Unudulmuş böyük kəşflər
Pərviz Elay
Doğu Hunların metal pulları XX əsrin 90-cı illərində ümumtürk tarix elmində diqqətdən yayınmış bir elmi kəşf oldu. Tatar alimi, Qazan universitetinin professoru, tanınmış türkoloq A.Q. Muhamadiyevin “Turan yazısı” adlı məqaləsi “Tatar xalqının linqoetnotarixi problemləri” dərgisində (Qazan, 1995, səh. 36-83, rusca) dərc edildi. Məqalənin toxunduğu mövzu dar sahəyə aid olsa da onun ümumtürk tarixi üçün əhəmiyyəti ölçülməzdir. Bəlkə də, tatar alimi öz kəşfinin türkoloji elm üçün əhəmiyyətini heç özü də tam görə bilməmişdir.
Bu məqalədə tatar professoru Orta Asiya və Tatarstan ərazisindən tapılmış və e.ə. 2-ci əsrdən Göktürk xaqanlığınadək tarixi dövrlərə aid olan metal pullar üzərindəki yazıların əski türkcə olduğunu və bu pulların Şərqi Hun (Eftal-Arsaq) xaqanlığına mənsubluğunu isbat etmişdi. Məsələ ondadır ki, e.ə. 4 əsrdə Makedoniyalı İsgəndərin Hindistana qədər tutduğu Mərkəzi Asiya əraziləri yunan (ellin) mədəniyyəti çevrəsinə daxil olmuşdu. Həyatın bir çox sahələri kimi pul dövriyyəsində də yerli Asiya şəhər-dövlətləri qədim yunanların nailiyyətlərini qəbul etmişdilər. Farsköklü sayılan (bu məsələ indiyədək mübahisəlidir- P.E.) Baktriya, Səgdək şəhər sivilizasiyaları da yunanları təqlid edərək tetradraxma tipli metal pullar kəsməyə başlamış və bu pullar üzərində arami köklü səgdək əlifbası ilə yazılar vermişlər. Amma tarixdən bəllidir ki, e.ə. 2-ci əsrdən bu ərazilər Şərqi Hunların bir qolu olan Eftalların (Arsaqların) idarəsinə keçmişdir. Bu dövrdən etibarən yerli pullar üzərində yazılar səgdək əlifbasını xatırlatsa da, onları fars dillərində oxumaq mümkün deyildi. Bir çox anti-türk yönümlü alimlər bunu pul kəsənlərin öz işlərinə naşı yanaşması, pul kəsmək üçün qəliblərin kobudluğu ucbatından səgdək hərflərinin oxunmaz hala düşməsi ilə izah edirdilər. On ildən çox bir müddətdə bu tip pulları tədqiq etmiş professor A.Q. Muhamadiyev isə, anti-türk yönümlü alimlərin qəzəbinə səbəb olmuş sonucları əldə etdi.
Tədqiqatın ikinci ən böyük kəşfi bu oldu ki, qədim türk run yazısının mənşəyi barədə mövcud qərəzli konsepsiya laxladı. Belə ki, vaxtilə əski türk run əlifbasını oxumuş Tomsen də belə bir səhv qənaətdə idi ki, türk runikası farsköklü səgdək əlifbasından götürülmüşdü. Lakin Tomsen bunu ehtimal edirdisə, sovet və Qərbin anti-türk yönlü alimləri bu fikrin ehtimal yox, tarixi həqiqət olduğunu sübut etməyə cəhd edirdilər. Hətta, onlar israr edirdilər ki, “vəhşi köçərilər” olan türklər “mədəni” farsköklü səgdəklərdən əlifbanı hun dövründə yox, daha gec, Göktürk dövründə əxz etmişlər (Tolstov, Livşits). Məhz, A.Q. Muhamadiyevin tədqiqatları Altay Amonjolova və Kızlasova imkan verdi ki, yeni əsaslandırılmış konsepsiyanı ortaya qoysunlar.Bu alimlərə görə, səgdək əlifbası əski türk əlifbasına yalnız təsir edə bilərdi, əski türk əlifbsı isə, daha qədim olmuş (Kızlasova görə hətta dəmir dövründən önə gedib çıxırdı), əski türk damğaları və sami əlifba sistemi ilə birbaşa bağlı imiş. Yəni, türk runikası ən azı, arami əlifbasının təsiri altda, ən çoxu isə, tuncun sonu, dəmir dövrünün əvvəllərində arami əlifbası ilə eyniköklü olmuş şimal-şərqi sami yazılarının bir qolunun təqlidindən törənmişdir. Bu konsepsiya isə, ilkin türklüyün ən azı, Qərbi Asiya (Ön Asiya) köklü olması fikrinə yeni bir dəlil demək idi. Qəribə deyil ki, çağdaş rus (məsələn, Klyaştornıy), erməni, tacik, Avropa anti-türk yönümlü türkoloqları A.Q. Muhamadiyevin, A. Amonjolovun, Kızlasovun üzərinə indiyədək hiddətlənirlər.
