Sunday, January 30, 2011

Mən bu ömrü yaşadim

Mədinə Gülgün     Fontu böyüt:      

Ələkbərzadə Mədinə Nurulla qızı
(17.01.1926 - 01.02.1991)
Şair,1958-ci ildən yazıçılar birliyinin üzvü, əməkdar incəsənət xadimi
Ələkbərzadə Mədinə Nurulla qızı-Şair,1958-ci ildən yazıçılar birliyinin üzvü, əməkdar incəsənət xadimi(1987).
1926 -cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur Burada ibtidai məktəbi bitirmişdir 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana-Ərdəbil şəhərinə köçmüşlər Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır Gənc yaşlarından milli demokratik Hərəkata qoşulmuşdur Cənubi Azərbaycanda milli Hökumət yarandığı dövrdə Təbriz dram teatrında çalışmışdır "Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Təbriz qadınlar klubunun büro üzvü seçilmişdir (1946) bədii Yaradıcılığa 1940-cı illərdən başlasa da , ilk şerlərini 1945-ci ildə Təbrizdə "Vətən yolunda", "Azərbaycan" qəzetlərində və almanaxlarda çap etdirmişdir "Vətən yolunda" qəzeti redaksiyasının nəzdindəki "Şairlər məclisi"nin (1945) və milli Hökumət dövründə Təbrizdə yaranmış "Yazıçılar və şairlər cəmiyyətinin (1946) üzvü kimi fəaliyyət göstərmişdir Milli Hökumət irtica qüvvələri tərəfindən boğulduğdan sonra mühacirətdə yaşamalı olmuşdur Bakıda APİ-nin Hazırlıq kursunda bir il təhsil almış (1947), sonra orada dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1948) Onun əsərləri keçmiş SSRİ xalqlarının və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olmuşdur SSRİ yazıçılarının 111 qurultayında qonaq sifət ilə iştirak etmişdir Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Ümumittifaq ədəbiyYat tədbirlərində iştirak etmişdir Bədii Yaradıcılıqla yanaşı. İctimai-siyasi fəaliyyətinin də davam etdirmişdir Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvlüyünə namizəd. SSRİ-də yaşayan iranlı siyasi mühacirlər cəmiyyəti Azərbaycan şöbəsinin plenum üzvü, eyni zamanda Asiya və Afrika ölkələri Həmrəyliyi Azərbaycan respublika komitəsinin üzvü seçilmişdir Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, "Azərbaycan" jurnalı redaksiya Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı qəbul komissiyasının üzvü olmuşdur Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanları (1960,1974,1986), "Şərəf Nişanı" ordeni (1980),"21 Azər" (1946), "Əmək veteranı" (1948) və dikər medallarla təltif olunmuşdur 1991-ci il fevralın 1-ində Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur...


http://www.4shared.com/document/J8pUuKY9/Medine_Gulgun.html

No comments:

Post a Comment