Sunday, November 14, 2010

Damğa

  • Damgalar
türk tarixi baxımından son dərəcə önəmli bəlgələrdir. Çünki damgalar hələ türklərdə yazının olmadığı zamanlarda meydana gəlib. O gündən bu günə qədər türk grupları tərəfındən bir simvol olarak işlədilib.Ayrıca bu damgaların bəziləri türklərin ilk əlifbası olan Runik əlifbanın bəzi hərflərini meydana gətirib. Türk adının yazılı olduğu günümüzdəki ən qədim bəlgə olan orxon abidələri də Runik əlifbayla yazılıb.
Qədim türklərin xalı, kilim, məzar daşı kimi əsərlərdə vurduqları damgalar, bəzən hərf, bəzən simvol, bəzən ornament, bəzən də bir sirr olaraq bizə gəlib çatıb.Bu damgaların bir özəlliyi də Amerika hindlilərinin Bering boğazından keçərək Amerikaya köç edən ilk türklər və ya asyalılar olduqlarını müdafiə edən elm adamların qənaətinə görə ən önəmli sübut olaraq ortaya çıxarılır. Gerçəkdən də qızıldərililərin adət-ənənələri və işlətdikləri damgalar əski türk mədəniyyəti ilə önəmli ölçüdə çarpazlaşır, üst-üstə düşür. Simvollar xalqların mədəniyyətində çox önəmli olan nişanlardır. Xüsusilə türklər üçün simvollar, həm bir müstəqillik, həm də bir bəzək və sənət əşyası olmasının fövqündə duran mifoloji özəlliklərə sahibdir. Məsələn, türklərin yaradılış dəstanlarından olan “Oğuz xaqan dastanı”nda da türklərin 24 boydan meydana gəldiyi anladılır. Ayrıca 24 Oğuz boyunun damgaları ya olduğu kimi ya da qismən dəyişərək başqa türk xalqları tərəfindən işlədilib.

No comments:

Post a Comment