A.Q. Muhamadiyevin üçüncü ən böyük kəşfi isə, bu hun pullarının üzərində, tarix elmində ilk dəfə hunların özlərini necə adlandırmasını kəşf etməsi idi. Məsələ ondadır ki, hunların tarixdə məlum bütün ad variantları (“hun”, “hunq-hu”, “hyun-nu”, “syun-nu”, “qunn” ) kənar millətlərin onlara verdikləri, təhrif edilmiş adlar idi. Xorəzm pulları üzərində oxuduğu yazılarda bu tatar alimi hunların özlərini “hunuk”, “xunuq”, “qunuk” kimi adlandırmasını göstərir. Əgər Muhamadiyev bir qədər bu məsələ üzərində diqqətini cəmləsə idi, birincisi o, bu pullarda yazıların məhz, türkcə olduğu barədə daha bir əsas əldə etdiyini anlayardı. İkincisi isə, onun bu kəşfi hələ 1924-cü ildə Sədri Məqsudi Arsal tərəfindən Hun, Göytürk imperiyalarının məhz “oğuz /oğur” tayfa birliklərindən yaranması barədə fikri ilə necə də səsləşdiyini kəşf etmiş olardı.
“Oğuzlar” türk idi, yoxsa “türklər” oğuz idilər?
1924 –cü il 11 yanvar tarixində Parisdə “Asiya Cəmiyyəti” ( Societe Asiatique ) adlı mötəbər elmi qurumun növbəti yığıncağında yeni Türkiyənin diplomatı, əslən tatar olan tarixçi və türkoloq Sədri Məqsudi Arsalın “oğuz / oğur” boyadının təhlilinə aid məruzəsi dinlənildi.
Fransız, belçikalı şərqşünas alimlər onun bu məruzəsini müsbət qiymətləndirdilər və bu məruzə məqalə şəklində bu cəmiyyətin elmi orqanı olan “Asiya Jurnalının” («Journal Asiatique ») mart sayında dərc olundu. Altı aydan sonra isə türkologiya elminin banilərindən biri V.Tomsen “Alman Şərq Cəmiyyəti” adlı elmi qurumun jurnalındakı Orxon-Yenisey mətnlərinin təhlilinə aid məqaləsində S.M. Arsaldan ayrıca olaraq onun kəşfini təkrarlayaraq, bir daha bu türk diplomatın düzgün sonuclar çıxardığını təsdiqlədi. Öncə S.M. Arsalın, daha sonra isə V. Tomsenin türk tarixi üçün etdiyi eyni kəşf nədən ibarət olmuşdu?
