Wednesday, January 19, 2011

Soylu Atalı

20 YANVAR DƏRSİ


Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.
Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.
Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.
Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.
Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik.
Saxtakarlığın fatehliyinə dözmədik – «20 Yanvar» yaratdıq.
Saz Əsilliyik – Yenilməz təbiətliyik, Döyüşkən təbiətliyik.
Mütiliyin təntənəsinə dözmədik – «20 Yanvar» yaratdıq.
«20 Yanvar» bizim Hiddətimizdən Doğdu: – İmperiya azğın­lığına qarşı Hiddətimizdən; erməni məkrinə qarşı Hiddətimizdən; içimizdəki özgəçilər yağılığına qarşı Hiddətimizdən!
Hiddətimiz yetkin idi, Hiddətimizin nizamı kal idi, kallıq ni­zamladı Hiddətimizi. Nizamsızlığımızdan bəhrələndi Yağı. Hiddət Göyümüzün üzü qan rənginə boyandı, Günəşimiz Qan rəngində doğdu – 20 Yanvarda.
Yağının əlində boğulmadı, kal nizamda boğuldu Hiddətimiz!
«20 Yanvar» yaratdıq – İşıqçılığımıza qovuşmadıq.
Bu səbəbdən də 20 Yanvar təhlükəsi hələ də qalır!
«20 Yanvar» yaratdıq – Əsil Azadlığımıza qovuşmadıq.
Bu səbəbdən də 20 Yanvar təhlükəsi hələ də qalır.
«20 Yanvar» yaratdıqAğsaqqallıq Böyüklüyünə qovuşmadıq. Bu səbəbdən 20 Yanvar təhlükəsi hələ qalır.
«20 Yanvar» yaratdıqDaxili Kamillik Ucalığına qovuşmadıq.
Bu səbəbdən 20 Yanvar təhlükəsi hələ qalır.
«20 Yanvar» yaratdıqDaxili Əsilliyə, İlahi xilqətimizə, Yenilməzlik Bənzərsizliyinə qovuşmadıq.
Bu səbəbdən 20 Yanvar təhlükəsi hələ qalır.
Gücümüzün bir hissəsini itirdik, Yağı vaxt qazandı. Gücümüzün israfçılığına yol vermək olmaz. Xalqı Ruhani İntibah Həqiqətinə böyütmək gərəkdir.
Xalqın Cəhalət tilsimini sındırmaqVüqar Xalqı Yaratmaq gərək!
Xalqı QərbçilikÖzgəçilik təslimçiliyindən qurtarmaqBirsifətli, Biryönlü, Bir Amallı Xalq Yaratmaq gərək!
Xalqı maddiyyatçılıqVaridatçılıq hərisliyinin pəncəsindən qurtarmaqRuhaniyyatçı Xalq Yaratmaq gərək!
Xalqı Siyasi boşboğazların, Hakim Bütçülüyü təsirinin caynağından almaqAtalığaBöyüklüyə Səcdə Ucalığında böyüyən, Yetkinləşən Xalq Yaratmaq gərək!
«20 Yanvar»dan Dərs almaq gərək!
Ali Hiddətimizi qorumaq gərək!
Şəhid olan Əcdadlarımızın Müqəddəs niyyətlərini qorumaq gərək!

Atamız Var Olsun!

11 Qar Ayı, 21-il. Atakənd.
(yanvar, 2000. Bakı).

No comments:

Post a Comment