محمد تمدن 1267گونش ايلي اورمودا آنادان اولوب. محمدين تحصيل دوروموندان خبريميز يوخدور ، بلكه مقدماتي تحصيلي آتاسي يانيندا آالميش اولا بيلر. مرحوم تمدنين آتاسي حاجي آقا اورمو شهرينده ايلك كيتاب ساتيش دوكانين آچان كيشيدير. محمد تمدن آتاسينين دوكانينا بيرده چاپخانا عيلاوه اتميشدير. مرحوم تمدن حبل المتين گونده ليگينين اورمودا نوماينده سي و اله بو گونده ليگين يازارلاريندا بيريدي.
مرحوم تمدن اورمو نون پهلوي ( امام ) خياوانينين چكيلمه سينده اله جه اورمو يتيم خاناسي و قيزيل آي پارا جمعيتينين قورولماسيندا موهوم رول اويناميشدير.
مرحوم تمدن دان فارسجا اثرلر بونلاردير:
طرزي افشارين ديوانينين تصحيحي ، محرم نامه و نوروز نامه ، ايران در جنگ بين الملل اول(تاريخ رضائيه )، تذكره بزرگان و سخنسرايان آزربايجان غربي(باتي آزه ربايجان شاعيرلر تذكره سي) ، يوسف و زوليخا دستاني و تورك ديلينده اوشاقلار اوچون اون بش حيكايت .
مرحوم تمدن سياسي و اجتماعي دورومدان با خبر بير كيمسه اولاراق تانينميش بير سيما يدي. او مرحومون آدينا اورمونون ايالت محلله سينده اينديكي دارايي ايداره سينين اوز به اوزونده بير كوچه واردير.
مرحوم تمدنين اورمو يا اورميه آدينين ايضاحيندا تاريخ رضائيه ده بله يازير:
اورمو شهري آصلينده روم سرحدلرينده اولان بير شهر اولاراق ساواشلاردا روم (بيزانس لار) اسيرلرينين توپلانديقي مكانيميش و چون تورك ديلينده "ر" حرفي سوزجوكلرين اولينده گله بيلمز "ا"حرفي روميه يعني روم اسيرلرينين توپلانديقي و زينداني اولدوقو مكانين اولينه گليب و روميه ، اورميه يا اورمو تلفظ اولونور. او ها بله عيلاوه ادير كي اورمو شهرين آسوروجا سو شهري آدلانديرماسي يالنيش و سياسي منفعتلره باغلي اولان بير فرضيه دير. محمد تمدن 1356گونش ايلي اورمو شهرينده دونياسين دييشديرميشدير.
Urmudan gələn ışıqlar – Məhəmməd Təmədon
Məhəmməd Təmədon 1267günş ılı Urmuda anadan olub . Məhəmmədin təhsil durumundan xəbərimiz yoxdur , bəlkə moqədəmatı təhsili atası yanında almış ola bilər Məhəmməd Təmədon in atası Hacı aqa Urmu şəhrində ilk kitab satış dukanın açan kişidir . Məhəmməd Təmədon atasının dukanına birdə çapxana əlavə Etmışdır . Məhəmməd Təmədon həblolmətın günədliginin Urmuda nümayəndəsi və elə bu günədligin yazarlarından biridi . Məhəmməd Təmədon Urmunün pəhləvi ( Imam ) xıavanının çəkilməsində eləcə Urmu yetimxanası və qızıl aypara cəmiətinin qurulmasında mühüm rol oynamışdır . Məhəmməd Təmədon dan farsca əsərlər bunlardır: Tərzi əfşarın dıvanının təshihi , məhərrəm namə və nürüz namə , ıran dər cəng beinolmeləl ( Urmo tarixi ) , təzkreye bozorgan və soxənsorayan Azərbaycan qərbi ( batı Azərəbaycan şairlər təzkərəsi ) , Yüsof və zuleıxa dəstanı və türk dilində oşaqlar üçün on bəş hıkayət . Məhəmməd Təmədon siyasi və ictmaı durumdan baxəbr bir kimsə olaraq tanınmış bir sımaydi . O mərhumun adına Urmunun əyalət məhəlləsində ındıkı darayı idarəsinin oz bə ozündə bir küçə vardır . mərhum Təmədonin Urmu adının izahında tarix rızaeyə də belə yazır: Urmu şəhəri aslində rüm serhədi olan bir şəhər olaraq savaşlarda rüm ( bızanslar ) əsırlərının toplandıqı məkanımış və çün türk dilində " r " hərfi süzcüklərin əvəlində gələ bilməz " o " hərfi rümiə yəәni rüm əsırlərının tuplandıqı və zındanı olduqu məkanın əvəlinə gəlib və rümiə , Ourumiə ya Urmu tələfoz olunur . Təmədon ha belə ilavə edır ki Urmu şəhərin asuruca sü şəhri adlandırması yalnış və siyasi mənfəətlərə bağlı olan bir fərziə dir . Məhəmməd Təmədon 1356günəş ılı Urmu şəhərində dünyasın dəyişdirmişdir .
No comments:
Post a Comment