S.M. Arsal göstərirdi ki, 454-cü ildə Batı Hun xaqanlığı dağıldıqda onun yerində “oğur”, “sarı oğur”, “on oğur”, “utur oğur”, “kutur oğur” adlı iri tayfa-dövlət birlikləri yarandı. Bu adlarda ilk yerdə gələn sözlər ya müəyyən əlaməti (“sarı”, “kutur / quduz”, ) və ya sayı (“on”, “utur / otuz”) bildirirdi. Bu adlarda ikinci söz isə, Batı türk dillərində “R” səsinin “Z” səsinə və əksinə keçməsini (“r ~ z / z ~ r” rotasiya qanunu) göstərdiyindən, “oğur” sözü sadəcə “oğuz” sözünün bir variantı kimi qəbul edilməlidir. Eynilə də, S.M. Arsal göstərirdi ki, Doğu Hun imperiyasının dağılmasından yaranan tayfa dövlətlərin, həmçinin, daha gec dövrdə Göktürk xaqanlığının yaranmasında əsas rol oynamış tayfa birliklərinin adında “oğuz” sözünün (“on oğuz”, “doqquz oğuz”, “altı oğuz”, “oğuz yabqu”, “üç oğuz”, “dış oğuz”, “altı oğuz”, “qırx oğuz / qırğız”, “dörd oğuz / tatar”) müstəsna yeri var. Beləliklə, aydın olur ki, istər Hun, istər Göktürk, istərsə də digər türk xaqanlıqlarını “oğuz / oğur” adlı iri türk tayfa birlikləri yaradırdı və bu xaqanlıqlar da dağıldıqda yenə bu adı daşıyan birliklərə parçalanırdı.

Həm XX əsrdə, həm də indiki tarix və türkoloji elmdə səhv (və ya qərəzli) bir təsəvvür var ki, guya “oğuz” (“oğur”) adlı tayfalar tarixi türk dünyasında ayrıca bir boylar olmuşlar. Əslində isə, hər iki alim ayrılıqda göstərirdilər ki, “oğuz / oğur” sözündəki “oğ “ hissəsi ulu türkcədə “ox”, “bölüm”, “çıxıntı”, “törənti”, (“oğlan”,“oğul” sözlərini xatırlayaq) demək idisə, “-uz / -ur” isə, “-lar, -lər” kimi cəm şəkilçisi olmuşlar. Sonralar bu söz əvvəlcə daha geniş mənada “dövlət-el”, daha gec isə, yalnız hansısa bir tayfanın adı mənasında işlənilməyə başladı.
A.Q. Muhamadiyevin Doğu Hun və Göktürk xaqanlıqları dövründə kəsilmiş metal pullar üzərində oxuduğu yazılardan aydın olur ki, hunlar özlərini “hunuk”, “xunuk”, “qunuk” adlandırmışlar (türk dillərində “h ~ x ~ k ~ q” səs keçidləri türkologiyadan bəllidir) . A.Q. Muhamadiyevin heç özü də bilmədən elə bir kəşf etdi ki, bu kəşf həm S.M. Arsal, həm V. Tomsenin kəşfləri, həm də tarixi faktlarla üst-üstə düşürdü. Belə ki, S.M. Arsal və V. Tomsenə görə, Hun imperiyasını yaradan tayfa birlikləri ulu türkcədə “oğuz / oğur” adlanırdı. Rəşidəddinin “Oğuznaməsində” isə, bu tayfa birliyinə (“oğuz / oğur”) daxil tayfalardan biri “Qınıq” kimi göstərilmiş və onun bu sistemdə yeri əlahiddə olmuşdu. Tarixi mənbələr göstərir ki, Hun imperiyasının varisləri olan Xəzər, Aralətrafı “Oğuz Yabqu” və Səlcuq imperiyalarının hakim sülaləsi də “Qınıq” boyundan olmuşlar. Hətta Alparslan Səlcuqlu ərəb xəlifəsinə Reydən yazdığı məktubunda “Qınıq” boyundan olmasına işarə verir və nəslini “hunların hakimi” adlandırırdı.
Bütün bunlardan ulu türk tarixi üçün ölçülməz sonuclar əldə olunur:
1) A.Q. Muhamadiyevin Hunlardan Göktürklərə qədər Orta Asiyada kəsilmiş dəmir pullar üzərində yazıların türk dilində və soqd yox, türk (“run”) əlifbası ilə yazıldığı fikri bir daha təsdiq olunur. Həmçinin, aydın olur ki, türk sivilizasiyasında əlifba eramızdan əvvəlki dövrlərdə işlədilirdi. Bu fakt isə, Andronovo arxeoloji kulturu ilə bağlı “saklara” aid olan İssık kurqanından aşkar edilmiş gümüş cam üzərindəki yazının məhz türkcə olduğu fikrinə daha bir məntiqi təsdiq gətirir.
