Saturday, January 29, 2011

Aslan parçasi

 Geçmiş pəhləvi rejimində və pişəvəri hərəkatının həzimtindən sonra bir neçə ıl sokünət və qəbrıstanlıq sükütü hakim olunmuşdu . Ancaq Azərbaycan millətinin oşaqları heç bir zaman yenilməmişlər və əllərın dən gəldikcə oz davalarına sadiq qalmışlar . Səmd behrəngi Azərbaycan oşaqlarının həqiqi oyrətmənı , Iran və azrbaycanda yeni oşaq ədəbiyatının qürücüsü, behrüz Dehqanı digər Təbrizli xalq qəhrəmanıla birgə Azərbaycan nağılların iki məcmuədə kənədləri dulaşaraq xalqın ağzından oyrənib və kağaz üstə gətirib və zəbt etmışdılər . Yalnız bu məcmuə fars dilində yayılmışdır . Mənim oşaqlıqım bu məcmuə və səmdin digr kitabların oxumaqla geçdi və mənim bugünki Azərbaycan sevdam elə o günlər başlanmışdır . Əfsus ki millətimizin bir çox ıgıd aslan oşaqları o zamanlar sül gürüşlu partıa və qoruplara cəlb olunub və əsil yoldan alı quyuldular . Bunlardan biridə Şəhid Behrüz dehqanı ıdı ki bir aslan kimin pəhləvi rejimilə savaşıb və bu yolda canından oldu . Səmd və Bəhrüzün anısına əşağıda gələn şeri hozurlarınıza sunuram . Şairin adı mənə məlum olmadı .
Bu şeir Behrüz dehqanıyə ithaf olunmuşdur
 çiyənləri yerə dəimiş yenilməmiş
 burası meydandir
 güzləri açıq güydə mavılərin dərinlik lərinə tikilib
 o hər zaman yenilməyi düşünəndə olurmuş
 günəş saçanda səhər qartal kimi quzqunları yenirmiş
 o yenilmə di bitmədi savaş
səmd hələdə çantasında kitab daşır
 aşıq misri çalır  türkiləri saysız hesabsız
Təbrizdə mavı bayraq dalqalanır
 Gizli
 hələ gizli
 gün gələcək
 gün gələcək
آصلان پارچاسي

گچميش پهلوي رژيمين ده و پيشه وري حركاتينين هزيمتيندن سونرا بير نچه ايل سكونت و قبريستانليق سكوتي حاكيم اولونموشدو. آنجاق آزربايجان ميلتينين اوشاقلاري هچ بير زامان ينيلمه ميش لر و اللرين دن گلديكجه اوز داوالارينا صاديق قالميشلار. صمد بهرنگي آزربايجان اوشاقلارينين حقيقي اويرتمني و ايران و آزربايجاندا يني اوشاق ادبياتينين قوروجوسو بهروز دهقاني ديگر تبريزلي خالق قهرمانيلا بيرگه آزربايجان ناغيل لارين ايكي مجموعه ده كندلري دولاشاراق خالقين آغزيندان اويره نيب و كاغاذ اوسته گتيريب و ضبط اتميشديلر. يالنيز بو مجموعه فارس ديلينده ياييلميشدير. منيم اوشاقليقيم بو مجموعه و صمدين  ديگر كيتابلارين اوخوماقلا گچدي و منيم بوگونكي آزربايجان سودام اله او گونلر باشلانميشدير. افسوس كي ميلتيميزين بير چوخ ايگيد آصلان اوشاقلاري او زامانلار سول گوروش لي پارتيا و قروپلارا جلب اولونوب و اصيل يولدان آلي قويولدولار. بونلاردان بيريده شهيد بهروز دهقاني ايدي كي بير آصلان كيمين پهلوي رژيميله ساواشيب و بو يولدا جانيندان اولدو. صمد و بهروزون آنيسينا اشاغيدا گلن شعري حضورلارينيزا سونورام . شاعيرين آدي منه معلوم اولمادي.
 بو شعر بهروز دهقاني يه ايتحاف اولونموشدور
 آصلان پارچاسي
 چيينلري يره ديميش
ينيلمه مه ميش
بوراسي ميدان دير
گوزلري آچيق
گويده ماوي لرين درينليك لرينه تيكيليب
او هر زامان ينيلمه يي دوشوننده اولورموش
گونش ساچاندا سحر
قارتال كيمي قوزقونلاري ينيرميش
او ينيلمه دي  بيتمه دي ساواش
صمد هله ده چانتاسيندا كيتاب داشير
آشيق ميصري چالير
توركي لري سايسيز حسابسيز
تبريزده ماوي بايراق دالقالانير
گيزلي
هله گيزلي
گون گله جك
گون گله جك

No comments:

Post a Comment