimi əraziləri Azərbaycanın tarixi topraqlarında göstərən dəyərli araşdırmaçımıza elmi olaraq irad tutmaq mümkün deyil. Ancaq, indiki siyasi şəraitdə bunun fayda və ziyanlarını düzgün tərəzidə ölçmək gərəkməkdədir.

Elmi araşdırmadan söz gedərkən tarixi mətnlərin incələnməsi nəzərdə tutlduğuna görə təqribən 215 il öncə “Bütöv Azərbaycan” dövləti yaratmaq üçün fəaliyət göstərən Urmu xanı “ Məhəmməd Qulixan Afşarın” çağırısı ilə “Təbriz qurultayında” iştirak edən Azərbaycan xanlıqlarının siyahisi, o zaman bu hududların xəttini çəkməkdə yardımçı ola bilər.

Urmu xanı Məhəmməd Quluxan Əfşarın katibi, əslən cənubi Azərbaycanın Xoy şəhərindən   olan “Mustafa Səidabadının” o dövürdə Azərbaycanda baş verən hadisələri özünün gündəlik yaddaşlarından çıxarıb bir kitab halinə gətirməsi hamımıza məlumdur.

Mustafa Səidabadi 1172 hicri qəməridə (1758/1759) Xoyda doğulub. 1782-də Urmu xanı Məhəmməd Qulixan Əfşarın “Bütöv Azərbaycan dövləti” yaratmaq fikri ilə qurduğu      “ Urmu xanlığı” Əfşar hökümətində (1781/1798) katib işləmişdir. Mustofi (katib) işlədiyi sarayda gözləri ilə gördüyü hadisələri, iştirakçısı olduğu olayları və ya eşitdiyi xəbərləri bir araya toplayıb, bu kitabı yazmağa başlayıb, nəhayət 1823-də onu sona çatdırıb.
Kitabın 139-cu səhifəsində Xudafərin qurultayından (1201 hicri qəməri-1786/87 miladi) bəhs edən müəllif, 296-306-cı səhifələrində “Ağa Məhəmməd Şahın” ölümündən sonra(1211 hicri qəməri-1796/97 miladi) bütün Azərbaycanda milli hökümət yaratmaq üçün Təbriz qurultayından bəhs edərkən yazır: “Daha öncə Azərbaycanın böyük qurultayında(Xudafərin qurultayı) təyin olunmuş idarə heyətindən Məhəmməd Quluxan, İbrahim xan Cavanşir, Sadiq xan Şəqaqi, Hüseynqulu xan Dünbili, Cəfərqulu xan Dünbili, Xoyun dağ bağında bir iclas keçirərək, Azərbaycanda milli dövlət qurmaq üçün Təbrizdə bütün xanlıqların iştirakı ilə qurultay keçirmək qərarına gəlirlər.”
Müəllif Mustafa Səidabadi bu qurultay haqqında yazır:

“Bu qurultayda Azərbaycanı idarə etmək üçün idarə heyəti və onun sədrinin seçilməsi qarşıya məqsəd qoyulmuşdur. Mən bu iclasın əhəmiyyətini nəzərdə alaraq onun  tarixdə qalması üçün iştirakçılarının adını və tutduğu vəzifələri bir-bir qeyd edirəm”.

1-    Məhəmməd Quluxan Əfşar – Urmu xanı, bütöv Azərbaycan sərdarı, rəyasət heyətinin üzvü.  Aydındır ki, o zaman hələ Azərbaycan parçalanmadığına görə, kitabda “bütöv Azərbaycan” deyil, sadəcə “Azərbaycan” ifadəsi işlənmişdir.

2-    Hüseyn Quluxan Dünbili – Təbriz hökmranı, rəyasət heyətinin üzvü.

3-    Sadiq xan Şəqaqi – Ərdəbil hökmranı, rəyasət heyətinin üzvü.

4-    Cəfər Quluxan Şəqaqi – Xoy hökmranı, rəyasət heyətinin üzvü.

5-    İbrahim Xəlilxan – Qarabağ hökmranı, rəyasət heyətinin üzvü.

6-    Əhməd xan Marağayi - rəyasət heyətinin üzvü.

7-    İbraim Ağayi Mikri - Soyuqbulaq  hökmranı, rəyasət heyətinin üzvü.

8-    Mahmud xan Əmir Əfşar – Sayınqala hökmranı, rəyasət heyətinin üzvü.

9-    Hüseyn xan Badukubə - Bakı hökmranı, rəyasət heyətinin üzvü.

10-    Məhəmməd xan İrəvani – İrəvan hökmranı, rəyasət heyətinin üzvü.

11-    Cəfər xan Şəqaqi – Qaradağ hökmranı, rəyasət heyətinin üzvü.

12-    Mustafa xan – Şirvan hökmranı, rəyasət heyətinin üzvü.

13-    Əfrasiyab sultan Zərza – Üşnü hökmranı, rəyasət heyətinin üzvü.

14-    Qəmi Ağayi – Əşairlər əmiri, rəyasət heyətinin üzvü.

15-    Ərgil xan – Gürcüstan valisi, rəyasət heyətinin üzvü.

16-    Cavad xan Gəncəyi – Gəncə hökmranı, rəyasət heyətinin üzvü.