2) Rəşidəddinin “Oğuznaməsi” hansısa bir ayrıca, yanlış olaraq bir türk boyunun (məsələn, Aralətrafı “Oğuz Yabqu” elinin) quruluş sistemi və yarıməfsanəvi tarixi barədə yox, bütövlükdə bu gün “türk”, “türksoylu” adlandırdığımız linqvistik irq barədə məlumat daşıyırmış.
Eləcə də, “Kitabi- Dədə Qorqud” eposunda “Oğuz” hansısa bir tayfa və ya soy barədə anlayış olmamışdı. Bu eposda “Oğuz” məvhumu müxtəlif qohum dilli və köklü (bu gün “türk” adlandırdığımız) boyların birləşib yaratdığı siyasi-coğrafi sistem, dövlət mənasında çıxış edir. Ona görə bu eposun qəhrəmanları özlərini müxtəlif boya mənsubiyyətlə təqdim edir, “Oğuza dönmək”, “Oğuza getmək” (yəni, “Oğuz” adlı dövlətə, etno-siyasi əraziyə dönmək, qayıtmaq) kimi ifadələr işlədirlər. Bu eposun müxtəlif versiyalarında “türk” sözünə ya heç rast gəlinmir, ya da bu sözün işlədilməsi çox nadirdir.
3) Aydın olur ki, ən azı, e.ə. I minilliyin ortalarında Doğu Asiyadakı “oğuzlarda” (“tayfalarda”) siyasi hakimiyyəti “Qınıq” boyundan olan aristokratik zümrə götürmüş, bu ad bütün “oğuzlara” (“tayfalara”) şamil edilmişdi. Tou-man, Mao-tun (Duman, Mete), daha sonralar Attila kimi xaqanlar, Xəzər, Aralətrafı “Oğuz Yabqu” və Səlcuqlu xanədanları bu sülalədən olmuşlar. Yad soylu tarixi mənbəələr isə, “Qınıq” adını təhrifdə “hun”, “qun”, “xunnu” və s. kimi qeyd etmişlər.
Sözsüz ki, bu cür kəşf indiyədək türkoloji elmdə səhvən və ya qərəzlə özünə yer etmiş bir çox yanlış anlayışları yerindən çürük kötüklər kimi oynatdı. Bu səhv anlayışlardan əl çəkə bilməyən tarix sevərlərdə bir çox cavabsız suallar yaranmışdır. Məsələn, əgər indi “türk” soyları kimi tanıdığımız linqvistik irqin tarixi adı “oğuz” (“oğur”) idisə, “türk” adı necə meydana çıxdı?
“Türk” sözü nə anlayışda işlənirdi və bu söz “oğuz” (“oğur”) sözünü tarix səhnəsindən niyə, necə və haçan sıxışdırıb çıxardı?

Adlanma: “Oğuzdan” “Türkə” doğru...
Öndəki məqalələrimizdə göstərdik ki, 1924-cü ildə bir-birindən xəbərsiz olaraq türkoloq-alimlər S.M. Arsal və V. Tomsen eyni qənaətə gəlib çıxmışdılar ki, “oğuz”(“oğur”) sözü əslində türk tarixində ayrıca bir etnosun adı olmayıb, bütün türk dünyasının ilk və ən geniş yayılmış adı idi və bu söz sadəcə olaraq ulu türk dilində hərfən “tayfalar” anlamını vermiş, geniş mənada isə “iri tayfa birlikləri”, “dövlət” anlayışını kəsb etmişdi. Etno-siyasi mənada “oğuz / oğur” adı ilə birləşmiş eynidilli (türk) tayfa dövlətləri nəhəng idilər. Məsələn, hələ Roma imperiyasından ayrılmamış Doğu Roma (gələcək Bizans) imperiyası “Kutur Oğur” adlı imperiya ilə uzun-uzadı müharibələr aparmağa məcbur idi. Daha sonra, Bizans imperiyası imperator Yustinian dövründə “Utur Oğur” (“otuz oğuz”) imperiyası ilə müharibədən çəkinib, ona illik ödənc verməyə məcbur idi. Beləliklə, “oğuz / oğur” termini ilk mənada sadəcə “tayfalar, tayfa birlikləri” mənasını daşıyırmış. Amma bu “oğuzların (oğurların)”, yəni “tayfaların, tayfa dövlətlərinin” birləşib yaratdığı daha iri konfederasiyalar, ya hər hansı əlamətlə (“sarıoğur”, “kutur/quduz – oğur/oğuz”), ya da sayla (“on-oğuz/oğur”, “beş-oğuz/oğur”) və s. ilə göstərilirdi. Lakin bu halda da “oğuz / oğur” termini itmirdi.
Bəs, necə oldu ki, “türk” sözü bu anlayışı əvəz etdi?
Bu suala cavab verməzdən öncə, “türk” sözünün elmdə yozumu probleminə toxunaq. Geniş şərh vermədən deyə bilərik ki, bir sıra alimlər bu söz barədə belə bir fikirlər işlətmişlər ki, “türk” sözü ulu türkcədə “insan” mənası, hansısa bir ulu əcdadın adı, hər hansı konkret tayfa adı ilə bağlı olmuşdu. Amma bu yozumların məntiqi özülü olduqca zəif olmuş, daha çox yozanların öz fantaziyaları ilə bağlanmışdı. İlk dəfə bu anlayışa sırf elmi məntiqlə yozumu, S.M. Arsalın qız övladı, etrüsk tarixi üzrə dəf edilməz fikirləri ortaya çıxarmış, tanınmış türk alimi və diplomatı Adile xanım Aydan verdi. A. Aydan göstərdi ki, “türk” sözünü “oğuz” (“oğur”) məvhumuna daxil çərçivələrdən kənarda axtarmaq yanlışlıqdır. Adile Aydana görə, hətta islam dövründə tarixi türk cəmiyyətlərində “türk” sözü “köçəri” anlayışı ilə assosiasiya olunurdu. Digər tərəfdən, “türk” sözü türk dünyasında məhz bu formada II Türk xaqanlığı dövründə, yəni Göktürk dövründə işlənməyə başladı. “Türk” sözünün ən qədim variantı isə, “turuk” (“duruq”) şəklində olmuşdur. Rəşidəddinin və digər məlum və bilinməz yazarların “Oğuznamələrində” “turuk / duruq” termini “oğuz / oğur” tayfa birliklərinin köçəri hissəsini göstərirdi və oturaq (“yatuq”) hissəyə bir antonim (qarşılıq) kimi qoyulurdu. Xanım A. Aydan qeyd edirdi ki, “turuk / duruq” sözünün bütünlüklə “türk” formasına keçməsi məhz “Göktürk” adının ortaya çıxması ilə bağlıdır. Belə ki, bu xaqanlığı yaratmış boybirliyi özünün həm səmavi (“gök / göy”), həm də əsil, həqiqi (“kök”) köçəri doktrinasına dayaqlanırdı. “Səmavi və həqiqi köçəri” ifadəsi onların dilində “Gök-turuk” kimi səslənirdi. Amma zaman keçdikcə, türk dilinin ahəng qanunlarına tabe olaraq, öndə gələn sözdəki (“gök / kök”) “Ö” səsinin təsiri altında “turuk” sözündəki “U” səsi “Ü” səsi ilə əvəzlənərək “türük / türk” formasına keçmişdir. A. Aydana görə bu dövrə aid türkdilli və farsdilli mənbələrdə bu keçidin mərhələləri çox yaxşı izlənilir. Qeyd edək ki, Hun (Qunuq) imperiyasından sonra məhz Göktürk xaqanlığı ikinci dəfə Uzaq Şərqdən Aralıq dənizinədək yaşayan bütün oğuzları (yəni, eyni dilli və köklü tayfadövlətləri) böyük əksəriyyəti ilə öz hakimiyyəti altında birləşdirməyə nail olmuşdu. Bununla əlaqədar bu eyni dilli və köklü oğuzlar (tayfa-dövlətləri) real və nominal olaraq “Göktürk”, sonralar isə, sadəcə “Türk” adını daşımağa məcbur olmuşlar. Qısası, “köçəri” kimi ilk öncə məna kəsb edən, oğuzların sosial termini olan “turuk – türk” sözü, artıq etnik məna kəsb etməyə başlamışdır. Türkologiyada sosial terminin etnik terminə keçməsi geniş yayılmış hal idi. Məsələn, oğuzlarda sosial-siyasi termin olan “içoğuz”, sonralar “işquz” şəklində etnik məna kəsb etmişdi (“şkuz”, “iskuth”, “skif” və d. variantlarda). Ən sonuncu bu hal, “taxtacı” tayfası ilə bağlıdır ki, sadəcə peşəni bildirən termin (“taxtaçı”—xarrat, dülgər) etnik termin kimi işlənməkdədir.