17-    Abbasqulu xan Qanlıqılınc – Naxçıvan hökmranı, rəyasət heyətinin üzvü.

18-    Əta xan Sərabi –Sərab hökmranı, rəyasət heyətinin üzvü.

Bunlardan başqa, rəyasət heyətinin üzvü olmayan 12 nəfər qoşun başçıları bir də katib kimi mən o qurultayda iştirak edirdim.”
O davam edir: “Bu qurultayda milli hökümətin ən ədalətli (demokratik), kəskin və doğru qərarları qəbul edildi. 18 nəfərdən 7 nəfəri yeni rəyasət heyətinə seçildi, səs birliyi ilə Məhəmməd Quluxan Əfşar ali rəyasət heyətinin sədri və Azərbaycan qoşununun başçısı təyin edildi. Azərbaycanda Dərbənd Dəmirqapıdan – Sənəndəcə qədər, İrəvandan Qəzvinə qədər milli birlik yarandı. Bütün xanlıqların qoşunlarının birləşməsi ilə milli ordu, Fətəli şahın Azərbaycana hücumunun qarşısını almaq üçün Tehrana tərəf yola düşdü və Qəzvinlə Tehran arasındakı “Soyuqbulaq” yaxınlığında Fətəli şahın ordusun məğlub etdi.

Göründüyü kimi bütün əski ölkələrdə olduğu kimi Azərbaycanın hududları da zamanın siyasi durumu və hakimiyətlərin genişlik vəya darısqallığı ilə deyişmişdir. Buda aydındır ki, Azərbaycan, özəlliklə qollarındakı zəncir yaralarından ürəyi sızıldıyan Güney Azərbaycan, ətraf millətləri özünə qarşı qoyacaq siyasətlərdən uzaq olmalıdır. Bununda ən doğru yolu, Azərbaycanın tarixi hududları daxilində yaşıyan bütün az sayılı xalqların, dil,mədəniyət və milli varlıqlarının qorunacağına güvənli inam yaratmaqdır. Bunuda inkar etmək olmaz ki, təəssüflə topraqlarımıza göz tikən qonşularımızda az deyil. Elmi araşdırmaların yanında düzgün siyasət güdərərək, ərazimizin toxunulmazlığını təmin etmək üçün bütün gücümüzdən istifadə edəcəyimizi aydınca bəyan etməliyik.

Bütün bunları nəzərdə alaraq, dilçi olmasamda “ Cənubi Azərbaycanda Türk ləcələri”ni bəhanə edərək həmin ad altında 1997-də bir məqalə yazdım. Bu məqalə Bakıda “ədəbiyat qazetinin” 22.06.1997 tarixli sayında və ondan sonra Urmuda “Nəvidi Azərbaycan” Təbrizdə “ Məhdi Azadi” qazetlərində, Sveçdə “Tribun” və İstanbulda”Türk dünyası” jurnallarında dərc olunduğuna görə məzmunundan danışmaq istəmirəm. Ancaq, bu yazını bəhanə edərək əslində “ Güney Azərbaycanda “ Türklərin qopuqsuz yaşadığı əraziləri tarixi sənədlərin göstərdiyi hududlarla müqayisə üçün yazıb, ona bir xəritədə tənzim etmişdim. O xəritəni bu məqalənin sonuna artıraraq, tarixi topraqlarımız haqqında bir fikir vermək üçün maraqlananlara təqdim edirəm.

Həmən artırmalıyam ki, ondan bir neçə il sonra dəyərli araşdırmaçı “Dilmac” jurnalının məsul müdiri cənab məhəndis Əlirza bəy Sərrafı da bu haqda 15 səhifəlik bir bültən hazırlıyaraq, bir xəritə ilə  oxuçulara təqdim etdi ki, həddindən artıq faydalı oldu.
  Bir məsələyə toxunmadan geçmək, məqalənin əsas məqsədinə çatmağına əngəl törədər. Yuxarıda adını çəkdiyim “ Cənubi Azərbaycanda Türk ləhcələri” məqaləsini yazmaq üçün islam inqilabından sonra Güney Azərbaycanın tarixi ərazisini, təqribən, addım- addım, kənd-kənd gəzməklə birlkdə, dəyərli Varlıq jurnalının Ərak və Sunqur-Qurvə ləhcələri barədə apardığı araşdırmadan geniş istifadə olmuşdur. Ekdəki xəritənin cənub-qərb xəttinin ölçülməsində, Sovuqbulaq- Səqqiz- Sənəndəc-Kirmanşah caddəsinə diqqət yetirilməldir. Bu caddənin Şumal bölməsində, qısa fasiləyə qədər, Türk və Kürd kəndləri qonşu olsalarda, az fasilədən sonra təmamən Türkləşir. Hətta Sənəndəc-Bicar yolunda, Sənəndəcin təqribən 4 km-liyində yrləşən “Deh Golan” kəndindən, Türk kəndləri başlandığı kimi, həm “kamiyaran” həmdə Kəngavər- Əsədabad arasından “Qurvəyə” ayrılan dağ yollarında da bu sıxlıq hakimdir.
 

Böyük Rəsuloğlu
http://az.millishura.com
--
ياشاسين آذربايجان



No comments:

Post a Comment