Yeri gəlmişkən bir məsələyə də toxunaq. Bəzi tarixçilər fars dili mühitindən doğan “Turan” coğrafi terminini “türklərin arealı, məkanı” kimi izah edirlər və burada “türk / tur” sözünü sırf milli ad kimi qəbul edirlər. Baxmayaraq ki, “tur” və “turuk / türk” sözləri bir-birilə genetik əlaqədədir, amma məsələ ondadır ki, fars mühitində “Turan” anlamı hələ hunlardan öncə işlənmişdir; yəni Avropa tarix elmindəki nəticəyə görə, Mərkəzi Asiyada skif / sak (“içoğuz” / “üçok”) dövrünün məhsuludur (Firdovsinin “Şahnaməsindəki” kimi). Tarixən “Turan” anlayışına Orta və Mərkəzi Asiyanın mərkəzi və şimal hissəsi daxil idi. Bu ərazilər köçəri əkinçilik, hərbi atçılıq üçün yararlı bir “düzənlik okeanı” idi. Amma Azərbaycan, İran, Qafqaz, Ön Asiya, Krım, Orta və Mərkəzi Asiyanın cənubu və digər ulu türklüyün əzəli əraziləri “Turan” coğrafi məvhumuna daxil deyildi.
Bu dağlıq ərazilər köçəri əkinçilik və hərbi atçılıq üçün əlverişsizdir. Əksinə, Böyük Çöldən (“Turandan”) fərqli bu ərazilər oturaq və şəhər-dövlət sivilizasiyası üçün münbit idi. Məsələnin məhz bu cür qoyuluşu anti-türk tarix məktəbinə sərf edir. Yəni, köçəriliyin beşiyi olan “Turan” yalnız türklərin Vətəni imiş, yəni türklər yalnız əzəldən köçəri olmuşlar. Amma dərin təhlilində və “turuk / türk” terminin köçəri oğuzlara aid edilməsi həqiqətindən irəli gələrək tam ayrı bir mənzərə ortaya çıxır. Belə ki, “Turan” anlayışı yalnız köçəri oğuzların (“turuk / türklərin”) arealı idi və oturaq oğuzların arealı isə yuxarıda göstərdiyimiz, şəhər-dövlət sivilizasiyası üçün yararlı ərazilərdə olmuşdur. Beləliklə, “Turan” yalnız köçəri oğuzların ərazisi olmuşdu. Oturaq oğuzlar isə, əzəldən Ön, Orta və Mərkəzi Asiyanın, Qafqazın, Krımın və digər dağlıq və dağətəyi ərazilərin sahibi olmuşlar.
E. ə. 2-ci minilliyin sonlarında fars tayfalarının gəlişinədək Xorəzmdə (oturaq şəhər-sivilizasiyası) türk çarlığının mövcudluğu barədə Biruninin qeydləri və mərhum Güney Azərbaycan tarixçisi Məhəmməd Zehtabinin də İranda farslara qədər əzəli və möhtəşəm türkköklü (oturaq oğuz ) sivilizasiyası barədə tədqiqatları bütün yuxarıdakı fikirləri təsdiqləyir.

Necə oldu ki, “türk” termini “oğuz” adını tarix səhnəsindən sıxışdırıb çıxardı? İndiyədək rus-sovet və eləcə də Avropa tarixində dinin tarixi proseslərdə təkanverici mənbələrdən biri olması faktoruna yetərincə qiymət verilməyib. Elə “türk” sözünün “oğuz” adını sıxışdırmasında əsas rolu islam dininin türk dünyasına hərəkəti ilə bağlı olmuşdu. Müsəlman ərəblər ilk çağda “oğuz”, yəni qədim türk dünyası ilə toqquşduqda, burada oğuzların (yəni eyniköklü tayfa dövlətlərin) böyük hissəsi “Göktürk” və ya daha geniş işlənən “Türk” adlı xaqanlığın real və nominal hakimiyyəti altında idi və rəsmən “türk” adını daşıyırdı. Məsələn, Güney və Quzey Azərbaycanda ərəblərlə döyüşlərdə üzləşən, oturaq oğuzlar olan alpanları və azropatenalıları ərəblər “türklər” kimi qəbul edirdilər. Hətta, islamı qəbul edən oğuzları ərəblər “türk” adı ilə tanımağa başladılar.
Nəticədə, parodoksal bir durum yarandı. Köçəri (“turuk / duruq / türk”) olmayan oğuzlar da islamı qəbul etməklə, artıq özlərini “türk” adı ilə identifikasiya edirdilər. Əksinə, ümumtürklüyün ən geniş yayılmış qədim “oğuz” adı isə, “kafir, müsəlman olmayan türksoylu” mənasını kəsb etməyə başladı. Beləliklə, islam dini oğuz aləmində yayıldıqca “türk” adı bu irqin əzəli “oğuz” adını sıxışdırıb çıxarırdı. Bunu biz, Orta Asiya ərazisində “türklərlə” (müsəlman oğuzlarla) “oğuzlar” (müsəlman olmayan oğuzlar) arasında döyüşləri təsvir edən mənbələrdə görə bilərik. Belə bir sonuc ortaya çıxara bilərik ki, oğuz dünyasında “türk” sözü ilk variantında (“turuk / duruq”) “köçəri oğuzlar” mənasını kəsb etmiş, Göktürk dövründə bu məna itərək, bu xaqanlığa rəsmi mənsubiyyət anlayışında işlənmiş, islam dövründən isə, konkret olaraq etnik-milli mənsubiyyət anlamına keçmişdir.

Bu yerdə, ərəb-islam aləmində “türk” termini ilə bir müddət yanaşı işlənmiş “türkmən” soyadı barədə bir neçə söz demək olar. Adətən, farsdilli mənbələrdə bu sözə “türkə oxşar”, “türk kimi” açımı verilir. Anti-türk tarix məktəbinin konsepsiyasında bu açım belə izah olunur ki, guya “oğuzlar” hunlar dövründə türk dilini qəbul etmiş farsköklü tayfalar idilər və buna görə özlərini “türk” kimi yox, türkləşmiş, türkə oxşar sayırdılar. Aydındır ki, özlüyündə bu fikir yalnız anormal təfəkkürün məhsulu ola bilər. Əvvəla, döyüşkən və köçəri bölümə malik bir soyu necə assimilyasiya etmək olar? Guya döyüşkən “farsdillilər” olan “oğuzlar” əgər türk dilinə belə asan keçmişlərsə, Mərkəzi Asiyadan Avropaya qədər yayılmış, döyüşkən olmamış hind-fars dilli qa-raçılar onda nə üçün türkdilli olmadılar? Ümumiyyətlə, köçərini necə assimilyasiya etmək olar?
Bu anormal, amma anti-türk məqsədli fikri irəli sürən alimlər, məsələn, Tolstov, Qumilyov və digərləri heç olmasa V. Tomsenin “oğuz / oğur” termini ilə bağlı elmi əsərini oxuyardılar ki, istər Hun, istər Xəzər, istər Göktürk imperiyalarını yaradan tayfa birlikləri “oğuz” adlanırdılar, bu söz isə, qədim türkcədə yalnız “tayfa birliyi, tayfalar” mənasında işlənirmiş. Digər tərəfdən, “türkmən” etnoniminə biz, hunlar dövründə yox, daha gec bir dövrdə, Göktürk xaqanlığı dövründə rast gəlirik. Göktürk və ya Türk xaqanlığının hakimiyyətini qəbul edən qohum dilli və köklü tayfalar, yəni “oğuzlar” bir təəbə, vassal, xaqanlığa mənsubiyyət bildirərək, özlərini “türkmən” kimi təqdim edirdilər. Digər tərəfdən “-mən” hissəciyinin fars mənşəli olması da sual altındadır.
Bu hissəcik türk dillərində (“azman”, “qaramanlı”, “ataman”, “qocaman” və d. sözlərdə) də, həmçinin, Altay dillərində də (monqol-mancur), tərkibində çoxlu türkizmlər olan, Altay dillərinə qohumluğu ehtimal edilən Quzey və Güney Amerika hindu dillərində də işlənir (oraya isə, qədim farsların gedib çıxmasını anti-türk tarixçilər də qəbul etmir).

Sözsüz ki, türk tarixi barədə maraqlanan adam üçün belə bir sual ortaya çıxa bilər ki, “oğuz” (“oğur”) və “türk” terminləri yalnız hunların tarix səhnəsində görünməsi ilə ortaya çıxıb, yoxsa bu terminlərin daha qədim işlənməsi qeydə alınıbmı? Nə üçün anti-türk tarix məktəbləri “oğuzları” türk dünyasında ayrıca bir boy kimi qəbul etməklə, onların guya fars mənşəli olması fikrini gözə soxmağa çalışır?
Öndəki məqalələrimizdə göstərdik ki, “oğuz / oğur” sözünün qədim türk dilində yalnız “tayfalar, tayfa birlikləri, tayfa-dövlət” kimi anlamda işlənilməsi S.M. Arsal və V. Tomsen, daha sonra isə A. Aydan tərəfindən göstərilmişdir. Aydın olur ki, türk xalqları tarixində ayrıca bir “oğuz / oğur” adlı qövm olmamışdır. Əksinə, qədim türkcədə “tayfalar” mənasını verən “oğuz / oğur” sözü “türk” sözündən öncə tarixi türk dünyasının ən geniş yayılmış adına çevrilmişdi. Yalnız islam ərəfəsində türk xalqlarının böyük bir qisminin “Göktürk / Türk” adlı xaqanlığın hakimiyyəti altında birləşməsi, “oğuz / oğur” adının “türk” adı ilə əvəzlənməsinə gətirib çıxardı. İslam dininin bu irqin daxilində yayılması “türk” adı tərəfdən “oğuz / oğur” adının sıxışdırılmasını sürətləndirdi. Nəzəri olaraq ehtimal etsək ki, islam dini əgər Qınıq (Hun) xaqanlığı dövründə meydana gəlib yayılsa idi, onda indi biz “türk dünyası”, “türk xalqları” yerinə “qınıq (hun) dünyası”, “qınıq (hun) xalqları” ifadəsini işlədəcəkdik və özümüzün milli mənsubiyyətini “türk” sözü ilə yox, “qınıq (qunuk, xunuk, hunuk, hun, qun)” sözü ilə identifiksiya edəcəkdik.

İstər S.M. Arsal, istər V. Tomsen “oğuz / oğur” sözünün ən ilk işlənməsini Sasani mənbələrində “auqas-i” kimi (eramızın 3-4 əsrlərində) təhrifdə verilməsini göstərirlər. Amma bu alimlər ilk islam dövründə “oğuz” sözünün ərəbdilli mənbələrdə “quz-z”, “əl-quz-z” kimi göstərilməsini qeyd etsələr də, ərəb dili ilə qohum olan qədim sami (akkad, assur, ivrit) mənbələrində “quz-z” şəklində işlənmiş tayfa adlarına diqqət yetirməmişlər. Bu mövzu isə, ulu türk tarixində hələ də işlənilməyib...
No comments:
Post a Comment